Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

Elbəyi Cəlaloğlu 
172 
 
 
Çatıb İsmayılın qəbri üstünə, 
Uymadı pristavın fitnə-felinə. 
– Bircə fürsətin var, – dedi Mehralı, 
– Kəlmeyi-şəhadət gətir dilinə... 
 
Məzarlığa qaçdı el yığın-yığın, 
Düşəndə kəndlərə səhər erkən səs. 
Qəbrinin önündə Kor İsmayılın, 
Mehralı pristavdan almışdı qisas... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
172 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
173 
 
 
 
Mehralı bəyin Dağıstan səfəri 
 
Yaman coşurdular o dəm də ruslar
Lövbər salmışdılar qoca Qafqazda. 
Hələ Osmanlıydı son hədəfləri, 
Tədbir görürdülər hücuma yazda. 
 
Öncə plan üzrə baş komandanın, 
Qaçaqlara yönəlmişdi nəzəri. 
Cığırlarda, keçidlərdə, yollarda, 
Düzmüşdülər addımbaşı əsgəri. 
 
Mehralıya bir dərd oldu bu qovğa, 
Düşünürdü, – od saçacaq yürüşlər, 
Avropadan dəstəyi var rusların, 
Türklərisə əldən salıb döyüşlər. 
 
Dözəmməzdi sınsa türkün qüruru
Ər gərək vicdanın gözündə bitsin. 
Düşündü ki, İmam Şamilin oğlu – 
Məhəmməd Qaziylə görüşə getsin. 
 
Bir məsləkdaşı da vardı orada, 
Ünlü sərkərdəydi Qunduxov Musa. 
Birdi amalları, əqidələri, 
Ürəkdən ürəyə yolları qısa. 
173 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
174 
 
 
Özünə çəkirdi onu aramsız, 
Olsa da bu yollar, cığırlar uzun. 
Yolüstü dəyəcək dosta, tanışa, 
Bu cür arzulara köklədi özün. 
 
İgid dostlarıyla düzəlib yola, 
Mehralı üzünü tutdu quzeyə. 
Gizlin cığırlarla çapıb atları, 
Vurdular gah çaya, gah da meşəyə. 
 
Nə xəta gördülər, nə də maneə, 
Arxada qaldıqca obalar, kəndlər. 
Yağlıca dağının binələrində 
Çəkildi yüyənlər, dayandı atlar. 
 
Qalıb çobanlara qonaq oldular
Çobanqovurması gəldi süfrəyə. 
Ruhu qanadlanır, qəlbi coşurdu, 
Axdıqca ürəkdən nəğmə tütəyə. 
 
Qəribə göründü bir cavan oğlan
Süfrə arxasında Mehralı bəyə. 
Nə sözə qoşuldu, nə də söhbətə, 
Sanki ehtiyacı vardı köməyə. 
 
Sorğu-sual edib, söylətdi xeyli, 
Dəmirçihasannı elindəniymiş. 
174 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
175 
 
 
Onun da dərd-səri, azar-bezarı, 
Dövrün daşqınından, selindəniymiş. 
 
Beş-on put buğdanın borcuna düşüb, 
Gah çaparı gəlib, gah da darğası. 
Tək bircə damazlıq qoyunu varmış, 
Əlindən alıbmış kəndin ağası. 
 
Bir namə yazdırıb uzatdı ona, 
Tezcə ağasına çatdırmaq üçün. 
– Dan üzü tez yetiş, – dedi, – buraya, 
Səni gözləyəcəm, yol üstəyəm mən. 
 
Səhər açılmamış qayıtdı bu gənc, 
Sevinc tökülürdü onun üzündən. 
– Verdi damazlığı, – söylədi, – ağa, 
Göndərdi üstəlik bir xeyli un-dən. 
 
Mehralı əlini çəkdi bığına: 
– Hələ yerindəymiş ağanın ağlı. 
Bir qoyun ucundan qalan ömrünü, 
Yaşamaq istəməz sinəsi dağlı. 
 
Durub, halallaşıb çıxdılar yola, 
Yarğandan aşaraq keçdilər Kürü. 
Arxada qoydular Qarayazını, 
Qaraçöpə sarı yürühayürü. 
175 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
176 
 
 
Yor-Muğanlı kəndi yaxınlaşırdı, 
Atlar döşədikcə yerin səthinə. 
Qocaman Yor çayı şırıltısıyla, 
Durmuşdu ərlərin səylə mədhinə. 
 
Çəkildi yüyənlər çay qırağında, 
Könüldə sevgi var, ürəkdə təpər. 
Dəlilərdən biri çaparaq kəndə, 
Ağalar Alıya çatdırdı xəbər. 
 
Ağıldan pay almış, cəsarətdən yük, 
Kəndin hakimiydi Ağalar Alı. 
Quşdan qanad alıb uçurdu, sanki, 
Biləndə gəlibdi dostu Mehralı. 
 
Gündüzlər binəyə çıxdılar erkən, 
Evə qayıtdılar düşəndə axşam. 
Gənclik görüşləri, toylar, döyüşlər, 
Dərdlər çözələndi əridikcə şam. 
 
Get-gedə artırdı gəlib-gedənlər, 
Söhbətlər gəzirdi tində, gədikdə. 
Nəfəsi duyuldu xəfiyyələrin, 
Günlər ötüşdükcə kənddə-kəsəkdə. 
 
Atlar yəhərləndi gecə yarısı, 
Dağıstan özünə çəkdi onları. 
176 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
177 
 
 
Bu qarlı dağların şıltaqlığında, 
Dönmüşdü qayaya, daşa canları. 
 
Qışın son ayıydı, kiçik çillə də, 
Hünər göstərirdi dağda, aranda. 
Atlar yorulmadan gedir irəli, 
Pozmurdu ahəngi qar da, boran da. 
 
Hər igid tablamaz bu qarlı qışda, 
Sınağı önündə qoca Qafqazın. 
Eşqinin gücüylə gedir Mehralı, 
Hələ duyulmamış nəfəsi yazın. 
 
Birdən qulağını şəklədi Qəmər, 
Dayanıb atmadı bir addım belə. 
O biri atlar da təşvişə düşcək, 
İgidlər tüfəngi aldılar ələ. 
 
Qulaqlar dinşədi, gözlər aradı, 
Bir avaz gəlirdi indi hərədən. 
Yormadı onları çox da intizar, 
Canavar sürüsü çıxdı dərədən. 
 
Bir az yaxınlaşıb dayandı onlar, 
Ərəbzəngi kimi kəsdilər yolu. 
Bircə göstərişlə igidlərini, 
Aralı-aralı düzdü Mehralı. 
177 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
178 
 
 
Barmaqlar tətikdə başladı hücum, 
Xeyli qırdılarsa, heç azalmadı. 
Aclıq quduzluqdan betərmiş demə, 
Diri ölənləri vecə almadı. 
 
Doğradı qılınclar, yaxdı güllələr, 
Hardandı bu sürü, bu qoşun belə. 
Acı ulartılar get-gedə artdı, 
Axır doy gəldilər daşqına, selə. 
 
Qaçıb dağıldılar diri qalanlar, 
Ərlər tərk etdilər bu məşum yeri. 
Dönüb seyr edəndə yoldaşlarını, 
Gördülər axsayır atların biri. 
 
Bir az oxşadılar, məlhəm qoydular
Sağrısı yüngülcə yaralı atı. 
Sıldırımlar aşıb, dərələr keçib, 
Xeyli danışdılar bu əhvalatı. 
 
Qalmamışdı halı dağlardan keçən, 
Sürüşkən yolların, buzlu yolların. 
Dərbənd görünürdü əzəmətiylə, 
Açıb igidlərə dəmir qolların. 
 
Ulular ruhunu duyurdu burda, 
Arzu qanadında uçur Mehralı. 
178 
Elbəyi Cəlaloğlu 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə