Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə63/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   59   60   61   62   63   64   65   66   ...   69

Elbəyi CƏLALOĞLU 
196 
ziyarətə  gedirsənsə,  onu  milyonlarla qadının  içindən  seçib 
ziyarət edəcəksən, çünki ananın sənin ayrılmaz hissən oldu-
ğunu dəqiq bilirsən və sənin ona olan sevgin maddi dünya-
da olan digər sevgilərdən fərqli olaraq cəbrdir. Yəni anaya 
olan sevgi həyatda qazanılan deyil, İlahidən gələndir. Ana-
nın sənə verdiyi bu hissi başqa birisiylə əvəz edə bilməzsən, 
ananın sevgisini başqa birisindən ala bilməzsən, ana əvəzo-
lunmazdır. Deməli, ana könüllə seviləndir, bu sevgi “könül 
səsi”ylədir. Ata və övlad da belədir. Allah eşqi isə bütün bu 
sevgilərin fövqündə olan İlahi bir hissdir. Əgər sən idrakın 
“qapısı”nı açıb Allahı dərk edə bilsən, O, sənin könlündə tə-
cəlla  edər və  bu zaman  “İlahi  eşq”in  qüdrətinə  bir  daha 
əmin olarsan. 
Sufilik insanlara Allahı dərk etməyi və Ona İlahi eşqin 
vasitəsilə qovuşmağı təlqin edir. Bu mənada Bəyazid Bəsta-
minin fəna nəzəriyyəsi sufiliyin əsas xəttlərindən birinə çev-
rildi. Bu nəzəriyyə maddi dünyanın fani olduğunu və buna 
görə də insanlara fərdiyyətdən çıxıb Allaha qovuşmanı təl-
qin edirdi. 
Bundan  sonra  daha bir möhtəşəm fikir isə  ilahiyyatçı 
alim Məhəmməd Qəzzalidən gəldi. O, həqiqətin dərk edil-
məsində doğuşdan gəlmə istedadı, yəni helmi ilkin şərt ki-
mi qəbul edərək, sufiliklə ilahiyyat elminin birlikdə meyda-
na gətirdiyi ümumi nəticəni göstərməyə nail oldu. 
Tanrının dərk edilməsində sonuncu mükəmməl fikir isə 
Şəms Təbrizi ilə  mənim  müasirimiz və  mürşidimiz olmuş 
Əndəluslu Mühyiddin İbn Ərəbiyə məxsusdur. O, vəhdəti-
vücud hikmətinin əsaslarını yenidən işlədi. Mühyiddin İbn 
Ərəbi islam sufiliyini xristian ruhani düşüncəsindən köklü 
surətdə ayırmağa nail oldu. Belə ki, xristian ruhani təlimi öz 
açıqlamasında  Allahı  təbiətlə  eyniləşdirir,  yaxud  da  o,  cis-
mani dünyada bütün canlı və cansız yaradılmışların vəhdə-
tini Yaradanın özü hesab edir. Mühyiddin İbn Ərəbiyə görə 
isə  yaranmışların  hamısı  Yaradanın  kölgəsindən  başqa bir 
şey deyildir. 
Bütünlüklə  bu gəlişmənin  kökündə  dayanan  təsəv-


Eşq dənizləri qovuşanda 
 
197 
vüfdür. Təsəvvüf sıxıntı zamanı könüldə nəşə və fərəh tap-
maqdır.  Təsəvvüf  insanların  yox,  Allahın  razılığını  qazan-
maq,  pis  xüsusiyyətləri tərk  edib,  nəfsani  olan  şeylərdən 
uzaqlaşmaqdır. Təsəvvüf ruhun yüksəlişinə səbəb olan xü-
susiyyətlər qazanmağa səy göstərmək, həqiqi elmlərə sarıl-
maq, həmişə ən uyğun şəkildə hərəkət etmək, hər kəsə nəsi-
hət verməkdir.  Təsəvvüf Allah təalaya verilən  əhdə  sadiq 
qalmaq,  Məhəmməd  səllallahu  əleyhi və  səlləmin  dininə 
gəlməkdir.  Elm  öz  həddini  bilmək,  təsəvvüf qəlbi təmizlə-
məkdir. Təsəvvüfün öyrədilməsində məqsəd, insanın özünə 
qayıtmasını,  özünün  əsl yerini  tapmasını  təmin  etməkdir. 
Təsəvvüf bir elm, bir hikmətdir. Hikmətə sarılan kişinin ağlı 
ağılla anlaşıla bilən şeylərə bağlıdır. Amma pak kişi, təsəv-
vüfçü ağlın ağlını, yəni ağıl külliyyatını hərəkətə gətirə bi-
ləndir.  Təsəvvüfün  son  yatablarından  biri  “Fənafillah”dır. 
Bu məqam Tanrı qulunun nəfsinə hakim kəsilməsi və onun 
bütün pislikləri ürəyindən təmizləməsidir. Qətl, zina, oğur-
luq, yalançı şahidlik və kimsəni aldatmaqdan imtina etdin-
sə, ata-anana yüksək səviyyədə hörmət və sayğı göstərdin-
sə,  çatışmayan  tək bircə  şey  qalar.  Bu,  mal-mülkünü,  var 
dövlətini Allah yolunda yoxsullara paylamaqdır. Çünki sər-
vətə  güvənənlərin  də  Allaha qovuşması  mümkünsüzdür. 
Həzrəti İsa buyurur ki, dəvənin iynə deşiyindən keçirdilmə-
si, zəngin adamın axirətini abad etməsindən daha asandır. 
Ona görə də, zəngin adam kamil olması üçün yubanmadan 
mal-mülkünü  satıb,  bütün  var-dövlətini  yoxsullara payla-
maq məcburiyyətindədir. Bu, Yaradanın böyüklüyünə inam 
gətirmək, Allahın mərhəmətinə, səxavətinə yetişmək, ədəbə 
sahib olmaq  deməkdir.  Bundan  başqa,  “Fənəfillah” məqa-
mına çatmaq üçün helmini, elmini, ədəbini, vicdanını da öz 
varlığında birləşdirmək vacib şərtdir. Bundan sonra isə “Bə-
qabillah” gəlir. Bu məqam isə  könüldə  Tanrının  təcəllası, 
Allah nurlarını saçan baqi günəşin bərq vurmasıdır. 
Bütün  yaranışlar bir-birinə  zəncirvari  bağlıdır.  Yəni, 
müşkül hardadırsa, cavab da ordadır, dərd olan yerə dəva, 
yoxsulluq  olan  yerə  nemət gedər.  Ağılla qəflətdən  oyan-


Elbəyi CƏLALOĞLU 
198 
maq, tövbə edib doğru yolu tapmaq, bununla da günahlar-
dan qurtularaq Allahın sevimlisi olmaq mümkündür. Unut-
ma ki, bülbüllər gül-çiçək olan  yerdə, qarğalar isə leş olan 
yerdədir.  
Məhşər günü sənin kim olacağını, nə hala gələcəyini bil-
məyin vacibdir, bütün bilgilərin ruhu elə budur. Bunları da 
ağılla dərk etmək olar. Ağıl qabıqdır, ağlın ağlı isə içdir. İç 
arayan qabığı sevməz. Qabıqdan ibarət olan ağıl bir məsələ-
ni  ancaq yüzlərlə  misaldan  sitat gətirməklə  anlayar. Külli 
ağlı olan isə doğru olmayanı dərhal anlayar və ona vaxt sərf 
etməz. Nəfs ağıla qalib gələ bilər, lakin külli ağıl nəfsin gö-
zünü qamaşdıran zümrüddür. Bax, idrak  da o ağlın  ağlın-
dadır – külli ağıldadır. Ağlı ram edən nəfs, sanki öz evində-
dir, o, burada aslana çevrilmiş it kimi ağlı özünə tabe edir. 
Ağlın ağlı isə o iti bu evdən birdəfəlik qovar. Mələklə ağıl 
eyni yaradılışdadır. Mələk quş kimi qanadlıdır, ağıl isə qa-
nadlarını tərk edib nura bürünmüşdür. Lakin ikisinin də qa-
yəsi və mənası bir olduğundan, bu iki gözəl bir-birinə yar-
dımçı və arxa olmuşlar. Onların hər ikisi Adəmə yardım et-
miş və ona səcdə qılmışlar. Nəfslə şeytan isə əvvəldən Adə-
mə düşmən kəsilib, ona həsəd aparıblar. 
İnsan Allahın yaratdığı son varlıqdır, külli-aləm ondan 
ötrüdür. Allah torpaqdan yaratdığı insana ruh üfürdükdən 
sonra insan nurlandı, gözəlləşdi, Allahın özünə bənzədi. İn-
san  dünya  nemətlərinə  uyduqca,  nəfsin  afətlərinə  təslim 
olduqca əbədi nurdan ayrı düşür və ruhunun rəngi qaralır. 
Lakin o, Allahın ona əmanət etdiyi ruhu nəfsinin çirkabına 
bulamadan pak saxlayarsa, o zaman ali məqama yüksələ bi-
lər. Əməllər niyyətlərə görədir, bununçün niyyətinizi şəffaf-
laşdırıb,  vaxtınızı  Allahın  razı  olduğu  və  bəyəndiyi  işlərə 
sərf edin. Bu baxımdan yeyib-içmək, qidalanmaq kimi şey-
lər ləzzət almaqdan ötrü yox, ibadət etməyə qüvvə qazan-
maq  üçün  edilməlidir.  Yatmaq  da  üzərindəki yorğunluğu 
götürərək ibadəti  daha gümrah və  rahat  bir  şəkildə  etmək 
məqsədilə  olunmalıdır.  Bütün  bunlar  ilk  növbədə  niyyətin 
düzəldilməsinə xidmət edir və ibadət də elə bu mövqeyə sa-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə