Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

MEHRALI BƏY 
193 
 
 
 
 
V Boy 
 
 
Mehralı bəy 1877-1878-ci illər 
Osmanlı – Rus müharibəsi 
dönəmində 
 
 
Vətən darda qalsa qopar igidlər 
 
Hücum başlamışdı Oğuz elinə, 
Ruslar inadını qoymadı yerə. 
Üstünə şər yağdı dörd bir tərəfdən, 
Sınmadı Osmanlı amma bir kərə. 
 
Savaş qızğınıydı, düşmənlər azğın, 
Məramı biriydi bu döyüşlərin. 
Türkün qüdrətini  sındırmağıydı, 
Məqsədi, mənası bu yürüşlərin. 
 
Türkün damarında, qanında bu an, 
Qopaydı fırtına, boğanaq gərək. 
Ya da birdəfəlik üzərimizdən, 
Namusu, vicdanı biz danaq gərək. 
193 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
194 
 
 
Türk olan kəsdələr çox gözəl bilir, 
Ölmək var, əyilmək yoxdu canında. 
Vətən darda qalsa qopar igidlər
Dil gödəkliyi yox türkün qanında. 
 
Hücum etmişdilər iki cəbhədən, 
Ruslar canfəşanlıq edirdi yaman. 
Bu yandan ingilis, o yandan ərəb, 
Bir an Osmanlıya vermirdi aman. 
 
Mehralı qalmışdı başı alovlu, 
Onu dinc qoymurdu bu qansız zaman. 
İnsanlıq borcunu ödəməkçün o, 
Millətin yolunda qoyacaqdı can. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
194 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
195 
 
 
 
 
 
 
Mehralı bəyin ailəsini Qarsa 
köçürməsi 
 
Döyüşdə sərbəstlik gərək igidə, 
Amma əngəl çıxır hey qabağına. 
Anası, övladı, ömür yoldaşı, 
Çıdar olmuşdular əl-ayağına. 
 
Çox da düşünməyib, külfətini o, 
Qarsa köçürtməyə verdi qərarı. 
Yır-yığış eyləyib evi-eşiyi, 
Yola düzəldilər bir gecəyarı. 
 
Araba beşik tək yırğaladıqca, 
Baharın qoynunda yatırdı Rüşdü. 
Hüsniyyə ananın yanan qəlbınə, 
Yenə də bir həzin bayatı düşdü: 
 
Yaxaladı suç məni, 
Buraxmadı heç məni, 
Baltaladı, doğradı, 
Ömür boyu köç məni. 
 
195 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
196 
 
 
Getdilər bu yolu qadasız, qansız, 
Qarşıya nə ilxı çıxdı, nə sürü. 
Sərhədi keçəndə gördü Mehralı, 
Axıdır yaşını Tükəzban, Hürü. 
 
Ürəyi dözmədi bu kövrəkliyə, 
Tutub bacıların qüssə, qəm, kədər. 
Təmkinlə danışıb, səbirlə dinib, 
Ürək-dirək verdi igid bir qədər: 
 
Yaman günün ömrü azdı, 
Ağlama, bacım, ağlama! 
Qışın sonu güllü yazdı, 
Ağlama, bacım, ağlama! 
 
Nədir söylə bu qəm, kədər? 
Axıtma yaşını hədər. 
Çətinliklər keçib, gedər, 
Ağlama, bacım, ağlama! 
 
Gəlib çatdıq Alagözə, 
Ağlamaq yararmı bizə? 
Qurban olum ala gözə, 
Ağlama, bacım, ağlama! 
 
Alagöz kəndinə yetişdi onlar, 
Pişvaza Hüseyn dayısı çıxdı. 
196 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
197 
 
 
Külfəti yerbəyer edib Mehralı, 
Yenə də sel kimi Qafqaza axdı. 
 
Meydanlar qızışıb, səngimir savaş, 
Tələsir Mehralı, qaynar qanı var. 
Bəlkə gecikməyə ixtiyarı yox, 
Vicdanı önündə imtahanı var. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
197 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
198 
 
 
 
 
Mehralı bəyin Ruslar tərəfindən 
                bağışlanması 
 
Qanıyla qorudu sərhədi türklər
Atsa da əlini qılınca düşmən. 
Buraxıb məkrinin ipini əldən, 
Fitnə qısqırırdı dalınca düşmən. 
 
Atın yalmanına yatıb Mehralı, 
Vətənçün odlara yanmaq çağıydı. 
Qəməri çöllərdə dördnala çapan, 
Kədər xurcunuydu, qəm tuluğuydu. 
 
Dolaşdı kəndbəkənd, gəzdi elbəel, 
Ərənlər toplaşdı çağırışına. 
Qarapapaqlardan mərd igidləri, 
Comərd oğulları yığdı başına. 
 
Kələnin Hüseyn də qoşuldu ona, 
Gəldi Kor İsmayılın silahdaşları. 
Getdilər arxadan düşmən üstünə
Basqıda əzdilər neçə başları. 
 
Hərbi anbarlara etdilər hücum, 
Teleqraf xətləri kəsildi bir-bir. 
198 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
199 
 
 
Düşmən bilməyirdi irəli getsin, 
Yoxsa, arxadamı görsün bir tədbir. 
 
Gündə dağıdılır bir hərbi hissə, 
Nə bir silah qalır, nə sursat qalır. 
Xəbəri aldıqca rus generalı, 
Bu çaxnaşmalara tamam mat qalır. 
 
Çar Aleksandr da aldı xəbəri, 
Məşvərətçiləri qatdı oyuna. 
Bir təklif istədi, bağlamaqçün o, 
Türk qaçaqlarını rus alayına. 
 
Osmanlıya qarşı vuruşan kəsə, 
Yeni əfv fərmanı imzaladı çar. 
Öncə Mehralıya getdi bu təklif, 
General bir addım atmışdı naçar. 
 
Mehralı fürsəti vermədi əldən, 
Dərhal yararlandı bu imkanından. 
Asudə dolaşdı obanı, eli, 
Yel də ötəmməzdi daha yanından. 
 
 
 
 
 
199 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə