Elçİn cəHƏNNƏm sakiNLƏRİ



Yüklə 241,82 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix19.10.2018
ölçüsü241,82 Kb.
#75147
1   2   3   4   5   6   7   8   9

QADIN. Doğrudan belə bir gizli təşkilat var idi? 

 

Pauza. 



 

Sən xəbər tutmuşdun ki, onlar, həqiqətən, belə fəaliyyət göstərirlər? Komissar da onlara başçılıq 

edir? Müavinləri... Qəribzadə də müavin idi də... Doğrudan belə idi, onlar belə təşkilat 

yaratmışdılar? 

KİŞİ. Nə doğrudan? İndi doğrudan olanla, yalandan olanın fərqi var? 

QADIN. Deməli... sən... yalandan siqnal vermisən? 

KİŞİ. Nə fərqi varıydı ki, bizim komissarlıqda belə bir təşkilat yaranmışdı, ya yaranmamışdı? 

Heç bir fərqi yox idi!.. Ancaq axmaqlar hiss edə bilməzdi ki, bizim komissarlıqda da tuthatut 

başlayacaq... Yejov təmizləməsi bütün SSRİ-ni başına götürməyib?.. Bizim özündən müştəbeh

gözü ayaqlarının altını görməyən komissardan, onun axmaq müavinlərindən başqa, bunu 

bilməyən var idi?.. Bizim komissar partiya stajına, inqilabi fəaliyyətinə arxalanırdı!.. Sadəlövh 

insan!.. Kimdir indi partiya stajına, inqilabi fəaliyyətə baxan? Yoldaş Stalinlə şəxsi tanışlığına 

arxalanırdı!.. Guya ki, Yejov gedib, hər şeyi yoldaş Stalinə məruzə edir?.. Qarşıdan nəhəng 

repressiya dalğası gəlirdi, onun qarşısını almaq mümkün deyildi, bu, hamıya gün işığı kimi aydın 

bir məsələ idi... 

QONAQ. Bax ha, gün işığından dəm vurur!.. 

KİŞİ (Qonağa). Sən sus! Sənin kimilərin törətdiyi işlərdi bunlar hamısı!.. Sənin kimilərdir 

inqilab qəhrəmanlarını, Sovet İttifaqını yaradan təmiz və vicdanlı kommunistləri yalandan "xalq 

düşməni" edənlər, onları beynəlxalq imperializmin nökəri elan edənlər, özlərinin, ailələrinin 

başına min bir müsibət açanlar!.. Sənin kimilərdir! Günahsız insanları güllələyənlər, işgəncə 

verənlər sənin kimilərdir! 

QONAQ (Qadına). Gör nə alovlu danışır? Elə bil ki, idarələrində ifşa iclasıdır... (Kişiyə.) Bu 

məktubu yoldaş Stalinə mən yazmamışam, siz yazmısız!.. 

KİŞİ. Bəli, mən yazmışam! Bu məktubu mən yazmışam!.. Ancaq nə olsun ki, mən yazmışam? 

Bunun nə əhəmiyyəti var? Mən yazdığım üçün 37-nin kabusu bütün SSRİ-nin başının üstünü 

alıb? Mənim yazıma görə şairləri güllələyirlər, alimləri Sibirə göndərirlər? Mənim yazıma görə 

Moskvada partiya rəhbərlərini tutub, sərçə kimi bir-bir güllələyirlər? Marşalları, generalları, 

Nikolayla ölüm-dirim mübarizəsi aparan köhnə bolşevikləri mənim məktubuma görə 

güllələyirlər? Xeyr! Mənim məktubum təkcə məni xilas edir! (Qadına yaxınlaşır.) Bizi xilas edir! 

Bu məktub heç kimə pislik etmir! Məhkum insanlara məhkumluqdan artıq nə pislik etmək olar? 

Əgər cəlladın baltası kötüyün üstünə gəlirsə, sən də bunu gözlərinlə görürsənsə, heç olmasa, öz 

başını kötüyün üstündən qaçırtmalısan də!.. O biri başların kəsilməsi məndən asılı deyilsə, mən 

ancaq öz başımı xilas edirəmsə, öz ailəmi xilas edirəmsə, nə günah işlədirəm?.. 

QONAQ (onun sözünü kəsərək). Buna elə gəlir ki, bu məktub əhvalatını dahiyanə fikirləşib!.. 

KİŞİ. Mənim nə fikirləşməyimin sənə dəxli yoxdur!.. 

QONAQ. Sadəlövh insan!.. 

KİŞİ (barmağı ilə Qonağı göstərərək, Qadına). Bu hardan bura gəlib, bunu kim bura göndərib

bilmirəm!.. Ancaq bu, bizi qorxutmaq istəyir, bizi bir-birimizin yanında ifşa etmək istəyir!.. Bu, 

kimdir, nədir, bilmirəm, ancaq şərdir! Sən bunun şər olduğunu görmürsən? 

QONAQ (incik). Mənim haqqımda ağzına gələni deyir də... (Qadına.) Mən bəyəm elə bir söz 

dedim ki, həqiqət olmasın? (Kişiyə.) Belə çıxır ki, həqiqət sizin hisslərinizə toxunur, sizi 

incidir... 

KİŞİ. Sənin kimilər mənim hansı hisslər keçirdiyimi başa düşə bilməzlər! (Get-gedə qızışaraq.) 

Cəlladlar!.. Nə cavan bilirsiz, nə qoca! Nə qorxaq bilirsiz, nə cəsur! Nə yaxın bilirsiz, nə uzaq! 

Heç nəyi vecinizə almırsız! Məhkəmə yox, vəkil yox, vicdan yox! Allahsızlar! 

QONAQ (Kişini göstərərək, təəccüblə Qadına). Bu necə kommunistdi ki, Allaha inanır? 

KİŞİ. Mənim necə kommunist olmağımın sizə dəxli yoxdur! Siz bəyəm kommunist qoymusuz? 

Kommunistləri siz güllələyirsiz! Onlara siz işgəncə verirsiz!.. Onlar ölüm ayağında da yoldaş 

Stalinə sədaqətlərini itirmirlər!.. 



 

İşıq sönür. 

 

DÖRDÜNCÜ ŞƏKİL 



 

Qaranlıq səhnədə cürbəcür addım səsləri, hənirti eşidilir. 

 

Müxtəlif səslər: 



 

- Mən xalq düşməni deyiləm!.. 

- Mən heç vaxt partiyaya xəyanət etməmişəm!.. 

- Eşidirsənmi, Koba? Məni, səninlə birlikdə bolşevik mübarizəsi aparan bir kommunisti 

güllələyirlər!.. 

- Verin, nə deyirsiniz, qol çəkim, ancaq mənim ailəmlə işiniz olmasın! 

- Mən sovet hökuməti qurulanda bu əllərimlə onlarla əksinqilabçı güllələmişəm! Mən özüm necə 

əks-inqilabçı ola bilərəm!? 

- Mən həmişə partiyaya, yoldaş Stalinə sədaqətli olmuşam!.. 

- Yaşasın yoldaş Stalin!.. 

Atəş səsi eşidilir və səhnə bir anlıq atəşin parıltısı ilə işıldayır. 

- Yaşasın yoldaş Stalin!.. 

Atəş. 

- Yaşasın yoldaş Stalin!.. 



Atəş. 

 

Və səhnə bir müddət qaranlıq və sükut içində qalır. 



 

İKİNCİ HİSSƏ 

 

BEŞİNCİ ŞƏKİL 



 

Həmin mənzil. Gecə. 

 

Qadın, Kişi, Qonaq. 



 

Kişi stulda oturub və iki əli ilə də başını tutub. Qadın pəncərənin qarşısında dayanıb, eşiyə baxır. 

Qonaq kresloda oturub və gah Kişiyə, gah da Qadına baxır. 

KİŞİ (başı ilə Qonağa işarə edərək, Qadına). Sən düz deyirdin... Bu, insan deyil... (İkrah hissi ilə 

Qonağa.) Sən şeytansan!.. 

QONAQ. Mən? (Əli ilə Qadını göstərir.) Bəs, o boyda şeytan dayanıb orda! Onu niyə 

görmürsən? 

 

KİŞİ. Nə? 



 

Qadın çönüb onlara baxır. 

 

Sən mənim arvadıma şeytan deyirsən? (Yerindən sıçrayıb, onun üstünə atılmaq istəyir.) 



 

QONAQ (əlini onun qabağına tutaraq). Dur!.. Dur!..  

Kişi yerində dayanır. 

 

(Sakit halda başa salır.) Sadəcə, onun özünün bundan xəbəri yoxdur... Təbii, sizin də bundan 



xəbəriniz yoxdu... 


Yüklə 241,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə