Еlеktrik rabitə sistеminin struktur sхеmi 6 şəklində göstərilmişdir


Xətti və qeyri-xətti sistemlərin nümunələri



Yüklə 4,24 Mb.
səhifə20/54
tarix11.09.2023
ölçüsü4,24 Mb.
#121631
1   ...   16   17   18   19   20   21   22   23   ...   54
C fakepathreqemli emal muh

4.3. Xətti və qeyri-xətti sistemlərin nümunələri


Xətti sistemlərə aşağıdakı sistemlər və alqoritmlər daxildir:



  • Dalğaların yayılması, məsələn, səs və elektromaqnit dalğaları;

  • Rezistorlardan, kondensatorlardan və induktivliklərdən yığılmış elektrik dövrələri;

  • Elektron dövrələri, məsələn, gücləndiricilər və süzgəclər;

  • Kütlələrlə (cisimlərlə), yaylarla və amortizatorlarla qarşılıqlı təsirə görə yaranan mexaniki hərəkət;

  • Diferensial tənliklərlə təsvir olunan sistemlər, məsələn, neyron şəbəkələr, rezistor–kondensator-induktivlik;

  • Sabit ədədə vurma, yəni siqnalın gücləndirilməsi və ya zəiflədilməsi;

  • Siqnalın dəyişməsi, məsələn, əks-səda, rezonans, təsvirlərin yayılması;

  • Vahid sistem. Burada çıxış həmişə girişə bərabərdir;

  • Sıfır sistemi. Burada girişdən asılı olmayaraq, çıxış həmişə sıfıra bərabərdir;

  • Diferensiallama və inteqrallama, habelə diskret siqnallar üçün analoji əməliyyatlar: sonlu fərqlər və sonlu cəmlər;

  • Yığılma. Bu alqoritmdə sistem çıxışının hər bir qiyməti müəyyən əmsallara vurulmuş girişlərin cəminə bərabərdir;

  • Rekursiya – yığılmaya oxşar bir alqoritmdir. Çıxışın hesablanması üçün giriş qiymətlərindən əlavə çıxış siqnalının əvvəlki qiymətlərindən istifadə olunur.

Qeyri-xətti sistemlərə və alqoritmlərə aşağıdakılar daxildir:



  • Stasionarlıq xassəsinə malik olmayan sistemlər. Məsələn, rezistorda olan gərginlik və güc  ; isti obyektlərdən enerjinin yayılması  ; qalın qeyri-şəffaf materiallardan keçən işığın intensivliyi  və s.

  • Sinusoidal dəqiqliyə malik olmayan sistemlər: siqnaldakı təpə nöqtələrini təyin edən elektron sxemlər, qüvvətə yüksəltmə, , rəqslərin çevrilməsi, tezliyin desimasiyası və s.

  • Geniş yayılmış elektron təhriflər, dövrələrdə baş verən nasazlıqlar və s.

  • Bir siqnalın digər siqnala vurulması, məsələn, amplitud modulyasiya və gücləndirmənin avtomatik tənzimlənməsi;

  • Histerezis fenomeni – maqnit sahəsində gərginliyin maqnit dəstənin sıxlığından asılılığı;

  • Hədli sistemlər, məsələn, rəqəmli məntiq elementləri, seysmik titrəmələr və s.




Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə