Еlеktrik rabitə sistеminin struktur sхеmi 6 şəklində göstərilmişdir



Yüklə 4,24 Mb.
səhifə25/54
tarix11.09.2023
ölçüsü4,24 Mb.
#121631
1   ...   21   22   23   24   25   26   27   28   ...   54
C fakepathreqemli emal muh

4.7. Sistemlərdə qeyri-xəttilik


Qeyri-xətti sistemlərin təhlili üçün ən geniş yayılmış 3 üsulu nəzərdən keçirək:



  1. Qeyri-xəttiliyin nəzərə alınmamağı. Əgər sistemdə qeyri-xəttilik çox azdırsa, onda sistemi xətti hesab etmək olar. Bu proseduradan əmələ gələn xətalar xəta siqnalında cəmləşəcəkdir.

  2. Siqnalların amplitudlarının çox kiçik saxlanılması. Qeyri-xətti sistemlərin əksəriyyəti siqnalların amplitudları kiçik olduqda, özlərini xətti sistemlər kimi aparırlar.

  3. Sistemin qeyri-xətti xarakteristikasının xəttiləşdirilməsi. Misal olaraq, bir-birinə vurulan və çıxışda yeni siqnal yaradan 2 siqnalı nəzərdən keçirək: . Əgər siqnalların loqarifmini götürsək, onda qeyri-xətti vurma əməliyyatı xətti toplama əməliyyatı ilə əvəz olunacaqdır: . Siqnalların bu cür xəttiləşdirilməsi metodikası siqnalların homomorf emalı adlanır.



5. YIĞILMA




5.1. Delta-funksiya və impuls xarakteristikası


Əvvəlki fəsildən göründüyü kimi, istənilən siqnal impuls adlanan elementar komponentlərə ayrıla bilər. Yeganə nöqtədə qiyməti olan və digər nöqtələrdə qiyməti sıfır olan siqnala impuls deyilir. İmpuls dekompozisiyası bir nöqtə əsasında siqnalın təhlilini təmin edir. İmpuls dekompozisiyasından istifadə edərkən bu proseduranı yığılma adlanan riyazi əməliyyatla təsvir etmək olar. Yığılma əməliyyatı həm diskret, həm də kəsilməz siqnallara tətbiq oluna bilər. Bu fəsildə yığılmanı yalnız diskret siqnallara aid edəcəyik.


Şək.5.1-də SRE-də istifadə olunan iki vacib siqnalın təsviri verilir. Bunlardan birincisi delta-funksiyadır.

Şək.5.1. Delta-funksiya və impuls xarakteristikası

Delta-funksiya kimi işarə edilir. -funksiya – normallaşdırılmış impulsdur, yəni sıfırdan fərqli olan yeganə nöqtənin qiyməti 1-ə bərabərdir. Buna görə -funksiya vahid impuls adlanır.



Şək.5.1-də təsvir olunmuş ikinci siqnal impuls xarakteristikasıdır. Sistemin girişinə -funksiya verilərkən onun çıxışında əmələ gələn siqnal sistemin impuls xarakteristikası adlanır və kimi işarə edilir.
İki müxtəlif sistem impuls xarakteristikalarına görə bir-birindən fərqlənirlər.
İstənilən impuls miqyaslandırılmış və sürüşdürülmüş -funksiya kimi təsvir oluna bilər. Misal olaraq, impulsuna baxaq.

Verilmiş impuls 8 nöqtə sağa sürüşdürülmüş və -3-ə vurulmuş -funksiyasıdır. Yəni,
.
Əgər sistemin girişində müəyyən impuls, məsələn, a(n) impulsu verilirsə, onda onun çıxışı necə olacaqdır? Bu suala cavab almaq üçün xətti sistemlərin bircinslilik və invariantlılıq xassələrindən istifadə etmək lazımdır. Bu xassələrə əsasən, əgər sistemin girişində olan siqnalı çıxışında siqnalını yaradırsa, onda
siqnalı həmin sistemin çıxışında siqnalını yaradacaqdır. Başqa sözlə, sistemin çıxışı girişdəki -funksiya kimi sürüşdürülmüş və miqyaslanmış impuls xarakteristikasının bir nümunəsidir.
Əgər sistemin impuls xarakteristikası məlumdursa, onda onun istənilən impulsa reaksiyasını təyin etmək olar.



Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə