Еlеktrik rabitə sistеminin struktur sхеmi 6 şəklində göstərilmişdir



Yüklə 4,24 Mb.
səhifə23/54
tarix11.09.2023
ölçüsü4,24 Mb.
#121631
1   ...   19   20   21   22   23   24   25   26   ...   54
C fakepathreqemli emal muh

4.6. Dekompozisiyanın əsas növləri


Bu üsulun əsas məqsədi mürəkkəb problemin bir neçə sadə problemlərlə əvəz olunmasıdır. Əgər dekompozisiya nəticəsində vəziyyət sadələşmirsə, onda onun heç bir əhəmiyyəti yoxdur. Siqnalların emalında 2 əsas dekompozisiya növü mövcuddur: impuls və Furye dekompozisiyası. Bundan başqa 3 əlavə dekompozisiya növü vardır:



  • Pilləvarı dekompozisiya;

  • Tək/cüt dekompozisiya;

  • Növbələşdirmə dekompozisiya.

İki əsas və üç əlavə dekompozisiya növlərini nəzərdən keçirək.


4.6.1. İmpuls dekompozisiyası


İmpuls dekompozisiyası N nöqtədən ibarət olan siqnalı N nöqtədən ibarət olan N impulsa ayırır (şək.4.12(a)).


Hər bir komponentli siqnal əsas siqnaldan yalnız bir nöqtə götürür, qalan nöqtələr isə sıfıra bərabər olur. Sıfırlar ardıcıllığında sıfırdan fərqli olan bir nöqtəyə malik olan siqnal impuls adlanır. İmpuls

Şək.4.12. Dekompozisiya növləri


dekompozisiyanın əhəmiyyəti ondan ibarətdir ki, onun vasitəsi ilə sistemin hər bir nöqtəsini təhlil etmək olar. Eyni zamanda, sistemlər impulslara verdikləri reaksiyaları ilə xarakterizə olunurlar. Sistemin impulslara verdiyi reaksiyasını bilərək, istənilən giriş siqnalı üçün sistemin çıxışını hesablamaq olar. Bu yanaşma yığılma adlanır.




4.6.2. Pilləvarı dekompozisiya


Pilləvarı dekompozisiya N nöqtəli siqnalı N nöqtədən ibarət olan N komponentə (siqnala) ayırır (şək.4.12(b)). Siqnalın hər bir komponenti pillədir, yəni onun başlanğıc nöqtələri sıfıra bərabərdir, qalan nöqtələri isə sabit qiymət alırlar. N nöqtədən ibarət olan x(n) siqnalının komponentlərə dekompo-zisiyasını nəzərdən keçirək. Siqnalın k saylı komponenti aşağıdakı kimi təyin olunur:



Məsələn, siqnalın komponenti üçün 0-dan 4-ə qədər bütün nöqtələr sıfıra, qalan nöqtələr isə -ə bərabərdir. İstisna olaraq, komponentinin bütün nöqtələri sıfıra bərabərdir. Pilləvarı dekompozisiya qonşu nöqtələr arasında olan fərqə görə siqnalları xarakterizə edir. Yəni, sistemlər siqnalların dəyişməsinə necə reaksiya verməklə xarakterizə olunurlar.



Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə