Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   35   36   37   38   39   40   41   42   43

MEHRALI BƏY 
241 
 
 
Nədənsə Mansuru saldı yadına, 
Onunla çox gəzib sıra dağları. 
Qılınc vurmuşdular, at çapmışdılar, 
Mansurun nəfsinə hakim çağları. 
 
Bir qədər düşündü olub keçəni, 
Bir gen fürsətiydi onun gərəyi. 
Təskinlik, sərinlik tapmışdı indi, 
İntiqam hissiylə yanan ürəyi. 
 
Zövqünü oxşadı dörd bir tərəfdən, 
Ulaş elçəsinin parıltıları. 
Sanki qulağına burda gəlmişdi
Bir zaman Baharın pıçıltıları. 
 
Xəyalında yemlik, quzuqulağı, 
Çöldə bir-birinə qatışırdılar. 
Amma bu nemətlər, bu dad, bu ləzzət, 
Hələ qar altında yatışırdılar. 
 
Gözünün önündə canlandı birdən, 
Hüsniyyə ananın üçayaq sacı. 
Fəsəli iyisi gəldi burnuna
Göynətdi qəlbini yurd ehtiyacı. 
 
Acıyurd kəndinin allancı bu yer, 
Yaman oxşamışdı zövqünü onun. 
241 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
242 
 
 
Burda bir doğmalıq duydu, nədənsə, 
Qaldırdı ruhunu, şövqünü onun. 
 
“Qonaq” adlanacaq bu vaxtdan belə, 
Könül quşlarının qonduğu bu yer. 
Ana təbiətin səxavətindən
Yaranmış varidat sandığı bu yer. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
242 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
243 
 
 
 
 
 
 
 
Yeni Qrapapaq Hamidiyyə 
Süvari Alayları 
 
Yığışdı Ulaşa Qarapapaqlar, 
Tarixə abidə yonaq, – dedilər. 
Acıyurd kəndinin bu guşəsində, 
Yeni yurd yerinə “Qonaq” dedilər. 
 
Ellərin gözündə Mehralı bəyin, 
Öz şanı, şöhrəti, çəkisi vardı. 
Vəsv edər şairlər onu şövqilə, 
Aşıqlar adına dastan yazardı. 
 
Gecələr qısalıb, gün uzanırdı, 
Artıq sağalmışdı yaraları da. 
Sayrışan çiçəklər bahar günündə
Özünə çəkirdi arıları da. 
 
Hörməti, izzəti dağlardan ağır, 
Acıyurd kəndinin ağasıydı o. 
Bir parça nur kimi elə, obaya, 
Hər evə, ocağa yağasıydı o. 
243 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
244 
 
 
Nə sultan unudur, nə də paşalar
Onun igidliyi aləmə cardı. 
Vətən sevgisiylə yaşayan kəsin, 
Könlündə Mehralı bəy ucalardı. 
 
Sultanın əmriylə süvarilərdən, 
Bir alay düzəltdi Mehralı paşa. 
Hücum lazım olsa Qarapapaqlar, 
Baxmazdı, bürküyə, qara, yağışa. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
244 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
245 
 
 
 
 
 
 
 
Mehralı bəyin Sultan Əbdulhəmidlə 
görüşü 
 
Maraq bürümüşdü Sultanı bir gün, 
Görən o, fil boyda bir insandımı? 
Sonsuz qəhrəmanlıq hardandı onda, 
Ovsunlu varlıqmı, sirr insandımı? 
 
Dastanlar bilirik bu timsalda biz
Bəlkə, nağılların qəhramanıdı? 
Göylərdən töhfəmi gəlibdi, yoxsa, 
Millətin Tanrıdan bir amanıdı? 
 
Elə bu fikirdə, düşüncələrdə, 
Yanına çağırdı Mehralı bəyi. 
Elə bu arzuda, bu diləkdəcə, 
Görmək istəyirdi Sultan “mələyi”. 
 
...Günəş naz edirdi Dolmabaxçaya
Görüşə Sivasdan bu gün bəy gəlir. 
Tamaşaya durub güllər, çiçəklər, 
Onları öpməyə apogey gəlir. 
245 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
246 
 
 
Mehralı qalxırdı hərbi geyimdə, 
Əl edib ətrafdan göz dikənlərə. 
Aldığı yaradan axsadığından, 
Qılıncı dəyirdi pilləkənlərə. 
 
Tıqqıltı nəğmə tək yayımlanırdı, 
Sultan öz taxtında duyur bu səsi. 
Birdən otağını nura boyadı, 
Bu mələk saydığı ərin şöləsi. 
 
Gördü ki, bu gələn enli kürəkli
Bəstəboy, qürurlu bir qəhrəmandı. 
Heyrəti gözündə dondu bir qədər, 
Belə düşünmürdü o, nə zamandı. 
 
Otağa yayıldı hərbi salamlar, 
Gözlər bir-birinə zilləndi öncə. 
Sultan təbəssümlə söylədi ona: 
– Səni bənzədərdim nəhəng bir gəncə. 
 
– Bu boyda igidlik, bir söylə görüm, 
Nə cür qərar tutub bu cür bədəndə? 
Mehralı söz altda qalmadı, amma, 
Sultan gülümsündü o, söz deyəndə: 
 
– Boyum balacasa, baxma, Sultanım, 
Uzundur qollarım, qılıncım mənim. 
246 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
247 
 
 
Vətəndən, torpaqdan, millətdən ayrı, 
Yoxdu bir gövhərim, bir incim mənim. 
 
Sultan Əbdülhəmid xoşlanıb sözdən, 
Durub qucaqladı Mehralı bəyi. 
Vətən unudarmı tarix boyunca, 
Bacaran vardırsa onu sevməyi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
247 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
248 
 
 
 
Bağdad üsyanı 
 
Qonaq sancağında üzü qibləyə 
Şöhrətdən səngərli saray ucaldı. 
O vaxtdan həyatda Mehralı bəyin, 
Bir qədər möhnəti, qəmi azaldı. 
 
Yenə tüstülətdi Hüsniyyə ana, 
Talvarın altında köhnə sacını. 
Duvağın üstündə fətir yayırdı, 
Zamandan alırdı qəmin bacını. 
 
Bahar samovara beş-üç köz salıb, 
Elə həyətdəcə açdı süfrəni. 
Qoyun pendiriylə, isti fətirlə 
Yan-yana qoymuşdu balı, kərəni. 
 
Rüşdü atasının tutub əlindən, 
Dilinin suallar oldu əzbəri. 
Hərdən də kimisə hədələyirdi, 
Çıxarıb belindən taxta xəncəri. 
 
Beləcə ötürdü həftələr, aylar, 
Zaman lal axanda boğulur tarix. 
Qopanda fırtına, əsəndə külək, 
Elə bil yenidən doğulur tarix. 
248 
Elbəyi Cəlaloğlu 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə