Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə59/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   55   56   57   58   59   60   61   62   ...   69

Elbəyi CƏLALOĞLU 
182 
Can gözü kor olanlar isə görünməyən pisliklərə bulaşır, fə-
qət içdə olan pislik artıqca artır, onu göz yaşından başqa heç 
nə yuya bilməz. Zahiri pisliyin iyi iyirmi addımdan o yana 
hiss olunmaz, batini pisliyin iyi isə Reydən Şama qədər ge-
dər, hətta göylərə çıxar. 
Tanrı bütün aləmlərə rəhmət olması məqsədilə yer üzü-
nə vəliləri gətirmişdir. Vəlilər xalqı Haqqın hərəminə dəvət 
edər və “Ya Rəbbi, sən bunları xilas et!” deyə dua edərlər. 
Onlar bu yöndə yorulmadan xalqa öyüd verərlər. Əgər xalq 
bu  öyüdləri qəbul etməsə,  vəlilər  “Ya  Rəbbi,  sən  bunlara 
acı,  yazığın  gəlsin,  sən  qapını  qapama!”  deyərlər. Sənsə 
bunları yalnız ağılla dərk edə bilərsən! Duyğu ağıla əsirdir, 
ağıl  isə  ruhun  əsiridir.  Əgər Haqq  ağlın  qollarını  açarsa, 
Tanrı qorxusu sənə mane olanların qollarını bağlayar. Xid-
mətində duran ağıl olarsa, sənə gizli görünən duyğular da 
sənin tabendə olar. Bu halda insan oyaqkən də şirin röyalar 
görür və göyün qapıları onun üzünə açılır. Bütün işlərin son 
nəticəsi gizli olsa da, ağıllı adam onu öncədən görür. Rəbbi-
miz insanla heyvanı daxili əlamətlərilə yanaşı, zahiri görü-
nüşləri ilə də fərqləndirib, sən də bunun fərqinə var! Adəm 
oğluna süd köksdən gəlir, eşşəyə isə bədənin yarısından da 
aşağı hissəsindən, bu sənə heç nə demirmi? İnsanın dünya-
nı görmə çərçivəsi onun anlayışı qədərdir. Pak kişiləri gör-
məməyin, onların pərdə arxasında olduğunu zənn etməyin 
sənin  duyğularının  pisliyindəndir.  Əgər  duyğularını  Haqq 
suyu ilə yusan o pərdə yırtılar, pak kişilər sənə görünməyə 
başlayar. Saf duyğularla addan, şöhrətdən, tamahdan, nəfs-
dən qurtular, eşq içindəki eşqi görərsən. Bədən kömürdür, 
eşqsə od. Kömür odun rəngiylə gözəlləşər, onun rəngi odda 
gizlənər,  lakin  ocaq  söndükdə  kömürün  qaralığı  yenidən 
görünər.  Od  da  cismanidir,  o,  nə  ruhdandır,  nə  də  ruhani 
aləmdən. Çünki ruhani aləmlə təmasda olan cism canla ar-
tar, günü-gündən daha da yaxşılaşar, gözəlləşər, lakin canın 
çıxması ilə cism məhv olar... 
Mövlana Cəlaləddinin bu günkü söhbəti uzun çəkdi, la-
kin heç kəs yerindən durmaq istəmirdi. İnsanın, insanlığın 


Eşq dənizləri qovuşanda 
 
183 
nə olduğunu, görünməyən sirlərin açılmasını heyrətlə izlə-
yən  müridlərin  nəfəs almaq belə  yadlarına  düşmürdü.  Al-
lah  onlara  Aşiqlər sultanı  Mövlana  Cəlaləddin  Rumi kimi 
bir vəli, bir möcüzə qismət eləmişdi ki, ondan yararlasınlar, 
bəhrələnsinlər. Allahın verdiyi dürləri isə Mövlana Cəlaləd-
din  axrıncı  qətrəsinə  kimi  onlara  aşılamağa  çalışırdı,  lakin 
onun öz təbirincə desək dil idrakın bütün qatlarını sona qə-
dər olduğu  kimi ifadə  etməkdə  acizdir.  Amma hər halda 
bu, Mövlana Cəlaləddin Rumi idi. 
Mövlana Cəlaləddin Rumi dərsin sona yetişdiyini bildir-
di, müridlər durub dağılışmağa başladılar, lakin bu zaman 
arzuolunmaz bir hadisə baş verdi, elə hadisə ki, onun yarat-
dığı hal Mövlana Cəlaləddinə mənəvi zərbə vurdu, onu də-
rindən sarsıtdı... 
 
 
 


Elbəyi CƏLALOĞLU 
184 
X X I I I   F Ə S İ L  
Dekabr ayının Mövlanaya vədləri 
Dərsi bitirdikdən sonra Mövlana Cəlaləddin Rumi adəti 
üzrə  ən  yaxın  dostlarını  və  oğlu Bahaəddini  gözləyirdi  ki, 
onlar yaxınlaşsınlar. Hüsaməddinlə  Bahaəddin  yaxınlaşsa 
da, nədənsə Səlahəddin Zərkub yerindən durub oradaca da-
yanmışdı. Birdən o, aşağıya əyildi, bu vəziyyətdə azca qal-
dıqdan sonra yenidən ayağa durdu. Bu vaxt onda nəsə baş 
verdiyini anlayan Hüsaməddinlə Bahaəddin ona doğru tə-
ləsdilər, lakin onlar yetişməmiş Səlahəddin bir də oturdu və 
tezcə də yanı üstə düşdü. Onlar yetişəndə Səlahəddinin rən-
gi kağız kimi ağarmış, öz halından hövllənirmiş kimi gözlə-
ri yuxarıya doğru tuşlanmışdı. Hamı bu gözlənilməz səhnə-
yə  mat qaldı,  təbib-loğman  çağırmağın  da  xeyri yoxuydu, 
sonradan gələn təbiblər isə onun qan təzyiqinin həddən-zi-
yadə yüksəlməsi ilə beyninə qan sızması nəticəsində keçin-
diyini güman etdilər... 
Səlahəddin son vaxtlar qan təzyiqinin kəskin yüksəlmə-
sindən tez-tez gileylənirdi. Yüksək qan təzyiqi onda baş ağ-
rılarına  və  ürək  döyüntülərinin  çoxalmasına  səbəb olurdu. 
Təbiblər müayinədən sonra onu dərmanlarla və türkəçarə-
lərlə müalıcə etməyə başlasalar da, bunu əsasən mövsüm və 
ab-hava dəyişikliyi ilə əlaqələndirirdilər... 
Səlahəddin  Fəridun  Zərkubun  qəfil ölümü ailəsini  və 
dostlarını sarsıtdığı kimi, onu özünə xəlifə elan etmiş Möv-
lanaya da mənəvi sarsıntı, ruhi zərbə vurdu. Elə bu səbəb-
dən mərhumun ölümündən sonra Mövləvi dərsləri bir qə-
dər  dayandırıldı.  Lakin  bu,  çox  da  uzun  çəkmədi,  çünki 
dünyasını dəyişmiş bir adama uzun müddət yas tutmaq əs-


Eşq dənizləri qovuşanda 
 
185 
lində  Mövlananın  əqidəsinə,  onun  təlqin  etdiyi  düşüncə 
tərzinə zidd idi. Ona görə də, bir həftədən sonra o, dərsləri 
qaydasına salmağa başladı, Səma rəqslərini isə yalnız Səla-
həddinin qırxı çıxdıqdan sonra bərpa etdi ki, bu da rəqslər 
zamanı musiqi çalınması ilə əlaqədar idi. 
Son vaxtlar Mövlananın ağlına qəribə bir şey gəlmişdi, 
o, yaxınlarının ölümündə qeyri-adi bir hikmət müşahidə et-
məyə başlamışdı. Belə ki, Kimyanın ölümü, Şəms Təbrizinin 
yoxa çıxması və Səlahəddin Zərkubun ölüm günü ayrı-ayrı 
illərdə olsa da, hamısı eyni fəsilə, təqribən eyni vaxta – de-
kabr  ayına  düşmüşdü.  Bundan  başqa,  Mövlana  Cəlaləddi-
nin atası Sultan Bahaəddin Vələdin ailəsinin Bəlxdən birdə-
fəlik köçməsi və Şəms Təbrizinin Konyaya gəlişi də bu tari-
xə  yaxın  –  noyabr  ayının  axırına  təsadüf  etmişdi.  Bu  ayda 
nə hikmət var ki? İlin bu vaxtı – dekabr ayı ona daha nələri 
vəd edə bilərdi? Bu cür suallar Mövlana Cəlaləddin Rumini 
xeyli düşündürmüş, narahat etmişdi... 
Səlahəddin Zərkubun ölümündən sonra Mövlana Cəla-
ləddin uzun müddət özünə gələ bilmirdi. O, tez-tez tənhalı-
ğa  çəkilir,  hücrəsində  uzun-uzadı  xəyallara  dalırdı.  Onun 
bu qəm-qüssəsi Hüsaməddini də narahat etməyə başlamış-
dı.  Bu  səbəblə  Hüsaməddin  mürşidinə  yaxınlaşdı,  onunla 
xeyli söhbətləşdi və sözarası ona belə bir təklif verdi: 
– Ey Aşiqlər sultanı, dərsdə və söhbətlərinizdə mömin-
lərə  öyrətdiyiniz  həqiqətləri  özündə  birləşdirən  bir  kitab, 
ustadlarınız  Sənainin  və  Əttarın  əsərlərinə  bənzər bir əsər 
yaza bilməzsinizmi? Yazacağınız bu tipli əsər sizin gələcək 
nəsil üçün ən gözəl ərmağanınız olar, güman edirəm ki, si-
zin  əqidənizə  və  hikmətlərinizə  bütün  zamanlarda  ehtiyac 
olacaq.  Eyni  zamanda,  bu  əsər gələcəyin  böyük fikirlərinə 
təkan verəcək bir qüvvə ola bilər, – müridinin bu sözlərini 
dinləyən Mövlana ondan razı qaldı və başına əmmamə edib 
doladığı sarğının arasından üzərində on səkkiz beyt yazdığı 
bir kağız çıxardaraq belə cavab verdi: 
–  Biz  “Quran”dan  cövhərini  seçərək,  qabığını  ona  uy-
ğun olanların qarşısına atdıq. “Quran” bizə Allahın təfsirini 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə