Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

Elbəyi Cəlaloğlu 
140 
 
 
Kiminsə gülləsi dəydi uşağa, 
Mehralı qışqırdı: “kəsin atəşi!”. 
Mansurun arvadı fəryad eylədi, 
Körpənin üstünə yağdı göz yaşı. 
 
Yetişib Mehralı aldı körpəni, 
Ölümün çarəsi, əlacı ki yox. 
Heyrətdən gözləri dolmuşdu onun, 
Sanki ciyərinə vurulmuşdu ox. 
 
Əmr etdi, – Tez olun tapın Mansuru, 
Daha yaşamasın gərək o nadan! 
Mansurunsa ardan şirinmiş canı, 
Arvad paltarında çıxıb aradan. 
 
Bunu duyan kimi qopdu yerindən, 
Onu Kor İsmayıl düzdə aradı. 
Yanına bir neçə dəli götürüb, 
Yollara boylandı, izdə aradı. 
 
Bir xeyli uzaqda göründü Mansur, 
Qovsalar da, ona çatammadılar. 
Bu arvad donunda qaçan şeytana
Güllələr yan-yana çatammadılar. 
 
Qayıdıb gəldilər yenə meydana, 
Qana boyadılar torpağı, daşı. 
140 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
141 
 
 
Qılınclar sıyrıldı bu dəfə qından, 
Neçə yaramazın kəsildi başı. 
 
Mansurun arvadı oturub yerdə, 
Oğlu qucağında ağlayırdı hey. 
Bir azca qabağa gəlib Mehralı, 
Çarəsiz-çarəsiz eylədi giley: 
 
– Qız-gəlin bacımdı, analar tacım, 
Ərin yaramazdı, mən necə danım? 
Səni aparmağa nə var ki indi
Buna yol verərmi kişi vicdanım?! 
 
Mansurla sonraya qalsın mənimki, 
Yoxdu kişi qanı canında əsla. 
Heç könlüm istərmi ölə bir körpə, 
Bağışla sən bizi, bacım, bağışla?! 
 
Dəstəyə hay vurub, çıxdı Mehralı, 
Yollarda dağıldı hərə bir yana. 
Keşəliyə doğru çapdı atını, 
Getdi Baharını ala yanına. 
 
 
 
 
 
141 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
142 
 
 
Mehralı bəylə Doşanquloğlu 
    Hüseynin qarşılaşması 
 
Mehralı tək getdi təpəylə, düzlə, 
Keşəli kəndinə uzanan yolu. 
Aşsüzənə döndü göydə buludlar, 
Nə yağış dov gəldi ona, nə dolu. 
 
Ərini görəndə ağladı Bahar, 
Bezdiyini dedi həyatdan daha. 
Mehralı oxşayıb təsəlli verdi, 
Bir ümid yaratdı onda sabaha. 
 
Günləri saydılar orda cavanlar, 
Arzular, istəklər verdi qol-qola. 
Bir gün də çəməndə gəzişirdilər, 
Gözəllik yağmışdı cığıra, yola. 
 
Bir yanda uşaqlar gül dərirdilər
Körpə əlləriylə otlu, alalı. 
Bahar oxşadıqca bu  uşaqları, 
Gözündən anladı onu Mehralı: 
 
– Sən də gül kolusan, 
Çiçəklərini, 
İnşallah, biz dərib, qoxlayacağıq. 
Parlayıb Gün kimi, 
142 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
143 
 
İşığımızda, 
Onları bəsləyib, saxlayacağıq. 
 
Bahar bənövşə tək əyilib yana
– Gülün pöhrə verib, açacaq, – dedi. 
Mehralı sevincdən qucaraq onu, 
– Deməli balamız olacaq, – dedi. 
 
Arzu qanadlandı xəyallarında, 
Bahar layla çalır, körpə bələyir. 
Atalıq qüruru duydu, özündə, 
Oğullar böyüdür, qızlar bəsləyir. 
 
Gün keçdi, hazırlıq görüldü yola, 
Bərkitdi Qəmərin yəhərbəndini. 
Baharı tərkinə alıb Mehralı, 
Tərk eylədi onun doğma kəndini. 
 
Artıq yaxındaydı Ağbaba kəndi, 
Gün qılınc boyu da ensə çatardı. 
Hüsniyyə ananın çay-çörəyindən, 
Qarnını doyurub, bir az yatardı. 
 
Amma gəlin görək fələk nə sayır? 
Dərədən keçirdi igidin yolu. 
Başında bir dəstə kazaklarıyla, 
Kəsmişdi yolları Doşanquloğlu. 
 
143 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
144 
 
 
Bahar qollarını tutmuşdu sanki, 
Nə var vuruşmağa bilsəydi təkdi. 
Çox da düşünməyin yoxuydu nəfi, 
Mehralı Qəmərə bir qamçı çəkdi. 
 
At dərədən çıxıb çapırdı düzlə, 
Hüseyn get-gedə yaxınlaşırdı. 
Duyduqca Baharın vahiməsini, 
Mehralı çay kimi coşub-daşırdı. 
 
Atı çapammırdı istədiyi tək, 
Yarı arxasından sarmanıb ona. 
Hüseyn bir dəfə dönüb baxmadan
Bir xeyli atını sürdü yan-yana. 
 
Mehralı düşünür, Hüseyn susur, 
Bu dəm bir qaz uçdu kolun dibindən. 
Onu gözləyirmiş Hüseyn sanki, 
Asdı gülləsiylə göyün ipindən. 
 
Mehralı düşməni qoymurdu gözdən, 
Bahar diksinsə də tüfəng səsindən. 
Çəkdi yüyənini Hüseyn atının, 
Məmnundu verdiyi həyat dərsindən. 
 
Qəmər qaçmağında, susur Mehralı, 
Dönüb bircə dəfə baxmadı dala. 
144 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
145 
 
 
Düşündü, – mərdimiş Doşanquloğlu, 
Onun comərdliyi mənə borc ola. 
 
Sonsuz düşüncələr, hədsiz şübhələr, 
Dartırdı yay kimi sinirlərini. 
Nə Bahar dinirdi, nə də Mehralı, 
Pərtlik batırmışdı hənirlərini. 
 
Niyəsə qərarı dəyişdi birdən, 
Yolunu Osmanlı tərəfə saldı. 
Gecəni gündüzə qatıb beləcə, 
Az qala Qəmərin canını aldı. 
 
Alagöz kəndinə çatdılar gecə, 
Zorla seçilirdi zülmətdə damlar. 
Kənd Aysız göylərə dönüb elə bil, 
Uzaq ulduzlar tək yanırdı şamlar. 
 
Açdı qapıları Hüseyn dayısı, 
Çoxdandır nigaran qalmışdı o da. 
Rusların əlindən qaçaq düşəndən, 
Meylini bu kəndə salmışdı o da. 
 
Qaldı bir neçə gün burda Mehralı, 
Fikir meydanına döndü başı da. 
İndi Ağbabaya bir səfər edib
Külfəti köçürmək durur qarşıda. 
145 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə