Elifba Design full cdr



Yüklə 37,5 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix12.10.2018
ölçüsü37,5 Mb.
#73380
1   2   3   4   5   6   7   8   9   ...   12

96
HİMN
Himnimizin sözlәri – şair Әhmәd Cavadın, musiqisi – dahi bәstәkar
Üzeyir Hacıbәylinindir.
1. Himni  öyrәn.
2. «mәsud» vә  «müştaq» sözünün
mәnasını izah et. Bu sözlәri әvәz
edәn sözlәri tap vә cümlә qur.
3. «sәda» sözünü әvәz edәn sözü tap
vә cümlәdә işlәt.
Sözlük
mәsud – xoşbәxt
müştaq – can atmaq, sәy gös -
tәrmәk, çalışmaq
cümlә hazırız – hamılıqla ha -
zırıq
cümlә qadiriz – hamılıqla
qadirik
Әhmәd Cavad
Üzeyir Hacıbәyli
Azәrbaycan himni
Azәrbaycan, Azәrbaycan!
Ey qәhrәman övladın şanlı Vәtәni!
Sәndәn ötrü can vermәyә cümlә hazırız!
Sәndәn ötrü qan tökmәyә cümlә qadiriz!
Üçrәngli bayrağınla mәsud yaşa!
Minlәrlә can qurban oldu,
Sinәn hәrbә meydan oldu!
Hüququndan keçәn әsgәr
Hәrә bir qәhrәman oldu!
Sәn olasan gülüstan,
Sәnә hәr an can qurban!
Sәnә min bir mәhәbbәt
Sinәmdә tutmuş mәkan!
Namusunu hifz etmәyә,
Bayrağını yüksәltmәyә,
Cümlә gәnclәr müştaqdır!
Şanlı Vәtәn, şanlı Vәtәn!
Azәrbaycan, Azәrbaycan!
Azәrbaycan! Azәrbaycan!
Dәftәrinә köçür
Vәtәn bizә anamız qәdәr әzizdir. Onu hәr za -
man qorumalı, gün-gündәn gözәllәşib çiçәklәn -
mәsinә çalışmalıyıq. 


97
Dәftәrinә köçür
Düşmәnlә döyüşә mәn dә hazıram!
Sәngәrlәri keçib, sәngәr qazaram!
Qәlәbә   gününә şeir yazaram!
Mәnim dә adımı orduya yazın!
Hәr dövlәtin ordusu var. Ordu öz ölkәsinin
sәrhәdlәrini, torpağını vә xal qını  düşmәndәn
qoruyur. Azәrbay ca nın da güclü ordusu var. 
Azәrbaycan ordusunun Ali Baş Ko mandanı
–  Azәrbaycan  Respubli ka sının  Prezidenti
İlham Heydәr oğlu Әliyevdir. 
Xalqımız öz ordusunun adını hәr zaman
uca tutur, onunla fәxr edir.  Ordumuz bizi vә Vәtәnimizi gecә-gündüz, hәtta
biz yuxuda olanda da, suda, quruda vә sәmada  qoruyur.  
ORDU
1. Azәrbaycan ordusu haqqında nә bilirsәn?
2. Azәrbaycan ordusunun hansı qәhrәmanlarını tanıyırsan?
3. Әsl qәhrәman hansı xüsusiyyәtlәrә malik olmalıdır?
Hәr bir azәr bay canlı gәncin müqәddәs borcu – Azәrbaycan ordusunda
xidmәt etmәkdir.
Hәr il iyunun 26-sı Azәrbaycan Respublikası Silahlı Qüvvәlәri Günü kimi
qeyd edilir.


98
Tarix boyu Azәrbaycanın torpaqlarına, azadlığına tәcavüz edilib. Lakin
xalqımız qanı bahasına da olsa, öz azadlığını, torpaqlarını qoruyub vә bu gün dә
qoruyur. Bu gün Azәr baycanın bir hissәsi – qәdim Qa rabağımız düşmәn tapdağı
altın  dadır.  Lakin  qüdrәtli  Azәr bay can  ordusu  tezliklә  torpaq la rımızı  düşmәndәn
azad edәcәk vә qәdim Şuşamızda üçrәngli Azәrbaycan bayrağını dalğalandıracaq.
Sözlük
mamır – daşların üzәrindә
rütubәtdәn yaranan  mәxmәr
bitki.
tәcavüz – silahlı basqın
VƏTƏN SEVGİSİ
Vәtәn mәnә oğul desә, nә dәrdim,
Mamır olub, qayasında bitәrdim!
Dәftәrinә köçür
Qüdrәtli Azәrbaycan ordusu tezliklә torpaq la rı -
mızı düşmәndәn azad edәcәk vә qәdim Şuşamızda
üçrәngli Azәrbaycan bayrağını dalğalandıracaq.


99
1992-ci il 26 fevral – unudulmaz milli faciә – Azәrbaycanın qan yaddaşına
әbәdi hәkk olunmuş qanlı tarixdir. 
1992-ci ilin 26 fevral gecәsi işğalçı ermәni ordusu Xocalı şәhәrini
mühasirәyә aldı, tanklardan, toplardan dinc әhaliyә atәş açdı. O gecә
düşmәnlәr heç kimә aman vermәdi. Qocaları, qadınları, uşaqları öldürdülәr,
evlәrә, tövlәlәrә od vurub yandırdılar, qaranlıq, soyuq meşәlәrә qaçanları
yolda güllәlәdilәr. 
Azәrbaycan bu qanlı faciәni heç zaman unutmayacaq.
XOCALI
1. 1992-ci ilin 26 fevralında nә baş verib?
2. Bu hadisә niyә «soyqırım» adlandırılır?
3. «müsibәt»«bәla»«fәlakәt» vә «әhali» sözlәrinin mәnasını izah et.
4. Şeiri öyrәn.
Dәftәrinә köçür
Fevralın 26-sı tariximizә Xocalı faciәsi kimi
yazıldı. Xocalı faciәsi heç zaman unudulmayacaq.
– unudu
d
d lmaz milli fa
ff ciә – Azәrb
r aycanın q
Günәş, necә yanırsan?
Necә alovlanırsan?
Yer, niyә dolanırsan?
Dayanıb sükuta dal!
Dәrk et bu fәlakәti!
Görünmәz müsibәtdir
Xocalı müsibәti.


100
Biz Qarabağın giriş qapısı sayılan qәdim Bәrdәdә ya şa yırıq. Hәr il yay
tәtilindә Bәrdәnin istisindәn yaylağa – Şuşaya köçәrdik.
Axşamlar Cıdır Düzünә, Әrimgәldi qayasına gәz mәyә çıxar, İsa bulağına
yollanar dıq. Daha çox Güllü bağa gedәrdik. Güllü bağda bitәn gül-çiçәyin әtri
Şuşanın saf havasına qarışar, ürәklәri oxşayardı. Atam bizә alınmaz Şuşa
qalasından danışar, bu qәdim şәhәr barәdә maraqlı rәvayәtlәr söylәyәrdi. 
Güllü bağ hәmişә adamla dolu olardı. Adamlar iki-bir, üç-bir skamyalarda
oturar, asta-asta söhbәt edәrdilәr. Bir oturacaq isә hәmişә boş qalardı. 
Bir dәfә atamdan soruşdum:
– Ata, niyә o skamyada heç kim oturmur? Gәl biz oturaq, axı yorulmuşuq. 
Atam gülümsünüb:
ŞUŞADA BİR BAĞ VAR... 


101
– Yox, qızım, – dedi, – o skamya Xan әminin yeridir. İndi o, Xan әminin
yadigarına çevrilib.
– Xan әmi kimdir? – Mәn soruşdum. 
Atam:
– Qarabağın qәdim havalarını mәharәtlә oxuyan mәşhur Azәrbaycan
xanәndәsi Xan Şuşinski, – deyә cavab verdi.
Könlüm keçir Qarabağdan,   
Gah bu dağdan, gah o dağdan,
Axşamüstü qoy uzaqdan 
Havalansın Xanın sәsi,
Qarabağın şikәstәsi.
1. Hansı şәhәr Qarabağın girişi sayılır?
a) Ağdam
b) Bәrdә
c) Ağdәrә
2. «Xan әmi» kimdir?
3. Azәrbaycanın hansı xalq mahnılarını bilirsәn?
4. Bildiyin xalq mahnılarından birinin mәtnini dәftәrinә köçür.


Yüklə 37,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə