Еlеktrik rabitə sistеminin struktur sхеmi 6 şəklində göstərilmişdir



Yüklə 4,24 Mb.
səhifə24/54
tarix11.09.2023
ölçüsü4,24 Mb.
#121631
1   ...   20   21   22   23   24   25   26   27   ...   54
C fakepathreqemli emal muh

4.6.3. Tək/cüt dekompozisiya


Tək/cüt dekompozisiya istənilən siqnalı təkcüt simmetriyaya malik olan siqnallara ayırır (şək.4.13a). Əgər siqnal nöqtəsinə görə simmetrikdirsə, onda o cüt simmetriyaya malikdir.


Yəni,

Analoji olaraq, tək simmetriyaya malik olan siqnalda uyğun nöqtələrin qiymətləri eynidir, lakin işarələri fərqlidir, yəni:

Bu tərifə əsasən güman olunur ki, siqnalındakı nöqtələrin sayı cütdür. Tək/cüt dekompozisiyanı aşağıdakı ifadələr əsasında hesablamaq olar:

Şək.4.13. Tək/cüt (a)və növbələşdirmə (b) dekompozisiyası





4.6.4. Növbələşdirmə dekompozisiyası


Şək.4.13(b)-dən göründüyü kimi, növbələşdirmə dekompozisiyası verilmiş siqnalı cüt tək nöqtələrdən ibarət olan 2 siqnala ayırır. Birinci siqnalını təyin etmək üçün verilmiş siqnalda tək nöqtələrin qiymətlərini sıfıra bərabər etmək lazımdır. İkinci siqnalını təyin etmək üçün verilmiş siqnalın cüt nöqtələri sıfıra bərabərləşdirilir.


Qeyd edək ki,“Furye çevrilməsi” adında alqoritm çoxdan məlumdur. Lakin çox təəssüf ki, bu alqoritm ləng işləyir. Kompüterdə olan hesabatlar bir-neçə dəqiqə və ya saatlarla davam edə bilərlər. Hesablamaların vaxtını azaltmaq məqsədilə XX əsrin 60-cı illərində Sürətli Furye Çevrilməsi (FFT – Fast Fourier Transform) adlanan alqoritm işlənib hazırlanmışdır. Növbələşdirmə dekompozisiyası FFT alqoritminin əsasını təşkil edir.


4.6.5. Furye sırasına ayırma


Furye dekompozisiyası riyazi üsullardan biridir. Bu üsulun metodikası şək.4.14-də göstərilmişdir.İstənilən N nöqtəli siqnal N+2 siqnallara ayrıla bilər. Bu siqnalların yarısını – sinuslar, digər hissəsini isə kosinuslar təşkil edir. Ən kiçik tezlikli kosinus , N nöqtə ərzində heç bir dövr etmir, yəni o, sabit siqnaldır. Digər kosinus komponentləri N nöqtə ərzində uyğun olaraq 1, 2, 3 və s. tam dövr edirlər. Bütün bu deyilənlər sinuslara da aid edilir.


Belə ki, hər bir komponentli siqnalın tezliyi məlumdur, onda onları bir-birindən yalnız amplitudları ilə fərqləndirmək olar.
Furye dekompozisiyası 3 əlamətə görə dekompozisiya növləri arasında ən vacibi sayılır. Bu əlamətlər aşağıdakılardır:

  1. Furye sırasına ayırma siqnallarda toplanmış informasiyanı təhlil etməyə imkan verir.

  2. Xətti sistemlər sinusoidal siqnallara birmənalı reaksiya verirlər. Girişdə olan sinusoidal siqnal çıxışda da sinusoidal siqnal verir. Bu yanaşmada sistemlər onlardan keçən sinusoidal siqnalların amplitud və fazalarının dəyişməsi ilə xarakterizə olunurlar. Belə ki, giriş siqnalı sinuslara ayrıla bilər, onda sistemin sinuslara reaksiyasını bilərək, sistemin çıxışını təyin etmək mümkündür.


Şək.4.14. Furye dekompozisiyası



  1. Furye sırasına ayırma Furye analizinin, Laplas və Z-çevrilmələrin əsasını təşkil edən riyazi üsuldur.




Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə