Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

Elbəyi Cəlaloğlu 
86 
 
 
Mehralını ələ keçirmək üçün, 
Ruslarla min cürə kələk quracaq. 
 
Bir xəbər göndərdi tez Melikova, 
Mansuru əfv etdi rus generalı. 
Öz yanında tapdı müxənnətləri, 
Düşmən axtarmadı daha Mehralı. 
 
General fürsəti vermədi fövtə, 
Elan yayımladı o bucaq-bucaq: 
– Hər kim Mehralıya qarşı vuruşsa, 
Nə günahı varsa bağışlanacaq! 
 
– Qoşun da alacaq dövlətimizdən
Barınıb batacaq sərvətdə, varda. 
Gördüyü işlərə dair davamlı, 
Dürlü hədiyyələr verəcək çar da. 
 
Qədir ağa çıxdı bu yandan üzə, 
O da mövqeyini dəyişdi indi. 
Deyəsən unudub bir vaxt Məmlinin, 
Odun-ocağına qızdı, isindi. 
 
Bir vaxt Mehralıyla silahdaş olan
Doşanquloğlu Hüseyn qalxdı bu yandan. 
Dostuna Maraslı çavuş Musa da, 
Xəyanət gözüylə baxdı bu yandan. 
86 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
87 
 
 
Eşitcək Mehralı bu xəbərləri, 
Cin atına mindi həqarətindən. 
– Kimlərə güvənib durmuşam, – dedi, 
– Mən öz saflığımın kəramətindən. 
 
Nədənsə bir anlıq Mehralı bəyin 
Lap ərgən çağları düşdü yadına, 
Güləş meydanına atılan zaman, 
Toz da qonammırdı heç qanadına. 
 
Çox qurşaq tutmuşdu Doşanquloğlu, 
Onunla pəhləvan güləşlərində. 
Üzünün suyu yox, gəlirdi yenə, 
Uduzur hər zaman güləşlərində. 
 
Aşıq “Misri” çalar, “Cəngi” çalardı, 
Ərlər ruhlanardı sazın səsindən. 
Doşanquloğlusa təbi, ilhamı 
Alardı “Faxralı dilqəmisi”ndən. 
 
– Mənim havamı çal! – qışqırardı o, 
Meydana çıxanda çırmayıb qolu. 
Həmin zamanlardan el arasında 
Adlandı bu hava “Doşanquloğlu”. 
 
Bir dəfə yenə də girdi meydana, 
Gözaltı etdiyi qızı görəndə. 
87 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
88 
 
 
Lap peşman olmuşdu Mehralı onu, 
Bu işdən xəbərsiz yerə sərəndə. 
 
Yaman pərt olmuşdu Doşanquloğlu, 
Qızardı hiddətdən qulaqları da. 
Aylarla o günün xəcalətindən
Meydana dəymədi ayaqları da... 
 
İllər adlamışdı o vaxtdan indi, 
Hakim də, qalib də zaman özüydü. 
Heç kəs qabağına aşıq atammır, 
Əyrisi əyriydi, düzü düzüydü. 
 
Bu üsul tarixdə təzə deyildi, 
Necə ki, vurmuşdu Afşin Babəki. 
Türkü vururdular türkün əliylə, 
Osmanlı-Səfəvi savaşı təki. 
 
Tər fikirlər doğdu xəyanətlərdən, 
Mehralı qarşıda qan-qada gördü. 
An belə gecikmək olmaz, – düşünüb, 
Hərəsi yeni bir plan tökürdü. 
 
İgidin gözünə sataşdı birdən, 
Keşəli kəndinin yaşıl örpəyi. 
Dostlardan bir qədər möhlət istəyib, 
Çapdı Qəmərini cığırlar boyu. 
88 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
89 
 
 
Əhmədin evində yenə gizlicə, 
Dayandı üz-üzə, durdu göz-gözə. 
Əlini telinə çəkib Baharın, 
Vaxtı itirmədən başladı sözə: 
 
– Söylə, verdilərmi naməni sənə
Mürəkkəbi həsrət, qələmi hicran? 
Görən nə vaxtacan yandıracaqdır, 
Bu odla, alovla aləmi hicran? 
 
– Gündüz xəyalların çıxmır başımdan, 
Gecə yuxularda görürəm səni, 
Dünən sıxılırdım, – söylədi Bahar, 
– Birdən Hüseyn dayın verdi naməni. 
 
– Həsrətin qəlbimi göynədir, Bahar, 
Amma toy etməyə yoxdu zamanım. 
Gəlsənə qoşulub gedək buradan, 
Səni qaçırmağa çatır gümanım. 
 
Bahar kövrəlsə də onun sözündən, 
Sallayıb başını, – razıyam, – dedi. 
Mehralı, – gözlə sən, deyim anama
Həsrəti çatdıraq sona, – söylədi. 
 
Halal-hümmət edib çıxdı Mehralı, 
Dolanbac yollarla sürdü atını. 
89 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
90 
 
 
Sirri qalmayıbmış demə yolların, 
Tutubmuş yağılar döngəni, tini. 
 
Kazaklar çıxmışdı qarşıya, amma, 
Mehralı etməyib qaçmağa adət. 
Səyirtdi Qəməri düşmən üstünə, 
Əsdi nərəsindən hər tərəf qayət. 
 
Gizləndi atının qarnının altda, 
Dəstənin üstünə sürdü Qəməri. 
Düşmən Mehralını yıxılmış sanıb, 
Aradı çuxuru, çalı-çəpəri. 
 
Bir azdan qalxdı atın belinə, 
Ayaq üstə durub, atdı gülləni. 
Qaya düşmüş kimi dəstənin üstə, 
Düşmən bada verdi neçə kəlləni. 
 
Səhnə qazan kimi qaynayan zaman, 
Bu yandan dostları girdi meydana. 
Bir dəli fırtına qopmuşdu burda, 
Yamyaşıl çəmənlik boyandı qana. 
 
İgidlər çıxdılar meydanda düşmən 
Qanadı qırılmış quşa dönəndə. 
Yenidən yol boyu çapıldı atlar, 
Qızmış ağılları başa dönəndə. 
90 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
91 
 
 
 
Kələnin Hüseynin ölüm xəbəri 
 
Mehralı bilirdi, bütün keçidlər, 
Döngələr pusquda onu gözləyir. 
Qədirlər, mansurlar, musa çavuşlar
Düşüb əl-ayağa gəzir, izləyir. 
 
Osmanlıya doğru çəkirdi onu, 
Duyğu-düşüncəsi, fikri, xəyalı. 
Dostları yığışıb dedilər bu an: 
– Səninlə gedirik biz də, Mehralı. 
 
– Yox, yox, dağılışın hər kəs evinə, 
Davamız Qarsda yox, burda olacaq. 
Kələnin Hüseyn gəlsə bəsimdir, 
Mənimlə dərədə, düzdə qalacaq. 
 
Beləcə dağıldı hərə bir yana, 
Çıxdı binələrə Mehralı qağa. 
Yollandı Hüseyn qısa zamanda, 
Ata-anasıyla vidalaşmağa. 
 
Binədə çıraqlar işıldaşırdı, 
Amma Hüseyndən yoxuydu xəbər. 
Üzündə, gözündə Mehralı bəyin, 
Duydular çobanlar gizli intizar. 
91 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə