Elçİn cəHƏNNƏm sakiNLƏRİ



Yüklə 241,82 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix19.10.2018
ölçüsü241,82 Kb.
#75147
1   2   3   4   5   6   7   8   9

 

Pauza. 


 

(Yenə gah Kişiyə, gah da Qadına baxa-baxa sidq-ürəkdən.) Canım, heyrətlənmək, donub qalmaq 

lazım deyil!.. İnsanların hamısı haçansa şeytan olur... Ya əvvəlki həyatda, ya da sonrakı 

həyatda!.. Bu mütləqdir! Demirsiz, dialektika? Hə? Bax, bu həmin o dialektikanın qanunudur!.. 

 

Pauza. 


 

QADIN (sakit). Şeytan olmayan insan yoxdu? 

QONAQ. Onda o insan deyil, mələkdi!..  

 

Kiçik pauza. 



 

Hərçənd... hərçənd mələklərin də arasında şeytan az deyil... (Yerindən qalxıb, var-gəl edir.) 

Deyəsən biz gedib, tamam fantastika aləminə girmişik, hə? (Bir anlıq dayanıb, çiyinlərini çəkir.) 

Nə bilim?.. (Yenə var-gəl edir.) Öz işlərimizdən, əməllərimizdən danışmaqdan, Allahdan, 

Şeytandan danışırıq!.. Bizim onlarla nə işimiz var?.. Yaxşısı budu... (Gəlib, Qadının qarşısında 

dayanır.) Yaxşısı budu, sizin NKVD-yə getməyinizdən danışaq... 

KİŞİ (dəhşət içində). Nə? 

 

Pauza. 



 

QADIN (özünü ələ almağa çalışaraq). Mən özüm getməmişdim, məni çağırmışdılar!.. 

QONAQ (Kişiyə). Düz deyir, onu çağırmışdılar, öz xoşuna getməmişdi... 

KİŞİ (tamam sarsılmış). Bəs mənə niyə heç nə deməmisən? 

QADIN. Mənə orda tapşırdılar ki, heç kimə heç nə deməyim... 

KİŞİ (qışqırır). Mən heç kiməm? 

QADIN (qışqırır). Bilmirəm, sən kimsən? Bəs sən niyə mənə yalan deyirdin? Niyə deyirdin ki, 

heç kimi ifşa etməmisən? Niyə deyirdin ki, heç kimin üzünə durmamısan?  

KİŞİ. Mən istəmirdim ki, sən daha çox iztirab çəkəsən!.. Mən istəmirdim ki, evimizdə qayğılar 

üstünə təzə qayğılar gəlsin! Nə deyəydim sənə? Deyəydim ki, məni məcbur ediblər, 

Qəribzadənin üzünə durmuşam? Xoş olacaqdı sənə?  

QADIN. Bilmirəm, xoş olacaqdı, yoxsa yox?.. Sən hər şeyi məndən gizlətmisən!.. Mən axmaq 

da ürəyimdə səninlə fəxr edirdim!.. Səninlə təskinlik tapırdım!.. Qorxurdum ki, birdən sən 

bundan... bundan xəbər tutarsan!.. 

QONAQ (Kişiyə). Başa düşürsüz də, nə üçün qorxurdu? Çünki... 

QADIN (Qonağın sözlərinə məhəl qoymadan davam edir). Niyə o məktub barədə mənə heç nə 

deməmisən?  

QONAQ (deyinir). Qoymurlar sözümü deyim... 

QADIN. Niyə aldadırdın məni? Niyə deyirdin ki, sənin vicdanın təmizdir?  

KİŞİ. Mənim vicdanım təmizdir! 

QADIN. Gördüm, necə təmizdi!.. 

QONAQ. Sakit olun!.. Sakit olun!.. Yekə adamlarsız e!.. Nə olub sizə? (Qadına.) Mən bilirəm

əriniz evdə olmayanda sizə telefonla zəng etdilər, sizi çağırdılar, siz də səhərisi gün, əriniz işdə 

olmayanda, yəni onların çağırdığı vaxtda NKVD-yə getdiz... Onlar bilirlər nə vaxt çağırırlar də!.. 

Nə vaxt zəng edirlər, bilirlər!.. Sakit danışmaq olmaz bəyəm?.. Sakit danışın də... 

KİŞİ. Səni... səni mənə görə çağırmışdılar? 

QADIN. Xeyr! 

QONAQ. Onu Qəribzadənin arvadına görə çağırmışdılar. 

KİŞİ. Qəribzadənin arvadına görə? (Qadına.) Niyə? 

QONAQ. Deyirdilər, təsdiq edin ki, Qəribzadənin arvadı sizin evdə olanda Sovet İttifaqının, 




yoldaş Stalinin əleyhinə danışıb... 

KİŞİ (Qadına). Sən də təsdiq elədin? 

QADIN. Bəs mən nə edəydim? Dedilər ki, təsdiq etməsən, səni də, ərini də "xalq düşməni" kimi 

həbs edəcəyik!.. Mən nə etməliydim? Hara çatacaqdı harayım? O sifətlər... o sifətlər gözlərimin 

qabağına gələndə, indi də bütün bədənim uçunur!.. Yazdılar, mən də qol çəkdim... 

KİŞİ. Nə yazdılar? 

QADIN. Nə yazacaqlar? Yazdılar ki, guya həmişə bizə qonaq gələndə kontrrevolyusion sözlər 

deyirmiş... Sovet hökumətinin əleyhinə... Məni də ərinin terrorçu kontrrevolyusion təşkilatına 

cəlb etmək istəyirmiş... 

KİŞİ. Sən də təsdiq etdin? 

QADIN. Bəli!.. 

KİŞİ. Fikirləşmədin ki, soruşacaqlar, bəs niyə bizə vaxtında xəbər verməmisən? 

QADIN. Mənə söz verdilər ki, bizimlə işləri olmayacaq. 

KİŞİ. Onların sözünə etibar etmək olar, ay axmaq? 

QADIN. Axmaq sən özünsən! 

QONAQ (narazı halda başını bulayır). İndi boşanacaqlar e-e-e!.. 

QADIN. Üç zırpı kişi!.. Mənə elə baxırdılar, elə bil, məni lüt soyundurub, vücuduma közərən şiş 

basacaqlar, özləri də ləzət alacaqlar!.. Nə etməliydim mən? 

QONAQ. Buna görə, ikinci dəfə də çağıranda üzünə durdu! (Qadına.) Düzdü? 

KİŞİ (Qadına). Sən ikinci dəfə də ora getmisən? 

QONAQ. Bəs nə edəydi? Çağırdılar ki, təsdiq etdiyiniz ifadələri üzünə deyin. 

KİŞİ (Qadına). Sən də onun üzünə durdun? 

 

Pauza. 


 

Onu sənin birinci ifadəndən sonra tutmuşdular? 

 

QADIN. Onsuz da onu tutacaqdılar... Sən ki, bunu məndən yaxşı bilirsən... 



KİŞİ. Üzünə durdun ki, bizim evdə əksinqilabi sözlər danışıb? Səni ərinin gizli terrorçu 

təşkilatına cəlb etmək istəyib? 

QADIN (iztirab və həyəcan içində). Onu o qədər döymüşdülər ki... Güclə tanıdım... Heç 

bilmirəm, o məni tanıdı, yoxsa yox?.. Kaş tanımayaydı!.. O gündən bəri gözümə yuxu gəlmir, 

səhərə kimi Allaha yalvarıram ki, kaş məni tanımayaydı...  

QONAQ (Kişiyə). Görürsüz? Amma siz elə bilirsiz ki, yuxudadı, yatıb!.. 

QADIN (ona fikir vermədən davam edir). Kaş bilməyəydi ki, üzünə kim durur...  

 

Kiçik pauza. 



 

Elə bil, orda nə danışılırdısa, ona dəxli yox idi... Nə deyirdilər, o saat təsdiq edirdi... Heç başını 

qaldırıb, üzümə də baxmadı... Elə hey pıçıldayırdı: "Qoyun, yatım... Qoyun, yatım... Qoyun, 

yatım..." 

KİŞİ. Sən də yazılanları bir-bir onun üzünə dedin? 

QADIN. Yoxsa istəyirsən məni də onun gününə salaydılar, hə? Sən gəlib, məni xilas edəcəkdin? 

Səni məndən əvvəl güllələyəcəkdilər! 

QONAQ. Onu indidən nə bilmək olar ki, hansınızı birinci güllələyəcəkdilər? (Divardan asılmış 

fotoşəkillərdən birinin qarşısında dayanıb, diqqətlə baxır.) O-o-o!.. Köhnə dost!.. Səni 

görməyimə çox şadam!.. 

QADIN (sərt). O mənim atamdır! O sizin dostunuz ola bilməz!.. 

QONAQ. Niyə? Ona görə ki, sizin atanız dünyada ən gözəl insan idi? İdeal idi, hə?.. (Qadına 

işarə edərək, təəccüblə Kişiyə.) Bu, heç öz atasını da yaxşı tanımır ki!.. (Yenə fotoşəkilə 

baxaraq.) Bilirsən, bu, nə idi?! (Gülümsəyir.) O-o-o!.. 

 



Yüklə 241,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə