Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə58/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   54   55   56   57   58   59   60   61   ...   69

Eşq dənizləri qovuşanda 
 
179 
na sonralar zamanın aramsız sularının belə silə bilməyəcəyi 
izlər qoyurdu... 
Hadisələrin  kəskin  xarakter  aldığı  həmin  dövrdə  fitnə-
fəsadlar və ruhi gərginliklər azmış kimi, Mövlana Cəlaləd-
dinin öz ətrafında da sarsıdıcı hadisələrin ardıcıllığı pozul-
murdu. Ona belə zərbələrdən biri də 1258-ci il dekabrın 29-
da dəydi... 
Qış vaxtı olsa da, havalar xoş keçirdi. Payızdan bəri da-
vam edən yağmurlar və qışın ayazı təbiətin günəşin şəfəqlə-
rindən qidalanaraq öz qoynunda yetişdirdiyi gömgöy otları, 
bar-bərəkətli çölləri saraldıb  xəzana  çevirmişdi.  Buna  bax-
mayaraq, bu qış günündəki açıq hava və günəşin həzin ox-
şamaları, isti nəfəsi insanların üzünə təbəssüm qondurmuş, 
onlara xoş ovqat, gözəl əhvali-ruhiyyə bağışlamışdı... 
Mədrəsənin qabağında qələbəlik hökm sürürdü. Bir az-
dan  dərs  başlamalı  idi.  Müridlərin  zala yerləşməyəcəyini 
düşünən Mövlana Cəlaləddin dinləməni açıq havada keçir-
mək qərarına gəldi və bu fikrini dostlarıyla məsləhətləşmək 
istədi. O, gözüylə onları aradıqda Hüsaməddin Çələbilə Ba-
haəddin Vələdin otları saralmış çəmənlikdə söhbət edə-edə 
gəzişdiklərini  gördü.  Mövlana  Cəlaləddin  bir  neçə  il  öncə 
Hüsaməddinlə  quda  olmuşdu,  o,  oğlu Bahaəddini  dostu 
Hüsaməddin Çələbinin qızı ilə evləndirmişdi. Mövlana Cə-
laləddin onlara mane olmaq istəmədi, ona görə də Səlahəd-
din Zərkubu yanına çağırıb fikrini ona dedi. Təklifdən Zər-
kubun da xoşu gəldi və beləliklə, dinləmə açıq havada dü-
zənlənməli oldu. 
Gətiriləsi gətirildi, götürüləsi götürüldü və təbiətin qoy-
nunda möminlər yerbəyer oldular. Bundan sonra Mövlana 
Cəlaləddin hikmət xəzinəsini töküşdürməyə başladı: 
– İllərdir ki, mənim çağırışıma saysız-hesabsız qoşulan-
lar var, hətta Şəms Təbrizi dönəmindən dərslərimdə, möv-
ləvi rituallarında iştirak edənlər var. Bu vaxt ərzində hər kəs 
elə zənn etdi ki, mənə yar oldu, amma heç kəs mənim daxi-
limdəki sirri aramadı, ona sahib ola bilmədi. Bilin ki, mənim 
sirrim naləmdən uzaqda deyil, lakin gözlərinizdə və qulaq-


Elbəyi CƏLALOĞLU 
180 
larınızda  onu  görüb  eşidəcək  güc  yoxdur.  Necəki,  bədən 
ruhdan, ruh bədəndən ayrı deyil, fəqət ruhu görmək imkanı 
heç kəsə verilməyib, – Mövlana boğazını arıtladı, iştirakçıla-
ra göz gəzdirdi və söhbətinə davam etdi: 
– Mən nə aşağıda, nə də yuxarıdayam. Mən nə doğuda, 
nə  də  batıdayam.  Mən  mənə  ehtiyac  duyulan  hər  yerdə, 
mənə  “gəl”  deyən  hər kəsdəyəm.  Mən  mənim  könül 
hovuzumda  və  onun  kənarında  görünən  dostlarımdayam. 
Mən  hər  birinə  “gəl”  dediyim  bütün  bəşər  övladlarında-
yam.  Mən  bu  aləmə  gəlməmişdən  əvvəl  də  vardım.  Hələ 
Adəm yaranmamışdan cənnətin keşikçisi idim. Aləm mən-
dən aydınlandı, Adəm məndən təsvir olundu. Bu dünya da 
mənəm, o dünya da. İnsan da mənəm, cin də. Dağ da, səhra 
da mənəm. Sən məni eşqin şölələrində gör, mən eşq dilində 
söylənirəm, sevgi dilində ifadə olunuram. Nə qədər ki, mən 
sağam, Quranın bəndəsiyəm. Mən Məhəmməd Mustafanın 
getdiyi yolun  torpağıyam. Mən  Haqqa qul olanın  quluna 
köləyəm. Hər kim mənim haqqımda bundan başqa bir söz 
desə,  həm  o  adamdan,  həm  də  onun  dediyi sözdən  beza-
ram. Hər kəs öz adında çağrılmalıdır. Hər kəs olduğu kimi 
görünməlidir! Mənim səcdəmin də kökündə dolğun bir əsas 
durur,  belə  ki,  mən  bir  aciz  bəndə  olaraq qul olduğumu 
Tanrıya ifadə edə bilmədiyim üçün utandım və başımı önü-
mə əydim. Hər bir kölə azad edildikdə sevinir, mən isə İla-
hiyə  qul olduğum  üçün  sevinirəm,  –  bu sözlərdən  sonra 
Mövlana Cəlaləddin qısaca ara verdi. O, belə fasilələri tez-
tez edirdi və bu zaman dinləyənləri nəzərdən keçirirdi, on-
ların bu fikirləri anlayıb, anlamadığını bilmək istəyirdi. Fa-
silələrdə isə müridlər arasında müzakirələr başlayırdı. Möv-
lana  həmin  səbəbə  görə,  Hüsaməddin  Çələbi,  Səlahəddin 
Zərkub, Sultan Vələd və digər səriştəli möminlərə müridlər 
arasında ayrı-ayrı yerlərdə oturmalarını tapşırmışdı. O, söh-
bətinə başlayanda isə bütün müzakirələr dayandırılırdı. 
Mövlana Cəlaləddin açıq havada soyumuş, ətirli dağ çi-
çəklərinin qatışığından hazırlanmış cövhərdən bir neçə qur-
tum aldıqdan sonra qayğılı baxışlarını sonsuzluğa dikdi. O, 


Eşq dənizləri qovuşanda 
 
181 
bu cür söhbətlərində fikrin dərinliklərinə baş vurarkən çox 
zaman  özünü  unudurdu.  İndi  də  o,  gözünü  zillədiyi  son-
suzluqda  kiminləsə  danışırmış  kimi və  ya kiməsə  hesabat 
verirmiş kimi aramla söhbətinə davam etdi: 
–  Aləmdə  hər  şey  bir  şeyi çəkməkdədir,  küfür kafiri, 
doğruluq isə  doğru yola gedəni  özünə  çəkir. Könül  evini 
hansı səs, hansı əlamət boş görürsə o da oraya daxil olur, o 
boşluğu doldurur. Küfr doğru adamın könlündə boşluq ta-
pammaz, kafirin könlündə də doğruluq özünə yer tapmaz. 
Allah sevgisi, İlahi eşqi könüldə sədəfdəki inci kimi yetişir. 
Könül geniş evə bənzər, lakin onun gizli qonşuları var, on-
lar könüldə nə baş verdiyini ağlagəlməz bir nöqtədən seyr 
edər, sənin nələr düşündüyünü dəqiqliyi ilə bilərlər. Sənin 
könlündəkilər,  sənin  düşündüklərin  Allaha  əyandır.  Kim 
Tanrı  üçün  özüylə  savaşa  girişirsə,  nəhayət,  həqiqətə  çata-
caq və rəngin, qoxunun, ehtirasın düşməni olacaq. Əgər can 
pəncərəni  zövq və  şövqlə  açıq tutsan  Tanrının  lütfü oraya 
vasitəsiz gələr! Tanrının lütfü, rəhməti və nuru mənə həqi-
qətimdən gələr, pəncərəmdən evimə girər! Pəncərəsi olma-
yan ev cəhənnəmdir! 
Tanrı  üçün  yaşa,  mal-mülk və  xəzinə  üçün  yox!  İman 
Allahın razılığı üçündür, cənnətə düşmək üçün yox! İbadət 
təmənnasız olmalıdır, o, Allah eşqinə xidmət etməlidir! Al-
lah səndən razı qalarsa, səni cənnətlə mükafatlandırar. Ma-
lını bağışlayan kişinin könlünə o mal əvəzinə yüzlərcə diri-
lik gələr. Mal bağışlayanın  könlündə  yüz  dürlü  nişanəsi, 
yaxşı  işin  yüzlərcə  əlaməti olur! Buna  görə  gözlərini  açıq 
tut, dünyaya daxilindəki gözlərlə – ruhunun gözləriylə bax! 
Gözün  nuru  da  ruhdan  gəlir.  Göz  xırdaca bir  yağ  parçası-
dır, ruhun nuru isə yerləri və göyləri seyr etməkdədir. Göz 
olmadan da ruhun nuru röyada hər şeyi görür, amma nu-
run  olmaması  gözün  fəaliyyətsiz olması  deməkdir.  Gözün 
bir  an  içində  gördüyünü  dil  illərlə  danışsa  da,  tam  anlada 
bilməz. İdrakın bir an içində gördüyünü qulaq illərlə dinlə-
sə,  yenə  də  bitməz. Zahirən  kor  olan  bir  kimsə  yeriyərkən 
pisliklərə  bulaşarsa,  bu  pisliyi su ilə  yumaq mümkündür. 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə