Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   2   3   4   5   6   7   8   9   ...   43

Elbəyi Cəlaloğlu 
14 
 
gəldim, bu məqsədlə yeni mənbələr axtarmağa başlasam 
da, bu təşəbbüsümə tam nail ola bilmədim. Fikrimi açıq-
layanda  isə,  jurnalist  dostum  Musa  Nəbioğlu  Beşir  Sön-
mezin  “İndimola  Mihrali  bey  Yemene”  və  Doğan  Kaya-
nın  Azərbaycan  türkcəsinə  uyğunlaşdırılmış  “Bir  dastan 
qəhrəmanı Mehrəli bəy” kitabını mənə hədiyyə etdi. Əs-
lində  məlumatımı  bütövləşdirmək  üçün  bu  üç  kitab  ye-
tərli  idi.  Valeh  müəllimin  də  məlumat  verdiyi  Osmanlı 
Şərq qoşunları komandanı Qazi Əhməd Muxtar Paşanın 
bu igid haqqında olan qeydləri və Ordumühüm baş kati-
bi Mehmet Arif bəyin “Başımıza gelenler” kitabı marağı-
mı çəksə də onları oxumaq da mənə nəsib olmadı. Lakin 
bu kitablar haqqında Valeh Hacıların və Bəşir Sönməzin 
kitablarından  yetərincə  məlumat  almaq  mümkündür. 
Eləcə də XIX əsr Azərbaycan və Osmanlı tarixinə yenidən 
nəzər saldım. Bir qədər də internet axtarışlarından sonra 
əsəri  başlamaq  qərarını  verdim.  Bunun  üçün  beynimdə 
Mehralı  bəyin  şifrələrini  yığmalı  idim.  Yuxarıda  adını 
çəkdiyim kitabları bir neçə dəfə təkrar oxuduqdan sonra 
deyəsən istəyimə nail olmuşdum. Azərbaycan Xalq  şairi 
Zəlimxan  Yaqubun,  professor  Valeh  Hacıların  və  atam 
Aşıq Cəlalın xeyir-duası ilə 2008-ci il noyabrın 2-də əsəri 
başlamaq üçün ipucu tapdım. 
Bütün hadisələri tarixi faktlara əsaslanaraq yazdım. Tə-
bii  ki,  bədii  fikirlərim  də  istisna  deyil,  çünki  hadisələrin 
az məlum olan tərəfləri də olur, belə olduqda bu məqam-
lar  yazıçı  təfəkkürünün  süzgəcindən  keçmək  məcburiy-
yətində qalır. 
Elbəyi Cəlaloğlu 
14 


MEHRALI BƏY 
15 
 
Təsadüfi  deyil  ki,  türk  mənbələri  Mehralı  bəyi  “ikinci 
Koroğlu”, “ikinci Battal Qazi” kimi qələmə verirlər. Meh-
ralı bəy əfsanə deyil, bu, bir həqiqətdir. İgidlər türk tari-
xində həmişə olub, var və olacaqlar. Onlar, sadəcə zama-
nın  bu  cür  qəhrəmanlara  ehtiyacı  olduqda  zühr  edirlər. 
Mehralı  bəy isə  nadir  qəhrəmanlardandır  və  əsərdən  də 
görəcəksiniz ki, o, qəhrəmanlar qəhrəmanıdır. 
 
Bir neçə kəlmə də əsərdə rast gələcəyiniz bəzi 
adlar və toponimlər haqqında 
 
Mehralı bəyin anasının adını heç bir mənbə düzgün ifa-
də  etmir.  Valeh  müəllim  bu  məsələyə  ümumiyyətlə  to-
xunmasa  da,  Bəşir  Sönməz  onun  adını  bir  yerdə  “Saru-
han” , digər yerdə “Hasne hanım“(səh.50), bir başqa yer-
də  isə  “Ustuhan  hanım”(səh.82,126)  deyə  anır.  Eyni  za-
manda, Borçalıda görüşdüyüm, özünü Mehralı bəyin qar-
daşı Alının nəticəsi hesab edən, Qarslı tarix müəllimi Fu-
ad  Türkayın  dediyinə  görə  Türkiyə  tarixi  sənədlərində 
Mehralı bəyin anasının adı “Hasne hanım” olaraq çəkilir. 
Qeyd edim ki, bu adların heç biri Qazax-Borçalı reallığına 
cavab  vermir,  lakin  Fuad  bəyin  dediklərinə  inanaraq 
“Hasne” adının üstündə dayandım və əsərdə Mehralı bə-
yin anasının  adını  bu  ada  bir  qədər  uyğun  gələn  “Hüs-
niyyə” olaraq qələmə aldım. 
Eləcə də, Keşəli kəndində Məmli ağanın dostu Əhməd 
ağanın arvadının (Mehriban) və Maraslıda Musa çavuşun 
atasının (İslam) adını da şərti seçdiyimi nəzərinizə çatdı-
MEHRALI BƏY 
15 


Elbəyi Cəlaloğlu 
16 
 
rıram. 
Mehralı bəyin sevgilisinin və ya arvadının doğulduğu 
Keşəli  kəndinin  adında  da  müəmmalar  var.  Bu  kəndin 
adı türk mənbələrində “Keçəli” kimi gedir. Professor Va-
leh Hacılar araşdırmasında bu haqda yazaraq güman edir 
ki,  həmin  kənd  əski  adı  “Haceli”  olan  Abdallı  kəndidir. 
Müşviq Çobanlı isə Azərbaycan türkəcisənə uyğunlaşdır-
dığı Doğan Qayanın “Bir dastan qəhrəmanı: Mehrəli bəy” 
kitabının  izahatlar  verilmiş  45-ci  səhifəsinin 8-ci  bölü-
mündə  bu  kəndin  Qarapapaqların  bir  qolu  olan  Keşəli 
tayfalarının  yaşadığı  Keşəli  kəndi  olduğunu  qeyd  edir. 
Məncə, ikinci versiya daha inandırıcı görsənir, lakin bura-
da başqa bir məsələ meydana çıxır. Keşəli kəndi Kürüstü 
Dəmirçihasannıda,  Sınıq  körpüdən  Tiflisə  gedən  yolun 
təxminən 15 kilometrliyində yerləşir. Həmin kəndlə Dar-
vaz kəndinin arasında olan nisbətən uzaq məsafə bir qə-
dər fikirlərimi dolaşdırdı. Lakin keçmiş zamanlarda hey-
vandarlıqla  məşğul  olub,  yayda  yaylağa,  qışda  qışlağa 
köç  edən  əhalinin  bir  qisminin  yaylaqda  oturaq  həyat 
sürməyə  başlaması  da  həqiqətdir.  Başkeçid  kəndlərində 
özünü Keşəli əsilli sayan sakinlərin sayı indi də az deyil, 
buna misal olaraq indiki “Yırğançay” kəndinin adını bü-
tövlükdə çəkə bilərik. Eləcə də, Kalinino rayonunun “So-
yuq  bulaq”,  “İlməzli”,  “Cücəkənd”  və  “Qaraisəli”  (hər 
dörd kəndin əhalisi Ermənistanda yaşamış digər azərbay-
canlılar kimi 1988-ci ildə ermənilər tərəfindən deportasi-
ya  olunmuşlar)  əhalisinin  bir  hissəsinin  də  Keşəli tayfa-
sından  olduğu  bildirilir.  Ola  bilsin  ki,  Keşəli  əsilli  əhali 
Elbəyi Cəlaloğlu 
16 


MEHRALI BƏY 
17 
 
(bu türk tayfasının da köklü araşdırmaya ehtiyacı var) o 
dövrdə yerləşdikləri yeni yaylaq yerlərində də dədə-baba 
yurdunun adını bir qədər yaşatmışlar. Güman edirəm ki, 
“keşəli” komponentindəki “ş” səsi türk mənbələrində öz 
yerini  “ç”  səsinə  vermişdir.  Onu  da  deyim  ki,  nədənsə, 
“Keşəli” olduğunu zənn etdiyim, mənbələrdə adı çəkilən 
“Keçəli”  kəndinin  XIX  əsrdə  məhz  Başkeçid  ərazisində 
yerləşmiş olduğunu güman edirəm. Bütün bu dedikləri-
mə rəğmən bu toponimi əsərdə “Keşəli” olaraq saxladım. 
Əziz oxucum, beləliklə, böyük həvəslə Allah eşqinə ər-
səyə gətirdiyim “Mehralı bəy” əsərini sizin öhdənizə bu-
raxıram. “Varını verən utanmaz” deyiblər, indi də söz si-
zindir,  əsər  tərəfinizdən  sevilərsə,  özümü  xoşbəxt sana-
ram. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MEHRALI BƏY 
17 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə