Еlеktrik rabitə sistеminin struktur sхеmi 6 şəklində göstərilmişdir



Yüklə 4,24 Mb.
səhifə21/54
tarix11.09.2023
ölçüsü4,24 Mb.
#121631
1   ...   17   18   19   20   21   22   23   24   ...   54
C fakepathreqemli emal muh

4.4. Xəttiliyin xüsusi xassələri


1. Kommutativlik. Kommutativlik xassəsi iki və ya daha çox sistemlərin kombinasiyasına tətbiq oluna bilər (şək.4.7).



Şək.4.7. Xətti sistemlərin kommutativlik xassəsi

Tutaq ki, iki sistem ardıcıl olaraq kaskadda birləşib, yəni bir sistemin çıxışı digər sistemin girişidir. Əgər hər bir sistem xəttidirsə, onda bu sistemlərin mümkün olan kombinasiyası da xətti olacaqdır. Kommutativlik o deməkdir ki, kaskadla qoşulmuş sistemlərin ardıcıllığı dəyişdirilsədə, bütöv sistemin xarakteristikası dəyişilməz olaraq qalacaqdır. Fərz edək ki, sistem iki manqadan – gücləndiricidən və süzgəcdən ibarətdir. Əgər hər iki manqa xəttidirsə, onda onların ardıcıllığı əhəmiyyət kəsb etməyəcək və nəticəyə heç bir təsir göstərməyəcək. Lakin, nəzərə almaq lazımdır ki, reallıqda elektron qurğular qeyri-xətti effektlərə malikdirlər (xarici küylər, interferensiya və s.) və onların ardıcıllığı əhəmiyyət kəsb edir.


2. Çox girişli və çox çıxışlı sistemlər.
Əgər çox girişli və çıxışlı sistem xətti altsistemlərdənəlavə siqnallardan təşkil olunubsa, onda o xəttidir. Sistemin mürəkkəbliyi böyük əhəmiyyət kəsb etmir, amma sistemin tərkibində qeyri-xəttilik olmamalıdır. Şək.4.8-də göstərilmiş mürəkkəb sistem xəttidir, çünki o, xətti altsistemlərdən (A, B, C, D, E) təşkil olunub. Burada  girişlərdir,  çıxışlardır.

Şək.4.8. Çox girişli və çox çıxışlı xətti sistem
Çox girişli və çıxışlı sistemin xəttiliyini başa düşmək üçün müəyyən eksperiment aparaq. Sistemin bir girişinə siqnal verək, digər girişləri isə sıfır vəziyyətində saxlayaq. Bu cür siqnalların kombinasiyası müəyyən çıxışları verəcək. Sonra isə digər girişə verilmiş siqnalla bu proseduranı təkrar edək. Yenə də qalan girişlərə sıfır verək. Bu ikinci giriş siqnalı başqa çıxış siqnalı verəcək. Eksperimentin sonunda iki siqnalı eyni zamanda sistemin girişinə verək. Çıxışda alınmış siqnallar, sadəcə olaraq, ayrılıqda alınmış çıxış siqnallarınınsuperpozisiyası (toplusu) olacaqdır.

Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə