Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə26/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

MEHRALI BƏY 
159 
 
 
“Edam” qərarını möhürləyərək, 
Göndərmişdi Sultan yenidən Qarsa. 
Hakim son hökmünü oxuyub dedi: 
– Söylə öz sonuncu arzunu, varsa. 
 
Hökmün icrasına üç gün qalırdı, 
İgidlər təmkindən bağlar şələni. 
Son dəfə üzünü tutub hakimə, 
Açın boğazımdan, – dedi, – laləni. 
 
Yetmişdi yerinə son arzusu da, 
Üsyana hazırlıq vaxtıydı indi. 
Bütün məhbusları yığdı başına, 
Plan baş tutanda o da sevindi. 
 
Qiyam qaldırdılar məhbuslar gecə, 
Cumdular qapıya, pəncərələrə. 
Dəmir barmaqlıqlar şaqqıldadıqca, 
Səs düşdü dağlara, gen dərələrə. 
 
Tələsdi keşikçi, gəldi gözətçi, 
Yetişdi bu xəbər dərhal zabitə. 
Səyridi qılınclar, coşdu tüfənglər, 
Üsyanın gözünə zilləndi cida. 
 
Baş qarışıq olub məzhəb itəndə, 
Mehralı sivişib keçdi oyuqdan. 
159 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
160 
 
 
Çaladan çıxmamış aldı üstünü, 
İzləyən qoruqçu onu bayaqdan. 
 
Dinməzcə çuxurdan çıxdı qırağa, 
Həmlə eyləməyə tapmamış macal, 
Qoruqçu fürsəti fövtə verməyib, 
Üstünə tuşladı nizəni dərhal. 
 
Üzünə mərmi tək dəyəndə yumruq, 
Təngidi, perikdi, əsdi qoruqçu. 
Nizə sinəsinə teylənən zaman, 
Əndikib səsini kəsdi qoruqçu. 
 
Ətrafa boylandı öncə Mehralı, 
Qəfəsi özündən aralamışdı. 
Üz-üzə gələndə qoroqçuyla o, 
Nizə baldırını yaralamışdı. 
 
Daha dayanmağın vaxtı deyildi, 
Mehralı get-gedə uzaqlaşırdı. 
Qəlbi arzuları, istəkləriylə, 
Xəyalda tapışır, qucaqlaşırdı. 
 
O, uzaq qaçmağa verməyib qərar
Bir damın üstündə girdi küləşə. 
Sakitlik çöküncə, neçə gün onun, 
Gözü həsrət qaldı Aya, Günəşə. 
160 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
161 
 
 
 
Mehralı bəy Maraslıda 
 
Gecənin bir vaxtı çıxdı küləşdən, 
Üzünü daladı qışın ayazı. 
Gərnəşib ətrafa boylandı bir az, 
Heç bir qaraltını almadı gözü. 
 
Amma axtarırdı, düşünürdü hey, 
Bilirdi nəsə var bax, bu civarda. 
Gizləndiyi günlər çox eşitmişdi, 
At kişnərtiləri lap həndəvərdə. 
 
Bir-iki addım da getdi irəli, 
Yaxında bir tövlə çəkdi gözünü. 
Gördü – yuxu basıb gözətçiləri, 
Tələsik tövləyə saldı özünü. 
 
Damğalı atları görüb sevindi, 
Bu, ona Tanrının nicat səsiymiş. 
Nizamla düzülüb kərəskələrdə, 
Bu, Qars alayının at tövləsiymiş. 
 
Allancına doğru gəldi qapının, 
Yedəyinə alıb kəhərin birin. 
Ətrafdan arxayın düşən kimi o, 
Qırdı damarını yollarda yerin. 
161 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
162 
 
 
Düşmüşdü dalınca bir dəstə atlı, 
Güllə səsləri də eşitdi hərdən. 
Ormanlar, qayalar ilham alırdı, 
Bu dağlar oğlunda olan hünərdən. 
 
Gəlib Maraslıya yetişdi igid, 
Döydü bir qapını alatorandan. 
Onu qonaq aldı evin yiyəsi, 
İltifat göstərdi ürəkdən, candan. 
 
Maşayla darayıb külünü əvvəl, 
Palıd yarmaçalar qoydular peçə. 
Odunlar alışıb köz düşənəcən, 
Tüstüyə qərq oldu məhəllə, küçə. 
 
Məlhəm eylədilər yaralarına, 
Bir qat nimdaş paltar verdilər ona. 
Peçin istisində xumarlanırdı, 
Kəsalət gəlirdi amma ki, cana. 
 
Qaynadı samovar, sərildi süfrə
Düzdülər pendiri, qaymağı, balı. 
Açıldı söhbətlər kələfçə kimi, 
Küpü-küpəçəni tökdü Mehralı. 
 
Vaxtdan gileyləndi, dövrü qınadı, 
Əski dostlarından etdi şikayət. 
162 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
163 
 
 
Odlar ayaqlayıb gözləriylə o, 
Taleyi kədərlə dolu hekayət. 
 
Kişi harayladı oğullarını, 
Etdi Mehralıyla onları tanış. 
Sonra qonağına üz tutub dedi: 
– Mənim oğlumuydu, bil, Musa çavuş. 
 
Çatıb qaşlarını durdu Mehralı, 
Sükut sərt duman tək çökdü otağa. 
Mat qaldı bu boyda bir təsadüfə
Bütün vücudunda qopdu qasırğa. 
 
Əliylə göstərib oğlanlarını, 
Boğsa da səsini gilə-gilə yaş. 
Silib gözlərini dilləndi İslam: 
– Sən mənə oğulsan, bunlara qardaş. 
 
– Mən ona çox dedim, o az eşitdi, 
Bilirəm, günahın yoxuymuş sənin. 
Bu altı oğlumu qoş öz dəstənə, 
Qoru qeyrətini ana vətənin. 
 
Durub qucaqladı o, Mehralını: 
– Musanın yerində sən oldun daha. 
Mehralı əlini çəkdi gözünə
O da kövrəlmişdi qərq olub aha. 
163 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
164 
 
 
Uzandı söhbətlər, açıldı ara, 
Çıxdı ev-eşik də matəmdən, yasdan. 
Hazırlıq görüldü getməyə səhər, 
Qəməri götürmək gərəkdir Qarsdan. 
 
Tövləyə girəndə görmüşdü İslam, 
Mehralı mindiyi damğalı atı. 
Tapşırdı oğluna azdırsın onu, 
Düşəndə gecənin qaranlıq qatı... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
164 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
165 
 
 
 
Qəmərin sevinci 
 
Durdular yuxudan xoruz banında, 
Altı qardaş ilə çıxdılar yola. 
Döndülər zamanın fırtınasıyla, 
Çarpışmağa gedən nəhəng bir sala. 
 
İtirmək olmazdı vaxtı, vədəni, 
Tez aşmalıydılar bəndi, bərəni. 
Amma heyranlıqla hərdən yol boyu
Seyr etdi Mehralı dağı, dərəni. 
 
Sevgi bəsləyirdi qar örtükləri, 
Dərədə, təpədə, düzdə, çuxurda. 
Bu gün şahidiydi gözəlliklərə, 
Atların ağzından çıxan buxar da. 
 
Bu vətən oğlundan əsirgəmədi, 
Qars öz sevgisini, məhəbbətini. 
Canına hopdurdu Mehralı bəyin, 
Ana təbiətin şərafətini. 
 
Görüb sahibini oxrandı Qəmər, 
Sevincdən kişnəyib şahə qalxdı. 
Mehralı üzündən, gözündən öpüb, 
Həsrətlə oxşayıb, doyunca baxdı. 
165 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə