Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə62/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   58   59   60   61   62   63   64   65   ...   69

Elbəyi CƏLALOĞLU 
192 
nin yaxşı nəticə verməyəcəyini başa düşən II İzəddin 1248-
ci ildə onu hakimiyyətdən uzaqlaşdırdı. Əxi Evrən Konyada 
bir müddət yaşadıqdan sonra hakimiyyətlə və Mövlana Cə-
laləddin Rumi ilə aralarında meydana gələn anlaşılmazlığa 
və fikir ayrılığına görə Konyadan çıxıb Qırşəhərə getdi... 
Bax,  beləcə  Mövlana  Cəlaləddinin  oğlu  Əlaəddin  Çələ-
binin ölmü ilə əlaqədar olaraq “Məsnəvi”nin ikinci bölümü-
nün  yazılması  1264-cü ilə  qədər yubandı.  Onu  həmin  il 
“Quran”da şərafət və fəzilət ayı hesab olunan rəcəbin 15-də 
yazmağa  başladılar. Altı  cilddən  ibarət  olan  “Məsnəvi” 
ümumilikdə on iki ilə başa gəldi... 
Bu hadisənin üstündən aylar, fəsillər ötmüşdü. Günlərin 
birində  yenə  də  bütün  müridlər təkkəyə  yığışmışdılar. Bir 
azdan Səma rəqsləri başlanacaqdı. Bu dəfə Səlcuqlu sultanı-
nın vəziri Muinəddin Süleyman Pərvanə və qazi Siracəddin 
Əbus-Səna Urməvi də rituala qatılmışdı. Süleyman Pərvanə 
rituala ilk dəfə olaraq gəlsə də, xanımı Gürcü xatunla birlik-
də Mövlananın dərslərində dəfələrlə iştirak etmişdi. 
Təkkədə hazırlıq işləri gedirdi. Hamı “nəfsin kəfəni” ad-
landırılan ağ donu geyindikdən sonra onun üstündən qara 
xirqəsini  keçirtdi,  “nəfsin  qəbir  daşı”  adlandırılan  papağı 
başına qoydu və bundan sonra məstlər ayaqlara keçirildi. 
Musiqiçilər artıq  hazır  idi.  Kamança,  küdüm  və  halilə 
çalanlar  yan-yana  düzülmüş,  onlardan  bir  az  qabaqda  isə 
ney  çalan  dayanmışdı.  Beləliklə,  Mövlananın  göstərişi  ilə 
Səma rəqsləri  başlandı.  Səmazənlər  sağ  əlini  yuxarıda,  sol 
əlini  isə  aşağıda  tutub  dayandılar. Bu zaman  Peyğəmbəri-
mizin mədhi başlandı. Mədh sona çatan kimi küdümün bir 
gumbultusu  eşidildi  və  bundan  sonra  neydə  həzin  musiqi 
səsləndirildi.  Musiqi bir qədər  dinlənildikdən  sonra  səma-
zənlər bir-birinə üç dəfə salam verərək, sağ ayaqlarını yerə 
dayayıb, sol ayaqları ilə dairəvi dövrə vurmağa başladılar. 
Gedişin bu hissəsi sona çatdıqda səmazənlər xirqəni çıxarıb 
atdılar və əllərini çarpazlayaraq özlərini bir rəqəminin şəkli-
nə  saldılar. Nəhayət,  səmazənlər  Şeyxin  əlini  öpərək  dörd 
dəfə salam verib səmaya başladılar. Rəqslərin sonunda “əl-


Eşq dənizləri qovuşanda 
 
193 
Bəqərə” Surəsinin  115-ci ayəsi  oxunduqdan  sonra  bütün 
peyğəmbərlərin,  şəhidlərin,  övliyaların,  pirlərin  eləcə  də, 
dünyasını dəyişmiş bütün möminlərin ruhları üçün “əl-Fa-
tihə” Surəsi oxundu. Səma rəqsi dövlətin salamatçılığı üçün 
edilən  dua  ilə  sona  çatdı.  Dərvişlər səma mərasimindən 
sonra heç kimsə ilə danışmadan zikr etmək üçün səssiz-sə-
mirsiz hücrələrinə çəkildilər... 
Zikr mərasimi sona  çatdıqdan  sonra  iştirakçılar  dəstə-
dəstə  ayrılıb  öz  aralarında  müzakirələr aparırdılar.  Yeni 
mövləvi olmağa  qatılanlar  dəstələrə  qoşulur,  təriqətin  ma-
hiyyətini  öyrənmək  üçün  müxtəlif fikirləri  dinləyirdilər. 
Mövlana Cəlaləddin isə ayrıca bir dəstə ilə söhbət edir, on-
ların suallarını cavablandırırdı. Bu zaman təkkənin bələdçi-
si yaxınlaşaraq bayaqdan bir cavan oğlanın onu gözlədiyini 
dedi.  Mövlana  dönüb  oğlana  baxdı.  O,  üzü  14  günlük  Ay 
kimi bərq vuran bu gəncin 26-27 yaşlarında olduğunu təx-
min  etdi.  Qonağın  səmimi baxışları,  mehriban  davranışı, 
fağır görkəmi, üzündəki təbəssüm, çöhrəsindəki işıq Mövla-
na Cəlaləddinin diqqətini çəkdi. Aşiqlər sultanı bu cavan və 
qərib oğlanı diqqətlə nəzərdən keçirdikdən sonra onu yanı-
na çağırdı... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Elbəyi CƏLALOĞLU 
194 
X X I V   F Ə S İ L  
Əskişəhərdən gələn qonaq 
Qərib  oğlan  Mövlana  Cəlaləddinə  yaxınlaşdı,  ədəb-ər-
kanla salam verdi və əyilib onun əlini öpdü, sonra da özünü 
tanıtmaq məqsədi ilə qamətini dikəltdi: 
– Möhtərəm ustad, gəldim ki, müridiniz olam, qulluğu-
nuzda dayanam, adım Yunusdur, Əskişəhərdən gəlmişəm, 
–  Mövlana  Cəlaləddin  bu  cavan  oğlanı  dinlədikdən  sonra 
onun savadı ilə maraqlandı. O, isə mədrəsə biliyinin oldu-
ğunu,  Şeyx  Tapdıq  Əmrədən  dərs aldığını  dedi.  Sonra  da 
gənc oğlan təsəvvüfü öyrənməkdə olduğunu bildirdi və bu 
yöndə  aldığı  bilgilər barədə  Mövlanaya məlumat verdi. 
Mövlana  Cəlaləddin  onun  yaradıcılıq qabiliyyətinin  olub-
olmaması  ilə  maraqlandıqda,  Yunus  başını  aşağı  salıb  ara-
sıra şeirlər qoşduğunu söylədi. Bu zaman söhbəti dinləyən 
Sultan Vələd onlara yaxınlaşdı. Mövlana Cəlaləddin bu ca-
van oğlanla onu tanış etdi. Sultan Vələd onun adını bilən ki-
mi, – sən Yunus Əmrəsənmi? – deyə soruşdu. O, yanılmadı-
ğını gördükdə atasına Yunus Əmrənin barəsində məlumatlı 
olduğunu dedi və – nə yaxşı ki, o bizə təşrif buyurub, – de-
yə əlavə etdi. Mövlana Cəlaləddin Yunus Əmrəni evinə də-
vət etdi  və  qonaq  üçün  mədrəsədə  bir hücrə  ayrılmasını 
Hüsaməddin  Çələbiyə  tapşırdı.  Bu  görüşdən  sonra  Yunus 
Əmrə bir neçə il Mövlanaya müridlik elədi. Bu vaxt ərzində 
o,  Aşiqlər  sultanının  biliklərini  mənimsədi,  onun  təsəvvüf 
elminə, eşq hikmətlərinə yaxından bələd oldu... 
Ertəsi  gün  bütün  müridlər mədrəsəyə  axışırdı,  Yunus 
Əmrənin  gəldiyini  eşidənlər  onunla görüşmək  üçün  həmi-
şəkindən bir az da tez gəlmişdilər. Mövləvi dərsi başlanan-


Eşq dənizləri qovuşanda 
 
195 
da Mövlana əvvəlcə Yunus Əmrənin dərs almaq üçün Əski-
şəhərdən  onların  mədrəsəsinə  təşrif buyurduğunu  dedi  və 
onu müridlərinə təqdim etdi. Bundan sonra o, üzünü zalda 
əyləşənlərə tutaraq, – üstünlərin dostu ol ki, üstün olasan! – 
dedi. Mövlana Cəlaləddin Yunus Əmrənin şərəfinə səslən-
dirdiyi bu hikmətdən  sonra  boğazını  arıtlayıb  aramla  söh-
bətinə başladı: 
– Həzrəti Peyğəmbərin ölümündən sonra İslam dinində 
ayin və adətlərə yenilik gətirilməsi və ya təkmilləşdirilməsi-
nə  dair  fikirlər meydana  gəldi  ki,  bu  da  dinin  təriqətlərə 
parçalanması  ilə  nəticələndi.  Lakin  Sufiliyi bu təriqətlərin 
sırasına  aid  etmək sadəlövhlükdür.  Sufilik  İslam təriqətlə-
rindən özəlliyi ilə fərqlənir. Belə ki, Tanrını bu cür dərk et-
mə  üsulunun  Türk  şamaniliyi  dövründə  də  mövcudluğu 
məlum olduğundan  “sufilik” amalının  İslam  dininin  təsiri 
altında yeniləşdiyini və ya müasirləşdiyini, başqa sözlə bu 
təlimin islamlaşdığını demək daha doğru olar. İslamdan tə-
sirlənmiş ruhani təlim yenidən müsəlman fərdlərin düşün-
cəsində püxtələşmiş, sonradan isə təsəvvüfçülərin sayı art-
mış,  onların  arasında  fikir ayrılıqları  meydana  gəlmişdir. 
Həmin  fikir ayrılıqları  nəticəsində  sufilik özü təriqətlərə 
parçalanmışdır. Bu cür islam-sufi təriqətlərindən biri də bi-
zim təlqin  etdiyimiz  “Mövləvi” təriqətidir.  Lakin  təriqətlə-
rin  sayı  çox,  yollar  müxtəlif olsa  da  məqsəd  birdir.  Sufilər 
qəlbən, ruhən və bütün varlığı ilə Allaha bağlı olan adamlar 
və ya Allah eşqinə düşmüşlərdir. Bu yola ilk qədəm qoyan-
lar  dərvişlərdir.  Dərvişlik sufi olmağın  ilkin  mərhələsidir. 
“Dərviş”  ifadəsi hindcə  “yoxsul”  deməkdir.  Sufi yolçuları-
nın düşüncəsinə görə, onların dünya malında gözü olmaz, 
var-dövlətdən,  şəhvani  hisslərdən,  həsəddən  keçər və  ya 
onları tamamilə rədd edərlər, bir sözlə öz “mən”indən ke-
çərlər. Bundan sonra onlar helmini, elmini, ədəbini və vic-
danını cəmləşdirərək öz könül meracına gedər və orada Al-
lahın təcəllasını görərlər. Sufi olanların, təsəvvüf əhlinin qu-
laq asdığı ancaq könülünün səsidir. Burada sual doğa bilər: 
Bəs “könül və ya könül səsi” nədir? Cavab: Əgər sən ananı 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə