Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə54/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   50   51   52   53   54   55   56   57   ...   69

Eşq dənizləri qovuşanda 
 
167 
raya necə, haradan düşmüşdü? Hökmdar heyrətlə düşünə-
rək gözlərini ona zillədi və birdən soruşdu: 
– Sən kimsən, adın nədir? 
–  Mən  Allahın  sədaqətli qulu Mövlana  Cəlaləddin  Ru-
miyəm, – Mövlana bunları deyəndə Bəyçinin qaşları bir az 
da  gözünün  üstünə  tərəf gərildi  və  –  necə,  Mövlana  Cəla-
ləddin? – deyə təkrar etdi. Sonra da, – həə, bu ad mənə ta-
nışdır, bəs, səni buraya kim buraxdı? – deyə soruşdu. Möv-
lana onu gözlətmədi: 
–  Mənim  heç  kimin  buraxıb-buraxmamasına  ehtiyacım 
yoxdur,  mən  Tanrıdan  sevdalıyam,  harada  olmaq istəsəm 
qeybdən  orada  peyda  olaram,  –  Mövlananın  bu  sözündən 
diksinən Bəyçi Noyan marığa yatmış şir kimi dayanaraq, sa-
kit tərzdə, – necə? – deyə özü özündən soruşdu və birdən 
cəld ayağa durdu. O, iri addımlarla çadırın qapısına doğru 
getdi və qışqırdı: 
– Ehey! – onun bu heybətli səsindən keşikdə səf-səf da-
yanmış zirehli əsgərlər çadıra tərəf döndülər. Əsgərlərin bə-
dəninə hörümçək toru kimi yapışmış zirehlər çox da qalın 
olmayan dəmir halqalardan hörülmüşdü. İndi hamı hökm-
darın əmr verəcəyini gözləyirdi, lakin onlar başqa bir möcü-
zəylə qarşılaşdılar. Odur ki, Bəyçi Noyan hirs və istehzayla 
soruşdu: 
–  Tanrının  qulunu  mənim  çadırıma kim buraxdı?  –  bu 
sözdən heyrətə gələn əsgərlər onun yanında dayanmış yad 
adama baxıb  mat  qaldılar,  amma heç kimdən  səs  çıxmadı. 
Bəyçi Noyan qılıncının qəbzəsindən yapışaraq gözətçibaşını 
yanına çağırdı və bir daha uca səslə soruşdu: 
–  Mövlana  Cəlaləddini  mənim  yanıma kim buraxdı?  – 
Bəyçi əsəbi halda əsgərlərə göz gəzdirirdi, birdən gözətçiba-
şı ona bir az da yaxınlaşıb, – hökmdar, bu, sizin dünən de-
diyiniz, təpənin başında namaz qılan həmin Tanrı əridir, yə-
qin o, qeybdən gəlib, – dedi, sonra da əli ilə qənşərdə daya-
nanları göstərərək davam etdi: 
– Konyanı idarə edənlər də gəliblər, sizi görmək istəyir-
lər. Gözətçinin sözünü sonacan dinləyən Bəyçi Noyan sanki 


Elbəyi CƏLALOĞLU 
168 
özünü  özündə  itirmişdi.  O,  düşüncələrdən  ayrılaraq  ətrafa 
göz gəzdirdi, sonra da Konya elçilərinin içəriyə buraxılma-
sını əmr etdi və yenidən çadıra girərək gözdən itdi... 
Elçilər çadıra  daxil  olanda  əvvəlcə  Mövlana  Cəlaləddi-
nin əlini öpdülər, sonra da hökmdara bağır basdılar. Bəyçi 
Noyan onlara oturmaq üçün yer göstərdi. Söhbət uzun çək-
di,  Mövlana  hikmət  xəzinəsinin  qapılarını  Bəyçi Noyanın 
üzünə açmışdı: 
– Bütün varlıqları yaradan Tanrı ən sonda insanı yarat-
dı. Yaratdı ki, öz bənzərinə baxıb ondan həzz alsın. O, insa-
nı əməlisaleh görmək, nəfsinin hakimi, mərhəmətli bir var-
lıq kimi seyr etmək istədi. Lakin hər insan ona bənzəyə bil-
mədi,  əksinə  dünya varına  aludə  oldu,  xalqın  üstündə  al-
lahlıq etmək istəyi ilə bir-birinə güc göstərdilər, baş kəsdi-
lər, qan tökdülər. Onlar bilmədilər ki, yıxılması vacib, başı 
kəsiləsi olanlardan ən böyüyü öz nəfsidir. Ona görə də, hər 
gün yüzlərlə insan Allahın qəzəbinə düçar olur, – Mövlana 
Cəlaləddin Bəyçi Noyanın onun sözünü kəsəcəyindən ehti-
yatlandığı üçün nitqinə fasilə verməyi yadına belə salmırdı 
və  həmin  ahənglə  də  davam  edirdi,  –  “Fikir” yol açana, 
“yol” isə həqiqətə aparana deyərlər! Dünya malına göz dik-
mək,  günahsız  qan  tökmək Allahdan  qafil olmaqdır.  Əlin 
gördüyü  iş  könüldən  gizli  deyil. Allahdan  qafil olmaq tə-
səvvürə gəlməyən əzablara düçar olmaqdır, bu əzabın hara-
dan və necə gəlməsi isə Allahın sirri olaraq qalır. Dua etmək 
və  ibadətdə  bulunmaq  ulu  Yaradan  ilə  olmaqdır.  Yaradan 
ilə  olan  hər kəs  üçün  ölüm  də,  ömür  də  xoşdur.  Heç  bir 
hökmdar,  padşah  yığdıqlarına  sahib ola bilmədi,  topladığı 
xəzinələri dünyanın özünə buraxıb, onu tərk elədi, axirətdə 
isə  topladığı  xəzinə  qədərində  cəzasını  aldı.  İnsan  axirəti 
üçün yaşamalıdır, dünya malı üçün yox. Axirət üçün yaşa-
mayanlar ölümdən qorxarlar, çünki o, pis əməlləri ilə axirə-
tini dəmirçi kürəsinə döndərmişdir. İnsan bu dünyaya hara-
dan  gəldiyini  dərk etməlidir.  O,  sonda  gəldiyi  yoxluğa  da 
qayıdıcağının  və  bu zaman  iki  dünyanın  keçid  zolağında 
nələrlə  qarşılaşacağının  fərqində  olmalıdır.  Bütün  dünyanı 


Eşq dənizləri qovuşanda 
 
169 
axtardım, araşdırdımsa da, xoş xasiyyətdən daha üstün bir 
ləyaqət görmədim. Xeyirxahlığın əvəzi mükafat, əzazilliyin 
əvəzi işgəncədir. Tövbə edənlər Tanrının sevimliləridir. Biz 
ümid qapısıyıq, dilindən, dinindən asılı olmayaraq hər kəsə 
könlümüzü açdıq. İndi bizim yanımıza hər yandan gəlirlər. 
Mən  inanıram  ki,  siz  bütpərəst moğollardan  da  yüz  min 
iman  bayrağı  yüksəldəcəyəm.  Bir  şam  digər  şamı  alışdır-
maqla  öz  işığından  heç  nə  itirməz. Allahın  böyüklüyünü 
dərk edib, özünü onun quluna çevirənlər vəlilərdir, – Möv-
lana  Cəlaləddin  bu  sözləri  dedikdən  sonra  dayandı.  Heç 
kəsdən səs çıxmırdı. Bu zaman Bəyçi Noyan gözünü ətrafa 
gəzdirərək dilləndi: 
– Mən dünyanı gəzərkən, bu qədər fəthlər edərkən belə 
hikmətlər eşitmədim, ilk dəfədir ki, Tanrı ərini görürəm, – 
o, üzünü Mövlana Cəlaləddinə tutaraq davam etdi, – sən bu 
şəhərin və əhalinin xilaskarısan, Konya səninlə bəxtiyardır, 
– Bəyçi Noyan bu sözləri dedikdən sonra Konya təmsilçiləri 
ilə danışığa başladı. Sövdələşmədən sonra o, dedi: 
–  Getdiyim yeri  darmadağın  edəcəyim barədə  and  iç-
mişdim, lakin burada Tanrı ərini gördüm, – o, bunu deyib, 
üzünü qoşun başçılarından birinə tutub, sözünə davam et-
di,  –  buna  görə  də,  qırğın  törətmirəm,  lakin  namusum və 
xatirim üçün Konya qalasının bürclərini yıxın!.. 
Şəhər əhalisi böyüklərin məsləhəti ilə, Konya əhalisinin 
qırğınlardan xilas olması qarşılığında pul-mal toplayıb Bəy-
çi Noyana itaət etdilər... 
Konya qalasının bürcləri dağıdılan vaxt şəhərdən göylə-
rə qışqırıqlar, fəğanlar yüksəldi. Bu fəryadları, narazılıqları 
eşidən Mövlana üzünü dostlarına tutaraq, – qoy, konyalılar 
üzülməsinlər, bilsinlər ki, Konya yüngül bir zəlzələdən da-
ğılan daş bürclərdən savayı, İlahinin onlara hədiyyə etdiyi 
bədən bürcləri ilə də mühafizə olunmuşdur, – dedi. Doğru-
dan  da  Mövlananın  hikmətli sözlərinin,  müdrik kəlamları-
nın qarşısında mat qalmış Bəyçi Noyan şəhərdə qırğın törət-
mək sevdasından vaz keçmişdi... 
Bürclər dağıdıldıqdan sonra Bəyçi Noyan oğlu Yisutayı 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə