Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə60/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   56   57   58   59   60   61   62   63   ...   69

Elbəyi CƏLALOĞLU 
186 
verdi.  Biz  “Quran”ı  oxuyaraq Allahı  dərk etdik,  Ondan 
qorxmağı yox, Onu sevməyi öyrəndik. Təsəvvüf məhz Alla-
hı sevməyi öyrənən və öyrədən bir elmdir. Yadda saxlayın 
ki, hekayənin zahirinə qulaq vermək, lakin buğdanı saman-
dan ayırmağı unutmamaq lazımdır. Beləliklə, biz Tanrı eş-
qini  kəşf  etdik  və  onun  məziyyətini  açıqladıq.  Çiynimizdə 
ağır bir yük vardı, şükürlər olsun ki, o ağır yükdən azad ol-
duq.  Bütün  bu  dediklərimi  Şəmslə  mənim  fikirlərimiz təs-
diq  etmirmi?!  “Əl-Quranul-Kərim”in  “Məryəm” Surəsinin 
96-cı ayəsinə fikir verək: “Həqiqətən, iman gətirib yaxşı işlər 
görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Al-
lah həm özü onları dost tutacaq, həm də onların məhəbbəti-
ni hamının, o cümlədən möminlərin qəlbinə salacaqdır)”. 
“Əl-Quranul-Kərim” səmavi kitabdır,  Peyğəmbər  əfən-
dimiz  bir  olan  Tanrının  elçisi və  mirzəsidir.  Tanrı  Quran 
ayələrini ruhun dilində nazil etdi, Peyğəmbər isə onu özü-
nün mənsub olduğu dildə yazaraq buyurdu: “Bizim etdiyi-
miz əməllərə yenilik əlavə edən kimsənin əlavəsi rədd olu-
nur”. Buna rəğmən biz “Quran”da yazılmış Allah kəlamla-
rını heç bir dəyişiklik etmədən bir qədər müasir formada in-
sanlara çatdıra bilərik,  lakin  bunun  təhlükəli tərəfləri  də 
var. Belə ki, nə çoxdur böyüklük arzusuna düşənlər, beş-altı 
şeir  yazıb  “şairəm”  deyənlər. Bizdən  sonra islam  dininin 
anayasası  olan  “Quran”da  dəyişiklik etmək  adət halını  ala 
bilər və bu ənənə İslamın bayağılaşmasına, onun iflasına sə-
bəb  olar,  ona  görə  də  bu fikrimizdən  vaz  keçdik.  Lakin 
önəmli bir məsələ var. Belə ki, ərəb dilini bilməyən kəslərə 
“Quran”ın  anladılması  üçün  mükəmməl  dilmanclara ehti-
yacımız  var.  Peyğəmbər  əfəndimizin  mənsub olduğu  dili 
anlamayan  kəslərə  “Quran”  ayələrini  yazıldığı  dildə  yüz 
dəfə  oxusan  belə  nə  xeyri olar? Bunun  üçün  “Quran”ın 
müxtəlif dillərə tərcüməsindən heç bir ziyan gəlməz! İnsan-
lar “Quran”ı öz ana dilində oxusalar, bu, həm də “din qul-
durları”nın aradan qalxmasına səbəb olmazmı?! 
Bütün bunlar öz yerində, ey Haqq ziyası Hüsaməddin, 
sənin  mirzəliyinlə  mənim  təfəkkürüm  əl-ələ  verəcək,  biz 


Eşq dənizləri qovuşanda 
 
187 
“Məsnəvi”ni yazacağıq. “Məsnəvi” insanlara “Tanrı eşqi”ni 
təlqin edəcək, onları Allahla vəhdətdə olmağa çağıracaq. Sə-
nin  təklif etdiyin  fikir mənim  könlümdə  daha  öncə  doğul-
du,  –  Mövlana  bu  sözləri  deyərkən  əlindəki kağızı  Hüsa-
məddinə  göstərirmiş  kimi havada  yelləyə-yelləyə  sözünə 
davam etdi,  –  yazdığım  bu  on  səkkiz beyt  “Məsnəvi”nin 
başlanğıcıdır.  Qoy,  “Tanrı  eşqi”ni,  Yaradanla vəhdətdə  ol-
mağın  özəlliyini,  bizim hikmətimizin  məziyyətini  təsvir 
edəcək bu kitab məndən  bəşəriyyətə  və  bütün  zamanlara 
hədiyyə olsun!.. 
Elə həmin vaxtdan Mövlana Cəlaləddin Ruminin “Məs-
nəvi”si yazılmağa başlandı, bu yaradıcılıq nümunəsi Möv-
lana  Cəlaləddinin  qəm-qayğıdan  bir  qədər uzaqlaşmasına 
da səbəb oldu. Əsərin birinci bölümü 1261-ci ildə başa çatdı. 
Bu zaman Hüsaməddin Çələbinin arvadı Fatma xatun dün-
yasını dəyişdiyindən ikinci bölümün başlanması hələlik da-
yandı. Lakin bundan bir il sonra Mövlananın həyatında da-
ha sarsıdıcı  bir  hadisə  baş  verdi  ki,  bu,  həm  də  “Məsnə-
vi”nin yazılmasına mane olan digər ciddi səbəb idi... 
Hadisənin təfərrüatı belə olmuşdu. Şəms Təbrizinin yox 
olmasından  az  sonra Mövlana Cəlaləddinin  ikinci  oğlu 
Əlaəddin Çələbinin, Şeyx Nəsrəddin Mahmud Xoyinin dəs-
təsində  Qırşəhərə  getdiyi məlum oldu.  Kimyanın  ölümün-
dən sonra Şəms Təbriziyə hiddəti daha da artmış Əlaəddi-
nin gizli şəkildə Əxi Evrən Şeyx Nəsrəddinin təriqətinə qo-
şulduğunu  isə  Mövlana  Cəlaləddin  yalnız  onlar  Qırşəhərə 
getdikdən sonra bilmişdi. Lakin dəfələrlə oğluna məktubla 
müraciət edən Mövlana Cəlaləddin heç cür onu bu yoldan 
çəkindirməyə və Konyaya qaytarmağa nail ola bilməmişdi. 
Elə  buna  görə  də,  o,  oğlunu  Mövləvi təriqətinə  xəyanətdə 
və atasının sözünü yerə saldığına görə günahlandırırdı... 
Bundan bir xeyli sonra, 1261-ci ildə Anadolunun bir çox 
yerlərində moğollara qarşı üsyan qalxdı, bu qiyam eyni ilə 
Qırşəhərdə də baş verdi. Əxi Evrən Şeyx Nəsrəddin Xoyi öz 
müridləri ilə qiyama qoşuldu. Bu zaman şəhərin əmiri Nu-
rəddin  Caca qiyamı  yatırmaq  üçün  hərəkətə  başladı  və  o, 


Elbəyi CƏLALOĞLU 
188 
1262-ci ildə şəhər əhalisi arasında güclü nüfuza malik olan 
91 yaşlı Əxi Evrəni, eləcə də onun tərəfdarlarını qətlə yetirt-
di. Qətlə yetirilənlər arasında Əlaəddin Çələbi də var idi. Bu 
xəbəri eşidəndə Mövlana göz yaşlarını saxlaya bilmədi, bəl-
kə də o, ömründə bu cür hönkürtü ilə ağlamamışdı. Onun 
bu cür ağlamasının ikiqat səbəbi var idi. Onlardan birincisi, 
oğlunun  cızığından  çıxaraq ölümlə  üzləşməsi,  ikincisi isə 
Əlaəddinin öz təriqətlərinə xəyanət etməsi və atasının sözü-
nü  eşitməməsi  idi.  Bütün  bunlara  baxmayaraq  Əlaəddinin 
cənazəsi Konyaya gətirildi. Lakin Mövlana, ona dəyən ruhi-
mənəvi zərbə üzündən son dərəcə sarsıldığından heç oğlu-
nun cənazə namazına belə dura bilməmişdi. Oğlu Əlaəddin 
Çələbinin ölümü Mövlananın bütün varlığını kökündən sil-
kələmişdi. Uzun müddət özünə gələ bilməyən Mövlananın 
ürəyində  bu hadisənin  alovu bir qədər səngidikdən  sonra 
isə  o,  Əxi  Evrən  Şeyx  Nəsrəddin  Mahmud  Xoyi barəsində 
də düşünmüşdü... 
1171-1262 ci illərdə ömür sürmüş Şeyx Nəsrəddin Mah-
mud Xoyi özündən əvvəl – X əsrdə Azərbaycanda yaşamış 
məşhur sələfi Əbu Bəkr Hüseyn ibn Əli ibn Yezdanyar Ur-
məvinin əqidəsinə əsaslanaraq “Əxilik” adı ilə məşhur olan 
hərəkatın  əsasını  qoymuşdur.  “Əxi”  ərəbcə  “qardaş”  de-
məkdir.  Bu  cərəyan  Allahın  buyurduğu  “Əl-Quranul-Kə-
rim”in “əl-Hucurat (Otaqlar)” Surəsinin 10-cu ayəsinə əsas-
lanır.  Həmin  ayədə  deyilir:  “Həqiqətən,  möminlər  (dində) 
qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) 
iki qardaşınızın  arasını  düzəldin  və  Allahdan  qorxun  ki, 
bəlkə,  (əvvəlki günahlarınız  bağışlanıb)  rəhm olunasınız!”. 
İbn  Yezdanyar öz fikirini  belə  təsvir  edirdi:  “Mənhəcimiz 
(yolumuz) elm və əxlaqdır”. O, daima müridlərini dini elm-
ləri öyrənməklə yanaşı iffət, şücaət, ədalət, vəfa kimi əxlaqi 
keyfiyyətləri əxz etməklə qəzəb, təkəbbür, şəhvət kimi bəd 
xüsusiyyətləri tərk etməyə təşviq edirdi. İbn Yezdanyardan 
sonra onun amalının ən məşhur təmsilçisi və “Əxi” təriqəti-
nin ilk qurucusu XI əsrdə yaşamış azərbaycanlı alim Əxi Fə-
rəc Zəncanidir. Buna baxmayaraq nə İbn Yezdanyar, nə də 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə