Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə17/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

60
yanan gözlərə» mənim kimi həvəs qəbilindən yox, sevgi və 
məhəbbət  çərçivəsi  qəbilindən  yanaşmağı  bacarırsan.  Bəli, 
Senti, həyatda insanlar müxtəlif hisslərin təsiri altında narahat 
ola bilərlər. Narahatlığa təsir göstərən ən yaxşı hisslər isə yara­
dıcılıq, kiminsə oduna, atəşinə yanmaq, kiməsə bir köməklik 
göstərmək və s. hisslərdir ki, bu hisslərin insana bəxş etdiyi 
narahatlığa dəyər. 
Senti heç də öz həqiqi duyğularını Qrantdan gizlətmədən 
fikirli­fikirli dedi: 
–  Düzdür,  Qrant,  öz  saf  duyğularını  həyata  keçirməyə 
ça lışan  və  bu  səbəbdən  də  narahat  olan  hər  hansı  bir  insan 
xoşbəxtdir, lakin məni narahat edən səbəb bütün bunlardan 
tamamilə fərqlidir. 
– Bəs səni narahat edən səbəb nədir? – deyə Qrant ona ey­
hamla sual verdi. 
–  Məni  narahat  edən  səbəb  Searanın  taleyidir,  Qrant. 
Düşünürəm,  görəsən,  mən  onu  xoşbəxt  edə  biləcəyəmmi? 
Əgər o öz hisslərini mənə etibar etdiyi kimi, bütün varlığını da 
mənə etibar edərsə, mən onun arzuladığı kimi, ürəyi istədiyi 
kimi ər olacağammı? Görəsən, mənim sərvətimin olub­olma­
mağı onu maraqlandırırmı? Əgər maraqlandırırsa, mən yox­
sul olsaydım, o, necə hərəkət edərdi? İnsanı bizim yaşadığımız 
cəmiyyətin ən fəxri üzvü edən pula, görəsən onun münasibəti 
necədir, əgər sərvətə olan kapitalist münasibəti onun ürəyinə 
kök salıbsa, o, bu hissin təsirindən ayrılmağa özündə qüvvətli 
iradə tapa bilərmi? Öz daxili aləmində dönüş yaratmaq onun 
üçün çətin olmazmı? Bəli, Qrant, məni Searanın gələcək taleyi 
narahat edir. Mən bu haqda hələ düşünməliyəm – deyə Senti 
dilləndi. 
Qrant bir yoldaş səmimiliyi anılan yarı ciddi, yarı zarafatla: 


61
– Bəs bütün bunlar haqqında sən düşünməyəndə kim dü­
şünəcəkdir ki? Ancaq elə düşün, elə mühakimə yürüt ki, axır­
da ortalığa bir şey çıxara biləsən. Yoxsa boş­boşuna düşünmək, 
bir kəs üçün əhəmiyyəti olmayan hadisə ilə həd dindən artıq 
maraqlanmaq kimi bir şey olardı – dedi. 
Çöldə artıq payızın sonu olsa da, öz adəti üzrə başqa qışlar­
dan fərqli olaraq cənuba uçub getməyən sərçələrin cikkiltisi 
eşidilirdi. Açıq pəncərədən bayırın bir parçası hər hansı mahir 
rəssamın çəkib çərçivəyə saldığı gözəl bir tablo kimi insanın 
gözlərinin qarşısında canlanırdı. Bu heyrətamiz tablonu, ağac­
ların, payızın yavaş­yavaş soyuyan nəfəsindən qorxub saralan 
yarpaqları daha gözəl və yaraşıqlı edir. Bu tabloda görünən bir 
parça səmada günəşin al şəfəqlərindən müxtəlif – qırmızım­
tıl, çəhrayı, boz­göyümtül rənglərə düşüb insanı valeh edən 
buludları da nəzərdən qaçırmaq olmazdı. Ümumiyyətlə, in­
san hisslərini öz üzərində cəmləşdirməyi bacara bilən təbiətin 
bu  bir  parçasına  Senti  də,  Qrant  da  xəyala  dalaraq  tamaşa 
edirdilər. Xəyal aləminin şirinliyindən, təbiətin seyrindən bi­
rinci Senti öz fikirlərini ayıra bildi. O, yenə də öz fikirlərinin 
üzərinə qayıdaraq: 
– Axır ki, məsələ belədir, Qrant. Nəhayət ki, mən son və 
qəti qərara gələ bildim. Mənim tale ulduzum yalnız Seara ilə 
barışmalıdır. Mən bu yolda hər cürə əzablara, məşəqqətlərə, 
qurbanlara dözməyə hazıram. Təki Seara mənim olsun, Qrant. 
Məni yalnız o xoşbəxt edə bilər, mən yalnız onunla xoşbəxt 
ola bilərəm. Öz hisslərim məni Searanı sevməyə təhrik edir. 
Mən  öz  hisslərimin  hələ  ki,  əsiri  deyiləm,  nə  də  ki,  onların 
əleyhinə olmamışam. Searanı sevsəm də, mən özümdə onun­
la birləşməmək üçün iradə qüvvəsi tapa bilərəm, lakin mən 
özün  gördüyün  kimi,  belə  etmirəm  və  belə  etmək  fikrində 
deyiləm! – deyə gəldiyi qərarı dediyi sözlər ilə bəyan etdirdi. 


62
Qrant  bir  qədər  fikirləşdi.  Sentinin  sözləri  onun  üçün 
gözlənilməz olmasa da, bir qədər təəccüblü göründü. Qrant 
heç də təəccübünü gizlətmədən üzünü Sentiyə tutub dedi: 
– Demək sənin Searaya vurulmağın məharətlə oynadığın 
rol deyil, öz həqiqi hisslərinin təzahürü imiş. O öz sözlərinə 
nədənsə bir qədər ara verdi. Sentinin də, Searanın da surətini 
gözlərinin qarşısında canlandırdı və hələ deyəsən, Sentiyə bir 
balaca qibtə edən kimi oldu. Sonra ciddi və qəti səslə əlavə 
etdi:  –  Mən  indiyədək  sənin  bu  fikirlərini  bir  əyləncə  kimi 
başa düşürdüm. Demək bu sənin həqiqi hisslərin imiş. Elə isə 
yaxşı fikirləşməlisən. Searanı sevmək nə qədər asan olsa da, 
onunla birləşməyin bəzi çətinlikləri də vardır. 
Zaman sanki öz əbədi inkişafından dayanmırdı. Ömürdən 
günlər keçdikcə insanın daxili aləmi, insanın hissləri, psixo­
logiyası  müsbət  mənada  dəyişikliyə  uğrayır;  əgər  o,  saflıq 
üzə rində köklənmişdirsə, hər bir insan öz keçdiyi həyat yo­
luna nəzər salanda, öz keçdiyi həyat yolunda baş verən hər 
bir yadda qalan hadisəni xatırlayanda istər­istəməz öz gələcək 
həyatını da gözlərinin qarşısında canlandırmaq istəyir. Senti 
də belə bir vəziyyətdə idi. O da az­çox öz keçdiyi həyat yolu­
na nəzər salanda gözləri qarşısında öz gələcək həyatını can­
landırmağa çalışırdı. 
Bəşəriyyətin,  cəmiyyətin  gələcək  inkişafı  o  dövrün  bir 
çox  adamları  kimi,  onu  da  düşündürürdü.  Feodalizmdən 
kapitalizmə keçid dövrü, kapitalist həyat şəraiti, kapitalizmdə 
şəxsiyyətlə pulun müqayisəsi, onların həyatda oynadığı rollar 
Sentini düşündürməyə bilməzdi. Bəli, Senti bütün bunları dü­
şünürdü. O öz düşüncələrini, fikirlərini ehtiyac ucundan yenə 
də Qrantla bölməli olurdu. 
Odur ki, öz yeni aldığı kostyumunu geyib diqqətlə nəzərdən 
keçirən Qrantı səslədi: 


63
– Qrant, kostyumunu nə çox diqqətlə nəzərdən keçirirsən? 
Bu onsuz da sənə çox yaraşır və əyninə yaxşı oturur. 
Qrant  yenə  də  üst­başını  nəzərdən  keçirərək,  üz­gözünü 
bir az turşutdu və dedi: 
–  Şərt  onun  mənim  əynimə  oturub­oturmamağında  və 
yaxud  da  mənə  yaraşıb­yaraşmadığında  deyil,  şərt  onun 
indiki  modaya  uyğun  olmasındadır.  Zalım  oğlu  zalım  ma­
lını o qədər təriflədi ki, mən də ağına­bozuna baxmadan al­
dım. İndi baxıb görürəm ki, mühitimizdə geyilən modalarla 
ayaqlaşmayan  bu  kostyumu  geyib  heç  bir  qraf  və  qrafinya 
ilə  sərbəst  söhbət  edə  bilmərəm.  Əks­təqdirdə  onlar  arxada 
mənə lağa qoyar və gülərlər. Bir də mən səriştəsiz geyimimlə 
ali məclisdə də iştirak edə bilmərəm və əgər iştirak etməyə 
səy etsəm belə, bu mənim tərəfimdən həmən məclisə və orada 
iştirak edənlərə qarşı hörmətsizlik olar. 
Senti  ona  bir  səmimi  yoldaş  kimi  müraciət  edərək  öz 
verəcəyi sualla kapitalizm quruluşunda kapitalist sinfinin ti­
pik bir nümayəndəsi kimi Qrantın da fikrini bilmək istədi: 
–  Qrant,  nə  üçün  bizim  cəmiyyətdə  üstün  yeri  dövlət, 
sərvət, pul, geyim­keçim tutur. Şəxsiyyətə, insanın ağlına, ka­
malına o qədər müsbət qiymət verən yoxdur. Əgər müəyyən 
mənada bir işə sərf etmək üçün bol pulun varsa, yaxşı geyinib­
keçinirsənsə, cəmiyyətimizin ən fəxri bir üzvüsən, məclislərdə 
yerin öz paltarına, puluna görə bəlli olur. Müxtəlif xarakter­
li  tanışların,  dostların  sənə  münasibəti  var­dövlətindən  asılı 
olaraq sabitliyini itirir, sərvətin artdıqca dost­tanışın çoxalır, 
azaldıqca azalır. Ancaq şəxsiyyət məsələsinə gəlincə isə bura­
da vəziyyət tamamilə bambaşqadır. Sən təmiz adamsan, heç 
kəsi indiyədək aldatmamısan, heç kəsə bir pislik etməmisən, 
istəməmisən ki, öz xeyrin üçün başqaları ziyanlıq çəksin, bəli, 
istəməmisən. Ancaq nə faydası, bütün bunların müqabilində 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə