Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

Elbəyi Cəlaloğlu 
166 
 
 
Burda yubanmayıb süvar oldular, 
Əzdilər əngini daşın, qayanın. 
Gecəni gündüzə qatdı igidlər, 
Bağlanmışdı gözü, sanki dünyanın. 
 
Nə bir görən oldu, nə də bir duyan, 
Nə məhəl qoydular qarda izlərə. 
İgidin ürəyi sakitləşirdi, 
Pənah gətirdikcə doğma düzlərə. 
 
Darvaza çapdılar atı birbaşa, 
Yığışdı bir anda qohum-əqraba. 
Lakin bəd xəbərlə məyus etdilər, 
Saldılar igidi mənən əzaba. 
 
Sarsıdırdı onu indi beləcə, 
Ölüm xəbərləri Kor İsmayılın. 
Son vaxtlar öz dərdi, öz səri vardı, 
Hər ötüşən ayın, hər keçən ilin. 
 
Gözünü yaş boğdu, qəlbini qəhər,  
Belə sıxılmamış qazamatda da. 
Doymazdı qanını içsə düşmənin, 
Dərd elə dərd imiş əzəmətdə də... 
 
 
 
166 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
167 
 
 
 
Kor İsmayılın öldürülməsi 
(Məlumata görə, bu qanlı hadisə 1877-ci 
il yanvarın 4-də baş vermişdir) 
 
Demə Kor İsmayıl öz dəstəsiylə 
Təzəcə keçibmiş Arazdan bəri. 
Rus kazaklarına dönə-dönə o, 
Qanlar uddurubmuş bu yazdan bəri. 
 
Abdallı kəndinə gəlibmiş öncə – 
Öz doğma elinə, doğma yurduna. 
Dinclik verməyiblər ona kazaklar
Hələ isnişməmiş ocaq-oduna. 
 
Hava soyuq idi, qış kəsib tökür, 
Çox gəzə bilmədi qarda, boranda.  
O, sürdü atını  İmirhəsənə, 
Qarlı qış axşamı alatoranda. 
 
Döyüldü qazmanın taxta qapısı, 
Çıxdı qənşərinə dayısı İsa. 
Atını tövləyə bağlayıb onun, 
Çəkdi qonağını otaqda başa. 
 
Gecələr uzundu, azar-bezar çox
Üç gün danışdılar, bitmədi söhbət. 
167 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
168 
 
 
Ocaq çırtıldadı səhərə kimi, 
Sanki tüstülərlə edirdi cihad. 
 
Gözünün ətrafı şiş görünürdü, 
Qalın olduğundan üzünün əti. 
Ona “Kor İsmayıl” deyirdi dostlar, 
Bu başqa anlama gəlməsin qəti. 
 
Onu çox sevirdi qaçaq dostları, 
Hər zaman mərd durdu, mərdanə dindi. 
Könlündən keçsə də dostları görmək, 
Əlləri çatmırdı heç kəsə indi. 
 
Pristav duymuşdu yerini onun, 
Yeritdi qoşunu İmirhəsənə. 
Evi mühasirə eyləyən kimi, 
Xəbər göndərdilər ev yiyəsinə. 
 
Xeyli gözlədilər, çıxmadı heç kəs, 
Get-gedə gücləndi quşbaşı qar da. 
Bu dəfə dalbadal atəş açıldı, 
Güllələr iz açdı daşda, divarda. 
 
Yaman “axşamladı” burda İsmayıl, 
O, indi təkiydi, düşmən bir qoşun. 
Çarəsiz tüfəngi alıb əlinə, 
Atdı aram-aram bir neçə qurşun. 
168 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
169 
 
 
Düşmən lap özündən çıxdı bu dəfə, 
Od vurdu qazmaya dörd bir tərəfdən. 
Birinci yüyürüb çıxdı qapıdan, 
Yayına bilmədi İsa hədəfdən. 
 
Gördü – dayısını vurdular, bu an, 
Atəş aça-aça çıxdı İsmayıl. 
Güllələr dolu tək yağdı üstünə, 
Pristav donunda gəlmiş əzrayıl... 
 
Ürəklərdə kinə, nifrətə döndü
Qırmızı boyanmış bu qar layları. 
Mehralı hiddətdən alovlanırdı, 
Duyub düşündükcə şər olayları. 
 
Üzündə qətiyyət, gözündə qisas, 
Sanki zəlzələdən tərpəndi himi. 
Çırpındı ürəyi bütün gücüylə, 
Vururdu həyəcan təbili kimi. 
 
Birdən qasırğa tək durdu yerindən, 
Hay vurub, – igidlər, atlanın! – dedi. 
– Dünənki mehtərə, naxırçıya bax, 
Bu gün qəhrəmanlıq eyləyir gidi. 
 
Göydə ulduzlar da görünmürdü heç
Gecənin üzünə ağ olub qar da. 
169 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
170 
 
 
Pristavın evinə yaxınlaşdıqca, 
Göründü keşikçi, qoruqçu burda. 
 
Hürüşdü həyətdə çoban itləri, 
Əl atdı Mehralı kələyə, fəndə. 
Çəkdikcə dəlilər çöldə diqqəti, 
O, girib otağa, durdu bir tində. 
 
İzləyə-izləyə hadisələri, 
Qısıldı yavaşca qaranlıq küncə. 
Dünyadan xəbərsiz yatdı pristav, 
Bayırdan dəhşətli səslər gəlincə. 
 
Qopdu qoruqçudan şivən, inilti, 
Susdurdu itləri güllə bayırda. 
Atıldı yataqdan dərhal pristav, 
Tüfəngi tapmadı qoyduğu yerdə. 
 
Küncdən bir qaraltı tərpəndi birdən, 
Pristavın canına vahimə doldu. 
Təklik dəhşətimiş amansızlara, 
Ümidi qırıldı, bənizi soldu. 
 
Köməyə səsləyib keşikçiləri, 
Təntidi, atılıb düşdü bir qədər. 
Amma nə itlərin səsi gəlirdi, 
Nə keşikçilərdən yoxuydu xəbər. 
170 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
171 
 
 
Üz-üzə dayandı hər iki varlıq, 
Biri ədalətli, biri fırıldaq. 
Birinin canında qürur, əzəmət, 
Biri şeytan, iblis, yaramaz, alçaq. 
 
Səyriyə-səyriyə dindi pristav: 
– Nə qorxunc baxışın varıymış sənin. 
– Baxan vicdanındı, – dedi Mehralı, 
– Zamanın yamanca darıymış sənin. 
 
– Oldun millətinə, dininə qənim, 
Vicdanın nə deyir özünə sənin? 
İndi şahlığını alsam əlindən, 
El tüpürməyəcək üzünə sənin? 
 
– Sənə yalvarıram, al xəzinəmi, 
Balamın başına sanc məni, dayan! 
– Belə ki, müdriksən, onda de görüm, 
Özgə balasına deyilsən qıyan? 
 
Çox uzun çəkmədi bu yalvar-yaxar, 
Məzarlığa doğru yeridi atlar. 
Hayqırdı Mehralı: 
– Kor İsmayılın 
Qanı yerdə qalsa, məzarı çatlar. 
 
 
171 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə