Еlеktrik rabitə sistеminin struktur sхеmi 6 şəklində göstərilmişdir



Yüklə 4,24 Mb.
səhifə15/54
tarix11.09.2023
ölçüsü4,24 Mb.
#121631
1   ...   11   12   13   14   15   16   17   18   ...   54
C fakepathreqemli emal muh

2.6. Dəqiqlik və düzgünlük




Ölçmələrlə, qiymətləndirməklə və ya proqnozlaşdırmaqla məşğul olan sistemlərin və üsulların təsviri üçün istifadə edilən terminlər dəqiqlik və düzgünlükdür. Bu sistemlərin əsas məqsədi ölçülən parametrin doğru qiymətinin təyin olunmasıdır. Ölçmə zamanı müəyyən üsullar vasitəsilə bu parametrin müəyyən qiyməti alınır və bu qiymət doğru qiymətə mümkün qədər yaxın olmalıdır. Ölçülmüş və doğru qiymətlər arasında olan fərqi qiymətləndirmək üçün dəqiqlikdüzgünlük terminlərindən istifadə olunur.
Təəssüf ki, texniki sahələrə aid olmayan məsələlərdə bu anlayışlar sinonim kimi istifadə edilir. Əslində, bu 2 anlayış çox fərqlidir və texniki sahələrdə onları düzgün istifadə etmək lazımdır.
Misal olaraq, suyun dərinliyini hidrolokasiya sistemləri vasitəsilə ölçən okeanoqrafın işini nəzərdən keçirək. Qısa partlayışların nəticəsi olaraq səs siqnalı gəmidən suya ötürülür, okeanın dibindən əks olunur və suyun üzərində əks-səda kimi qəbul edilir. Səs dalğaları suyun içində nisbətən sabit sürətlə yayılırlar. Bu isə səsin ötürmə və qəbuletmə müddətindən istifadə edərək, okeanın dərinliyini təyin etməyə imkan yaradır. Ölçülən qiymətlərdə müəyyən miqdarda xəta var. Bu xətanın mənbəyi qurğularda olan təsadüfi küy, okeanın üzərində olan dalğalar, okeanın dibində bitən bitkilər, suyun temperatur dəyişiklikləri və s. ola bilər.
Bu effektləri tədqiq etmək məqsədilə okeanoqraf qabaqcadan təyin olunmuş dərinlikdən, məsələn, 1000 metrdən verilənləri qəbul edir (burada 1000 m – doğru qiymətdir). Alınmış verilənlər əsasında o, histoqramı qurur (şək.2.14).

Şək.2.14. Doğru və ölçülmüş qiymətlər əsasında qurulmuş histoqram

Mərkəzi Limit Teoreminin nəticəsi olaraq alınmış verilənlər normal paylanıb. Orta qiymət paylanmanın mərkəzində yerləşir və ölçmə verilənlərinə əsaslanaraq dərinliyin ən dəqiq qiymətini özündə saxlayır. Orta kvadratik meyl paylanmanın enini təyin edir və verilənlərin orta qiymət ətrafında səpələnmə dərəcəsini təsvir edir.


Bu səbəblərə görə sistemdə 2 cür xəta aşkar olunur. Birincisi, orta qiymət dəqiq qiymətə görə sürüşdürülüb. Bu sürüşmənin miqdarı ölçmənin düzgünlüyü adlanır. İkincisi, ayrı-ayrı ölçmələr bir-biri ilə üst-üstə düşmürlər. Bu fərq paylanmanın eni ilə təyin olunur. Bu kəmiyyət ölçmənin dəqiqliyi adlanır və orta-kvadratik meyllə, siqnal/küy nisbəti ilə və ya variasiya əmsalı ilə ifadə olunur.
Yaxşı düzgünlüyə, lakin pis dəqiqliyə malik olan ölçmələri nəzərdən keçirək. Histoqram dəqiq qiymətin ətrafında yerləşəcək, lakin çox enli olacaqdır. Baxmayaraq ki, ölçmələr, bütövlüklə götürəndə, düzdürlər, ayrılıqda hər bir ölçü dəqiq qiymətlə üst-üstə düşmür. Bu halda deyirlər ki, verilənlər pis təkrarlanır və ölçmələr bir-birinə uyğun gəlmir. Pis dəqiqlik təsadüfi xətanın nəticəsidir. Bu xəta ölçmədən ölçməyə dəyişir. Dəqiqliyi yaxşılaşdırmaq üçün verilənləri ortalaşdırmaq lazımdır. Beləliklə, dəqiqlik - təsadüfi xətanın ölçüsüdür.
İndi isə çox dəqiq, lakin düzgün ölçülməyən verilənləri nəzərdən keçirək. Nəticədə histoqram çox ensiz olacaq, lakin o, dəqiq qiymətin ətrafında yerləşməyəcəkdir. Ölçmələrin düzgün olmamağı sistematik xətaya gətirib çıxardır. Bu xətanın miqdarı ölçmədən ölçməyə dəyişilməz olaraq qalır. Düzgünlük, adətən, sistemin kalibrləməsindən asılıdır və cihazın kalibrləməsinin ölçüsüdür.
Xətanın növünü dəqiqləşdirmək üçün eksperimenti bir necə dəfə aparmaq lazımdır. Əgər ölçmədən ölçməyə xətanın miqdarı dəyişirsə, onda bu təsadüfi, əks halda isə sistematik xətadır. Əgər ortalaşdırma nəticəsində xətanın miqdarı azalırsa, onda bu təsadüfi, əks halda sistematik xətadır. Əgər cihazın kalibrləməsinin nəticəsində xətanın miqdarı xeyli azalırsa, onda bu sistematik, əks halda təsadüfi xətadır.

Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə