Еlеktrik rabitə sistеminin struktur sхеmi 6 şəklində göstərilmişdir


Xətti sistemlərdə vurma əməliyyatı



Yüklə 4,24 Mb.
səhifə22/54
tarix11.09.2023
ölçüsü4,24 Mb.
#121631
1   ...   18   19   20   21   22   23   24   25   ...   54
C fakepathreqemli emal muh

3. Xətti sistemlərdə vurma əməliyyatı.
Xətti sistemlərdə vurmanın istifadə edilməsi bəzən aydın olmur. Bu onunla bağlıdır ki, siqnalın nəyə vurulmasından asılı olaraq vurma həm xətti, həm də qeyri-xətti ola bilər.
Əgər giriş siqnalı sabit ədədə vurulursa, onda sistem xəttidir (şək.4.9(a)).







a) xətti sistem

b) qeyri-xətti sistem

Şək.4.9. Vurmanın xəttiliyi



Sabit ədəddən asılı olaraq, bu sistem ya gücləndirici ( ), ya da zəiflədici ( ) olacaqdır. Bu sistemdən fərqli olaraq siqnalın digər siqnala vurulması qeyri-xətti sistemdir (şək.4.9(b)). Fərz edək ki, bir sinusoidal siqnal tezliyi fərqli olan digər sinusoidal siqnala vurulur. Nəticədə alınmış siqnal sinusoidal siqnal olmayacaqdır.
Digər məsələ faydalı siqnalın üzərinə toplanmış parazit siqnallardır (termal küy, siqnalın sürüşməsi və s.). Bu cür siqnalların qarışığı xəttidir, yoxsa yox? Əgər parazit siqnallar sistemin daxilində əmələ gəlirlərsə, onda proses qeyri-xəttidir, çünki sinusoidal giriş təmiz sinusoidal çıxışı vermir. Və əksinə, kənar (parazit) siqnal sistemin daxilində yaranmır. Bu proses xətti olacaqdır, çünki siqnalların toplanması sistemdən kənar baş verir, girişə isə artıq “küylənmiş siqnal” verilir.


4.5. Superpozisiya


Xətti sistemlərlə işləyərkən yeni siqnalları mövcud siqnalların kombinasiyası kimi almaq mümkündür. Bu bir neçə siqnalın miqyaslanması (sabit ədədə vurulması) və sonradan onların toplanmasıdır. Qeyd edək ki, kombinasiya zamanı siqnalları bir-birinə vurmaq olmaz. Misal olaraq, 3 siqnalı  toplayıb dördüncü siqnalını alaq (şək.4.10).



Şək.4.10. Siqnalların superpozisiyası
Miqyaslama və toplama vasitəsilə siqnalların kombinasiya prosesi sintez adlanır. Sintezə əks olan proses dekompozisiya adlanır. Burada yeganə bir siqnal 2 və ya daha çox additiv komponentlərə bölünür. Müəyyən siqnal üçün sonsuz sayda dekompozisiya növləri mövcuddur. Məsələn, 15 və 25 ədədlərini yalnız bir üsulla toplamaq olar: 15+25=40. Bundan fərqli olaraq, 40 ədədini müxtəlif yollarla komponentlərə ayırmaq olar: 1+39 və ya 2+28 və ya -30.5+60+10.5 və s.
Girişində və çıxışında siqnalı olan xətti sistemi nəzərdən keçirək. Şək.4.11-dən göründüyü kimi giriş siqnalı bir neçə sadə siqnallara  bölünür.



Şək.4.11. Siqnalların dekompozisiyası və sintezi

Bu cür siqnallar giriş siqnalının komponentləri adlanır. Sonra isə, giriş siqnalının hər bir komponenti ayrıca sistemdən keçirilir. Bunun nəticəsi kimi çıxış siqnalının komponentləri alınır. Sonradan bu komponentləri cəmləyərək sistemin çıxışını y(n) siqnalını alırıq. Bu üsulun vacibliyi ondan ibarətdir ki, aldığımız çıxış y(n) siqnalı sistemdən x(n) siqnalını birbaşa keçirməklə alınan çıxış siqnalı iləüst-üstə düşür. Bu çox vacib nəticədir. Beləliklə, mürəkkəb siqnalların sistemlərə təsirini öyrənmək üçün onları, sadəcə olaraq, sadə siqnallara ayırıb sadə siqnalların sistemlərə təsirini öyrənmək lazımdır. Yəni, mürəkkəb siqnallara sadə siqnalların superpozisiyası kimi baxmaq olar. Bu yanaşma siqnalların rəqəmli emalında istifadə olunur və bütün üsulların əsasını təşkil edir.





Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə