Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

Elbəyi Cəlaloğlu 
72 
 
 
Mehralı bir azca oturdu tənha
Əhmədin üzünə çıxmadı əvvəl. 
Heç nə olmamış tək açıb qapını, 
Əhməd dedi, – Oğlum, dur yanıma gəl! 
 
Çəkdi söhbətləri xeyli onların, 
Atasıyla yaxın dost olub Əhməd. 
Çoxlu xatirələr yaşamışdılar, 
Heç biri pozmamış ömür boyu əhd. 
 
Nəhayət, yatağa uzandı onlar, 
İlan vuran yatdı, o, yatammadı. 
Fikirlə savaşdı bütün gecəni, 
Baharı başından heç atammadı. 
 
İşıq qaranlığa qılınc çalanda 
Yuxu Mehralının aldı üstünü. 
Röyada Baharı yanan görürdü, 
Yara bilməyirdi hisi, tüstünü. 
 
Öskürüb ayıldı bu dəm yuxudan, 
Günəş pəncərədən ona baxırdı. 
Eşitdi bayırda mələşmə, şivən, 
Sanki insanları alov yaxırdı. 
 
Demə kəndə girib “qoluzorlular”, 
Düşüb qapı-qapı vergi yığırlar. 
72 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
73 
 
 
Onsuz da talanmış bu insanların, 
Son ümidlərinə mantar taxırlar. 
 
Yavaşca tövləyə saldı özünü, 
Çəkdi Qəmərini qapıya doğru. 
At ağzını açdı əjdaha kimi, 
Bir anda yarıldı düşmənin bağrı. 
 
Sıyırdı Mehralı polad qılıncı, 
Gah sağa fırlatdı, gah sola vurdu. 
“Qoluzorlular”ı dizə çökdürüb, 
Sonda pristavın qulağını burdu. 
 
– Tez ol, yaz, ödənib kəndin borcları, 
Bir də azmayasan, – dedi, – yolunu. 
Gözünü qırpmadan çökdü pristav, 
Əli əsə-əsə çəkdi qolunu. 
 
Od qoydu onlara baxışlarıyla, 
Meşələr aslanı, dağlar qartalı. 
Bir anda sıçrayıb ata yox oldu, 
Yenə yuxulara döndü Mehralı. 
 
Keşəli kəndinin yoxlanma vaxtı, 
Çırpınır məmurun ürəyi torda. 
Ayağını kəndə bassa elə bil, 
Yenidən bitəcək Mehralı orda... 
73 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
74 
 
 
Mehralı bəyin dayısı Hüseynin 
mühasirədən xilas olunması 
 
Zurnanın səsinə dayandı birdən, 
Mehralı çıxmışdı yenə də dağa. 
Hisslərə qapıldı “Qaradonnu”dan, 
Qəmər də başladı yorğalamağa. 
 
Düşündürdü onu şənlik, toy-düyün, 
Təbrikə tələsən toy adamları. 
Bahar tənbehlədi onu xəyalən
Oyandı nisgili, dindi qəmləri. 
 
Qayğılar içində Kərəmə döndü, 
Bəxtinin alovu atəşi vardı. 
Nədən bənzətməsin özünü ona
Onun öz əslisi, keşişi vardı. 
 
Bir atlı dəstəsi gördü uzaqdan, 
Toz boğanaq kimi qovurdu onu. 
Atlının duruşu, atın qaçışı, 
Pıçıldadı ona, – İsmayıldı bu. 
 
Yetişdi İsmayıl öz dəstəsiylə, 
Üzürdü atları qan tər içində. 
Dəlilər baş əyib, bağır basdılar, 
Şöhrət sahibinə ellər içində. 
74 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
75 
 
 
 
 
 
75 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
76 
 
 
Hər iki qəhrəman endi atından, 
Lap həsrətlər kimi qucaqlaşdılar. 
– Dayın tora düşüb, – dedi İsmayıl, 
Bir göz qırpımında dağdan aşdılar. 
 
Qoşuldu onlara yolda qaçaqlar – 
Kələnin Hüseyn, Mansur, İskəndər. 
Hamı tələsirdi qanlı savaşa, 
Dağıldı yollarda bütün çal-çəpər... 
 
Dayısı Hüseyn gəlib xəlvəti, 
Gecə Ormeşəndə qalıbmış, demə. 
Bunu duyan kimi rus kazakları, 
Evi əhatəyə alıbmış, demə. 
 
Ümidlə göz-gözə durdu Hüseyn, 
Son dəfə “çıx!” əmri verilən zaman, 
Bir anın içində dəyişdi mühit, 
Güllə səslərindən diksindi düşmən, 
 
Yağdıqca güllələr iki tərəfdən, 
İki alay gəlib sanırdı düşmən. 
Hüseyn də düşmürdü artıq yadına, 
Təlaşdan od tutub yanırdı düşmən. 
 
Günəş şüasında parladı birdən, 
Göydə Mehralının polad qılıncı. 
76 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
77 
 
 
Qəmər şahə qalxıb kişnəyən zaman, 
O yandan İsmayıl cumdu birinci. 
 
Damın barısında dayanıb quş tək, 
Hüseynin tüfəngi cəh-cəh vururdu. 
Kazaklar təşvişdən çaşqına düşüb, 
Öz əsgərlərini çapıb-qırırdı. 
 
Güllə yağmurunda islanırdılar, 
Erməni, duxabor, malakan o gün. 
Aradan çıxırdı fürsət bulanlar, 
Sarsıtdı düşməni imtahan o gün. 
 
İsmayıla eyham vurdu Mehralı, 
Daha bəsdi, – dedi, – dayan bir, qağa. 
Qırxları diriykən çıxıb onların, 
Qoy salamat getsin on-on beş “dığa”. 
 
Bir az özlərini nizama salıb, 
Yenidən atlara süvar oldular. 
Qırıb qanadını daşlı yolların, 
Neçə ağalardan xərac aldılar... 
 
 
 
 
 
77 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
78 
 
 
 
 
 
Mehralı bəy, Kor İsmayıl və 
Kələnin Hüseynin (ona “Kələninoğlu 
Hüseyn” də deyirdilər) İran səfəri 
 
Arazdan o taya keçdilər yenə
Qollarını açdı onlara Sulduz. 
Bir axşam bir evdə qonaq qaldılar, 
Sürdü bütün gecə şirin söhbət, söz. 
 
Səhər açılınca gəlib bir fağır, 
Dikdi sorğu dolu nəzərlərini. 
Mehralı almadı baxışlarından, 
Sanki dağıdıblar şəhərlərini. 
 
– Bir az ürəkli ol, – dedi Mehralı, 
– Bir təmənnanmı var bizlərdən, qağa? 
– Cüt öküzüm vardı köhnədən, oğul, 
Srağagün alıb, apardı ağa. 
 
– Səbəb varıydımı, – sordu Mehralı, 
– Nəyin güdazına getdi de, bilim? 
Kövrəlib yavaşca söylədi qoca: 
– Vergini verməyə yoxuydu pulum. 
 
78 
Elbəyi Cəlaloğlu 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə