Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə67/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   61   62   63   64   65   66   67   68   69

Elbəyi CƏLALOĞLU 
208 
nurlu  olanlar  aşiqlərdir.  Eşq  aşiqin  vücudunu  incələşdirir, 
zəiflədir, lakin Sevgilisinin vücudunu gücləndirir, möhkəm-
ləndirir. Bu könüldən  sevgi  şölələnərsə,  O  könüldən  daha 
artıq şölələnər. Könlündə uca Tanrıya sevgi artdıqca, Tanrı-
nın sənə sevgisi bundan daha çox olar! 
Tanrının hikməti əvvəldən bizi bir-birimizə aşiq etdi. O 
əzəli hökmə görə kainatın bütün üzvləri cüt-cüt yarandı və 
hər biri  də  öz cütünə  aşiqdir.  Bu  sevgi  nümunəsi  Tanrıya 
olan  sevginin  əlifbasıdır  və  onun  məcazi  anlamıdır.  Göylə 
yer dəmirlə maqnit kimidir. Mənən göy kişidir, yersə qadın, 
birincinin verdiyini ikinci bəsləyər, yetişdirər. Yeri hərarətlə 
də, rütubətlə də göy təmin edər. Göy öz atalıq borcunu, yer-
sə analıq borcunu yerinə yetirər. Göylə yerin bir-birinə sev-
gisi olmasaydı, bu hikmətləri biz necə görə bilərdik?! Sevgi 
olmayan yerdə həyat yoxdur. Tək əldən səs çıxmaz, göysüz 
yer, yersiz də göy heç nəyə yaramaz. Həzrəti Musa ilə Xızır 
peyğəmbərin,  Həzrəti  İsa  ilə  vəftizçi  Yəhyanın  bir-birinə 
olan  ilahi  sevgisi  də  bəşərə  əvəzsiz töhvələr  verdi.  Şəms 
Təbrizi ilə  mənim  aramızda  olan  sevgi  də  elə  bu səciy-
yəlidir. Burada o, göy kimidir, mənsə yer kimi. Mən yetkin 
bir alim idim, o, isə Haqq aşiqi. Şəms Təbrizi mənim elmlə 
şumlanmış xam torpağıma sağlam eşq toxumunu səpdi. Eşq 
toxumları  mənim  düşüncəmdə  cücərdi,  boy  atdı,  yetişdi. 
Beləliklə,  Şəms Təbrizi yanan  şam  idi,  mənsə  yanmayan 
şam,  o,  mənə  toxundu,  məni  alışdırdı,  Haqqa yönəltdi  və 
qeyb oldu. Lakin Şəms Təbrizi mənim varlığımda, ruhum-
da, canımdadır. 
Sevgililərin  bir-birinə  meyli hər ikisinin  də  işi  tamam-
lansın deyədir. İnsan da yaranarkən göydən ruh gəldi və o, 
torpaqla  əhatələnərək  insanı  əmələ  gətirdi.  Yəni  cism tor-
paqdan, ruh isə göydən ayrıldı. Ona görə də bir vaxt hər kəs 
öz vətəninə,  öz  kökünə  qayıdacaqdır,  torpaq torpağa,  ruh 
isə göylərə çəkiləcəkdir. İnsanlığın sirri ağacın sirrinə bən-
zər. Ağacın yarpaqları gövdədən şaxələnmiş budaqdan çıx-
sa  da,  o,  əslində  üzərdə  görünməyən  kökdən  qidalanır. 
Ağac həmişə bir yerə bağlı olduğundan onun kökünü ara-


Eşq dənizləri qovuşanda 
 
209 
maq mümkündür. İnsan isə Allahın yaratdğı ən mürəkkəb 
varlıq olduğu üçün onun kökünü gözlə görməmiz mümkün 
deyil, lakin ağlın ağlını işə salsaq onu duyğuların gözü ilə 
görə bilərik. Cism zahirdir, ruh gizli, ağıl  isə ruhdan daha 
gizlidir.  Deməli,  duyğu  əvvəlcə  ruhu  anlamalıdır.  Lakin 
vəhy qəbul  edən  ruh  ağıldan  daha gizlidir,  çünki  o,  qeyb 
aləmindədir. Vəhy ruhu yüksəkdə olduğundan ağıl onu an-
lamaqda  acizdir.  Onu  anlamaq qabiliyyəti o olmağa  bağlı-
dır.  Can  olmadan  ağılı  təsəvvür etmək  özü  ağılsızlıqdır, 
çünki ağıl canla, ruhla idrak sahibi olmuş, onunla aydınlan-
mışdır. Ağıl ruhun təsiri ilə hərəkətə gəlir. Ağıllı olmaq hələ 
aşiq olmaq deyil, aşiqliyə külli ağılla vararsan. Bunları dərk 
edənlər kamal sahibidirlər. Kamal sahiblərinin  mahiyyəti 
əsərləri vasitəsiylə və çəkdiyi misallarla bilinər. Belə isə on-
lar həm də vəlidirlər. Vəlilərin imanından qafil olanlar kafir, 
onun  təcrübələrlə  dolu  olan  canından  xəbərsizlər ölüdür. 
Həqiqəti görməyənlər üzüqaralardır, Allahdan qafil olanlar-
dır.  Allahdan  qafil olmaq atəş  içində  olmaqdan  betərdir. 
Əbədi  olanı  fani  olandan  ayırmaq lazımdır,  bunun  üçün 
faydası olmayan hər şeydən uzaq durmalısan. Könüldə adi 
bir haldan başqa bir şey olmayan dünya qəmi və nəşəsi hə-
qiqi qəmlə, həqiqi nəşəylə müqayisədə qələmlə cızılmış rə-
smdən başqa bir şey deyil. Kağız üzərində qəmli bir adam 
rəsmi çəksən, o görünüşdə qəmli görünər, əslində isə onun 
qəmlə  heç bir əlaqəsi  yoxdur,  görünüşdə  gülən  bir  adam 
rəsmi də eyni ilə bu cürdür. Bu rəsmlər əslində həqiqi qəmi 
və nəşəni anlamağın üçündür. 
Gecəylə gündüzü də İlahi bir sevgi birləşdirir. Onlar za-
hirən bir-birinə zidd görünsələr də, həqiqətdə birdirlər. İn-
sanın  gəliri,  yəni  can  qidası,  gücü,  qüvvəsi gecə  toplanır, 
gündüz  isə  xərclənir.  Əgər gecə  qazandıqların  olmasaydı, 
gündüz xərcləməyə də heç nəyin olmazdı! 
Tanrı qadını kişiyə munis olmaq üçün yaratdı və ona sa-
diq  qalması  üçün  “sədaqət”  adlı  ilahi bir fəzilət bəxş  etdi. 
Kişi igidlikdə Alp Ər Tonga olsa belə, mənən öz xanımının 
əsiridir. Qadın oddur, kişi su. Odu su söndürər, lakin sunu 


Elbəyi CƏLALOĞLU 
210 
bir qabda odun üzərinə qoysan, od onu qaynadar, buxarlan-
dırıb  havaya çevirər.  Ulu  babalarımızın  inancına  görə  də, 
Tanrının iradəsiylə od suya düşərkən həyat yaranır. Doğru-
dan da, ulu Tanrı torpağı su ilə suvarıb, odla qızdırmasa hə-
yat necə yarana bilər?! Bu mənada kişi ilə qadının da arasın-
da heç bir maneə olmamalıdır və su oddan üstün olduğu ki-
mi, kişi də qadından üstündür. Lakin həqiqətdə kişi qadını 
sevdiyinə  görə  ona  məğlubdur.  Allah heyvandan  fərqlən-
dirmək üçün insana güclü məhəbbət hissi də vermişdir. Bu 
dediklərimiz cahillərə aid edilmir. Onlarda yaranışdan hey-
vanlıq  hissləri üstündür,  ona  görə  də,  acımaq,  lütf etmək, 
sevmək kimi hisslər  onlara  bütünlüklə  yaddır.  Qadın  onu 
anlamayana  “nəfs”,  anlayana  “nəfəs”dir.  Ona  görə  də,  ca-
hillərin qadınla qurduğu münasibət məkrlidir, o, məqsədinə 
nail olarkən, bunu öz qələbəsi hesab edər. Cahillərin əzabı 
axirətdə daha dəhşətlidir. 
Qadın  Allahın  əmri ilə  yaranmış,  özündə  insanlar  biti-
rən müqəddəs bir tarladır. Körpənin ruhu ata, cismi isə ana 
vasitəsilə  dünyaya  gələr. Qadın  Haqq  nurudur,  o,  yaradıl-
mışdan çox yaradıcıya bənzəyir. Qadın varlığının bu hikmə-
ti cəbrdir,  yəni  bu,  Tanrıdan  belə  əmr  olunmuşdur.  Cəbr, 
Tanrının əmri ilə edilən, ixtiyar isə Tanrı tərəfindən məhdu-
diyyətlə  insanın  öz  ixtiyarına  verilən  hərəkətlərdir.  Uca 
Tanrıdan qadına verilən cəbr kişiylə müqayisədə qat-qat üs-
tündür,  lakin  kişiyə  verilən  ixtiyar qadınınkından  qat-qat 
üstündür. Bu mənada maddi dünyamızda taleyüklü məsə-
lələrin, fikirsöyləmələrin, quruculuqların, yönəltmələrin yü-
kü əsasən kişilərin boynuna düşür. Buna görə də, bir məsə-
lədə  ehtiyatı  əldən  vermək olmaz,  –  Mövlana  Cəlaləddin 
Rumi bu sözləri deyərkən gülümsündü və yarızarafatla da-
vam elədi, – belə ki, qadınlarla məsləhət-məşvərət edin, de-
diklərini dinləyin, amma onların verdiyi göstərişlərin əksini 
edin.  Şübhəsiz  ki,  onların  dediklərinə  zidd  hərəkət etmə-
yənlər məhv oldular, – Mövlana Cəlaləddin bunları dedik-
dən sonra bu günkü söhbətinin sona çatdığını bildirdi, onun 
axrıncı  cümləsinin  son  xatiməsini  isə  dinləmədə  iştirak 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə