Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

Elbəyi Cəlaloğlu 
186 
 
 
 
Hacı Vəlinin satqınlığı 
 
Maraslı kəndinə girdilər onlar, 
Toyuqlar tarlanıb, şər qarışanda. 
Sevinc görünürdü İslam kişinin 
Alnının, üzünün hər qırışında. 
 
Evin doqqazında durmuşdu onlar
Sakitcə bir kölgə keçirdi daldan. 
Bir azca şübhəli, bir az çəkincək
Tülkü tək sivişib ötürdü yoldan. 
 
– Bu Hacı Vəlidi, – söylədi İslam, 
– Xatalı, görənək, zalım adamdı, 
Üzdə huri, mələk, daxildə iblis, 
Təpədən dırnağa şərdi, haramdı. 
 
Başını yelləyib dilləndi yenə: 
– Bu gedib aləmi qatacaq, oğul! 
Kəsər anasının əmcəyini də, 
Bilirəm ki, sizi satacaq, oğul! 
 
Atları bağlayıb girdilər evə, 
Arxayınlıq vardı nədənsə canda. 
Yedilər, içdilər süddən, qatıqdan, 
Uzanıb dincəldi hərə bir yanda... 
186 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
187 
 
 
Hay-küyə oyandı Mehralı səhər, 
Əsgər yağmurunu gördü bayırda. 
Tövləyə çatdırdı tezcə özünü, 
Qısılıb tinlərə yanda-böyürdə. 
 
Çıxdı İslam kişi qapıdan çölə, 
– Mehralı-zad yoxdu, – söylədi, – bizdə, 
– Keçin daxmamıza, baxın hər yerə, 
Bilərsiz yalanım yoxdu bu sözdə. 
 
– Kişi, keç tövlənin qapısını aç! – 
Hündürdən bir əmr verdi komutan. 
Bir dağ dayanmışdı atın belində, 
Qapılar taybatay açılan zaman. 
 
Araya çaşqınlıq düşdü bir qədər
Hər kəs bələdiydi onun cənginə. 
Əlləri qılınca gedənə qədər, 
Qəmər qısdaladı onları tinə. 
 
Qışqırır komutan, kişnəyir atlar, 
Ərşə dayanmışdı qılınc səsləri. 
Cəbhəni güllə tək yardı Mehralı, 
O, heyran etmişdi görən kəsləri. 
 
İsmarıc göndərdi Hacı Vəliyə, 
– Çatdırın, – söylədi gəlib-gedəndən, 
187 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
188 
 
 
– Mənə rast gəlincə qoy kef eyləsin, 
Başını üzəcəm onun bədəndən... 
 
Tarixə düşəndə böyük insanlar, 
Tarixdə özüylə yaşatdığı var. 
Biri həyatında ümdə yer tutan, 
Bir də taleyinə şər edən izhar. 
 
Qəmərin sırtına bir qamçı çəkdi, 
Çapdı dayanmadan dərəylə, düzlə. 
Gecəni gündüzə qatıb müxtəsər, 
Çatdı Ağbabaya, desək bir sözlə. 
 
Qars komandanına namə də yazıb, 
Bir karvanbaşıya vermişdi yolda. 
Komandan naməni oxuyan kimi, 
Xeyli dayanmışdı fikirli halda. 
 
Naməni qatlayıb, qoydu cibinə, 
Əvvəl inanmadı, sandı yuxudu. 
Təzədən çıxardıb, açdı qatını, 
Götürüb bu dəfə zildən oxudu: 
 
Varmı dostu tanıyan? 
Dostun mənəm tanı, yan! 
Nə daldeyi, danı yan, 
Məni ruslar arasın! 
188 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
189 
 
 
Dönəndə çarəsizə, 
Vurmaqdı çarə sizə, 
Düşməndi çar, a, sizə, 
Məni yoxsa ar, asın! 
 
Torpağımdı daşdanıb, 
Məni torpaq, daş danıb, 
Torpaqda, daşda anıb, 
Deyin, – bizə yarasın! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
189 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
190 
 
 
 
 
 
Hünəriniz var, tutun! 
 
Yaman əl-ayağa düşmüşdü Bahar
Evdə vurnxuurdu o yan-bu yana. 
Buğlana-buğlana təndirdən alıb, 
Çıxartdı çörəyi Hüsniyyə ana. 
 
Alıb parçaladı, böldü Mehralı, 
Motal pendirinə sıxdı çörəyi. 
İştahlı gördükcə igid oğlunu, 
Rahatlıq tapırdı ana ürəyi. 
 
Elə bu dəm Alı girdi içəri, 
Qardaşına nəsə tez pıçıldadı. 
Mehralı cəld durub girdi tövləyə, 
Yenə qovğadadı, yenə qaldadı. 
 
Kazaklar yetişdi bu vaxt doqqaza
Çıxmışdı bayıra Hüsniyyə ana. 
Qızmış ilan kimi fısqırdı zabit: 
– Təslim et oğlunu, çəkil bir yana! 
 
Üz-gözü öyrəşib daha ananın, 
– Yenə nə gəlmisən, ay xain? – dedi. 
190 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
191 
 
 
Oğlunun halına bələdiydi o, 
Arxayın danışdı, arxayın dedi: 
 
– Niyə zəhər qoxuyur, 
Yenə bədənin, canın? 
Qotura dərman olsun, 
Görüm sənin al qanın. 
 
Gözünüzd
ən çalaydı, 
Görüm sizi mar tutun! 
Ər oğul doğmuşam mən, 
Hünəriniz var, tutun! 
 
Taybatay açıldı qanadlı qapı, 
Hazır dayanmışdı Qəmər tövlədə. 
Kazaklar bir qədər riqqətə gəldi
Ya pələng dayanıb, ya şir tövlədə. 
 
Odlu qılınc kimi çıxdı qınından, 
Səhnə inildədi, meydan titrədi. 
Qəmər şahə qalxıb kişnəyən zaman, 
Düşmən pərən düşdü, hər yan titrədi. 
 
Bu yandan yetişdi Kələnin oğlu, 
Sanki kotan qoşub, şumladı yeri. 
Qılınclar göylərdə parıldadıqca, 
Rəngini dəyişdi yerin üzəri. 
 
191 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
192 
 
 
Özünü saxlaya bilmədi zabit, 
Təngildəyən zaman altında kəhər. 
Qeyri-ixtiyari cumaraq birdən, 
Başını, boynunu gəmirdi Qəmər. 
 
Daha nə mənası burda qalmağın, 
Mehralı atını çapdı dağlarda. 
Gündüz qonağıydı, gecələr yarı, 
Yenə sevgisini tapdı dağlarda... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
192 
Elbəyi Cəlaloğlu 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə