Еlеktrik rabitə sistеminin struktur sхеmi 6 şəklində göstərilmişdir


Stasionarlıq və sinusoidal dəqiqlik



Yüklə 4,24 Mb.
səhifə19/54
tarix11.09.2023
ölçüsü4,24 Mb.
#121631
1   ...   15   16   17   18   19   20   21   22   ...   54
C fakepathreqemli emal muh

4.2. Stasionarlıq və sinusoidal dəqiqlik


Bircinslilik, additivlik və invariantlılıq xətti sistemlərin təyini üçün, onların riyazi əsasını təşkil edən vacib xassələrdir. Təəssüf ki, bu xassələrdən istifadə edərək alimlər və mühəndislər bəzən sistemin xətti və ya qeyri-xətti olduğunu təyin edə bilmirlər. Lakin, belə hallarda stasionarlıq və sinusoidal dəqiqlik xassələri onlara çox böyük kömək göstərir. Bu xassələr riyazi nöqteyi-nəzərdən o qədər də vacib deyillər, lakin xətti sistemlərin başa düşülməsi üçün vacibdirlər.


Stasionarlıq xətti sistemlərin statik (sabit) siqnallara olan reaksiyası ilə təyin olunur. Xətti sistemin statik çıxışı çox sadədir. O, konstantaya vurulmuş girişə bərabərdir. Yəni, qrafiki təsvirdə giriş və çıxış siqnallarının qiymətləri koordinat sisteminin başlanğıcından keçən düz xətt üzərində yerləşirlər. Şək.4.5-də Om və Huk qanunlarını təsvir edən xətti sistemlərin stasionarlığı göstərilmişdir. Müqayisə üçün şək.4.6-da stasionar olmayan sistemlərin nümunələri göstərilmişdir.
Bütün xətti sistemlər stasionardır. Tərsinə, çox vaxt bu düz olmur. Elə sistemlər var ki, onlar stasionardır, lakin dəyişkən siqnallara görə

Şək.4.5. Stasionar sistemlərin nümunələri



Şək.4.6. Stasionar olmayan sistemlərin nümunələri

qeyri-xəttidirlər. Lakin sistemlərin elə geniş sinfi mövcuddur ki, onların stasionarlığı onların xəttiliyini təyin edir. Bu cür sistemlərdə giriş siqnalının sabit və ya dəyişkən olması əhəmiyyət kəsb etmir. Belə sistemlər yaddaşsız sistemlər adlanır, yəni sistemin çıxışı girişin cari qiymətindən asılıdır və əvvəlki qiymətlərdən asılı deyil. Məsələn, ani cərəyan rezistordan keçən gərginliyin ani qiymətindən asılıdır və ondan qabaq olan qiymətlərdən asılı deyil. Əgər sistem stasionar və yaddaşsızdırsa, onda o xətti olmalıdır.


Xətti sistemlərin vacib xarakteristikalarından biri onların sinusoidal siqnallara verdikləri reaksiyasıdır. Bu xassə sinusoidal dəqiqlik adlanır. Əgər xətti sistemin girişinə sinusoidal siqnal verilirsə, onda onun çıxışı həmin tezlikli sinusoidal siqnal olacaqdır. Bütün növ siqnallardan bu xassəyə yalnız sinusoidal siqnallar malikdir. Məsələn, əgər xətti sistemin girişinə düzbucaqlı siqnal verilsə, onda onun çıxışında düzbucaqlı siqnal olmayacaqdır. Baxmayaraq ki, girişdə olan sinusoidal siqnal çıxışda sinusoidal siqnal verir, bu siqnallar öz amplitudlarıfazaları ilə fərqlənə bilərlər.
Ortaya belə bir sual çıxır: əgər sistem sinusoidal dəqiqliyə malikdirsə, o xəttidir ya yox? Cavab: yox. İstisnalar ola bilər, lakin onlara nadir hallarda rast gəlmək olar.
Əgər verilmiş sistemin xətti olub-olmadığını təhlil etmək lazım gələrsə, onda aşağıdakı mərhələləri yerinə yetirmək lazım olacaqdır.

  1. Təhlil olunan sistemin girişinə sinusoidal siqnal generatoru və çıxışına ossiloqraf qoşub, onun çıxışını müşahidə etmək lazımdır: sinusoidaldır, yoxsa yox.

  2. Giriş siqnalının amplitudunu dəyişərək, çıxış siqnalında müşahidə olunan dəyişikliklərə nəzarətetmək lazımdır. Əgər sistem xəttidirsə, onda çıxış siqnalının amplitudu giriş siqnalının amplituduna uyğun dəyişməlidir.

  3. Və, nəhayət, giriş siqnalının tezliyini dəyişərək, çıxış siqnalının tezliyini nəzərdən keçirmək lazımdır. Tezlik uyğun olaraq dəyişməlidir. Girişdə tezliyi dəyişəndə amplitud və fazada dəyişiklər baş verir, lakin xətti sistemlər üçün bu mümkündür. Bəzi tezliklərdə çıxış siqnalı sıfıra bərabər ola bilər, yəni sıfır amplitudlu sinusoidal siqnal.

Əgər bu üç hal müşahidə olunsa, onda sistemin xətti olması haqqında bir nəticə çıxartmaq olar.



Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə