Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə19/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

67
düyü kimi də, razı deyil. Fransada hörmətə layiq olan bu şəxs 
qraf Şokdur. O, təxminən dörd il bundan qabaq evlənməsinə 
baxmayaraq, hələ də övladı yox idi. O, Searanın qanuni əri idi. 
Onların ər­arvadlığını yalnız kəbin kağızı təsdiq edə bilərdi. 
Əslində  isə  hər  ikisi  ayrılıqda  müstəqil  həyat  keçirirdi.  Nə 
isə…
Qraf  Şokun  malikanəsi.  Malikanənin  qadınlara  məxsus 
bəzənmiş  otaqlarından  biri.  Qrafinya  Seara  və  onun  bacı­
sı qrafinya Klara söhbət edirlər. Seara bir qədər fikirli görü­
nür. Onun ehtiraslı, lakin indi bir balaca yorğun hiss olunan 
gözlərinin altı torbalanmışdır. Lakin bütün bunlara baxmaya­
raq, onun göyçək üzündə qadınlara məxsus bir cazibədarlıq da 
var idi. Qrafinya Klara da fikirlidir. O, baxışlarını pəncərədən 
çölə  dikərək,  acı­acı  gülümsəyirdi.  Nəhayət  ki,  Klara  bacısı 
Searaya güclə hiss olunacaq istehza ilə dedi: 
– Əzizim Seara, demək sən həyatın, yaşamağın nə demək 
olduğunu indi anlayırsan. İndi hiss edirsən ki, həyatda öz ro­
lunu nə cür oynamaq, nə cür yaşamaq lazımdır, Seara. Sonra 
dərindən ah çəkərək, eyni ahənglə əlavə etdi: 
– Deməli, sevirsən. Ah… Sevmək, sevmək nə böyük hünər, 
nə böyük cəsarət. Sən bu sevginin ucbatından öz sərbəstliyini 
yavaş­yavaş itirdiyini anlayırsanmı? Sən daha əvvəlki Seara 
deyilsən, çox dəyişmisən, bacı. Əvvəllər sən də mənim kimi 
istədiyin,  sənə  zövq  verən  əyləncəni  həyat  keçirməyə  çalı­
şar, hər kişi ilə əylənər, həyatını kefdə­damaqda keçirərdin. 
Yox,  sən  yaman  dəyişmisən,  Seara.  Mən  səni  belə  görmək 
istəməzdim. Mən səni belə görməyə alışmamışam. Bir də ki, 
axı sənin ərin var. Aranızda o qədər xoş münasibət olmasa da, 
onun kimi sərvətli, dövlətli bir kişini əldən buraxmaq olmaz. 
Fikirləşməmisənmi sən Senti ilə evlənsən, gərək qraf Şokdan 


68
boşanasan. Bu isə sənə baha başa gələr, Seara. Bütün bu sevgi 
macərana son qoy. Yoxsa sonra gec olar, Seara. 
Seara bacısını incik nəzərlərlə süzdü. O özünü, öz təmiz saf 
hisslərini təhqir edilmiş kimi hesab edirdi. Odur ki, bacısına 
birdən­birə cavab vermədi. O öz həyəcanını bir qədər yatırma­
ğa çalışırdı. Hiss edirdi ki, indi bacısına cavab versə, nəzakət 
çərçivəsindən kənara çıxa bilər. odur ki, otaqda bir az gəzindi, 
bir xeyli pəncərədən çölə baxdı və sonra brilliant qaşlı platin 
qolbağını qolunda fırlaya­fırlaya sözə başladı: 
–  Məni  bağışla,  Klara.  Məsləhətlərinin  mənə  bir  köməyi 
ola biləcəyinə inanmıram, ürəyim öz sərbəstliyini itirmişdir. 
Lakin heç də bunun üçün narahatlıq keçirmirəm, axı o, Senti 
tərəfindən fəth olunmuşdur. Mən onu sevirəm. Bir kişi kimi 
Sentidə mənə lazım ola biləcək hisslərin hamısını tapmışam. 
Mən  artıq  həyatda  anlamağa  başlayıram  ki,  hal­hazırkı  tut­
duğum yol doğru yoldur. Klara, dövlətin, sərvətin əsiri olub, 
öz məhəbbətini ona­buna satmaqdan çirkin bir iş olmadığını 
indi anlayıram. İndi anlayıram ki, ömrümün bu vaxta qədər 
keçirdiyim hissəsini itirmişəm. Hiss edirəm ki, mənim daxi­
li  aləmimdə  qalan  saf  hisslərdən  ən  güclüsü  məhəbbətdir, 
məhəbbət imiş. İnsanı əyləndirə biləcək hər hansı bir pak ol­
mayan hissi həyata keçirməyə çalışmaq insanı uçuruma yu­
varlayır,  onu  insanlıqdan,  insani  hisslərdən  tamamilə  uzaq­
laşdırır.  Bacı,  bax  bu  vaxta  kimi  mən  də  sənin  kimi  özümü 
əyləndirə biləcək hissləri həyata keçirməyə çalışırdım. Lakin 
indi  bu  hisslər  tamamilə  mənə  yaddır.  Sentiyə  olan  sonsuz 
məhəbbətim  məni  tutduğum  yoldan  çəkindirdi.  Bəlkə  də 
indi  bu  məhəbbət  olmasaydı,  həyat  məni  əbədilik  özündən 
bezikdirəcəkdi.  Bax  bu  hiss  məni  yenidən  həyata  qaytardı. 
Yaxşı ki, məhəbbət hər hansı bir şəkildə bütün canlılara bəxş 
olur, yoxsa həyat viranələşərdi. 


69
Onun son sözləri Klaranı düşünməyə məcbur etdi. Demək, 
Seara  Sentiyə  olan  məhəbbəti  ilə  özünü  xoşbəxt  hiss  edir. 
Öz  tutduğu  yeni  yoldan  dönmək  istəmir  və  özündən,  öz 
həyatından artıq razıdır. Nəticədə o, Senti ilə evlənəcəkdir və 
bununla da yeni bir ailənin təməlini qoyacaqdır. Əvəzində isə 
öz sərbəstliyini və ərindən boşanarsa, var­dövlətini itirəcəkdir. 
Yox, mən belə bir ideyanı düzgün saymıram. Pulsuz, sərvətsiz 
bir  insan  özünü  xoşbəxt  saya  bilərmi?  Bu,  mənim  fikrimcə, 
heç  cürə  mümkün  olan  iş  deyil.  Bütün  bunları  xəyalından 
keçirdikdən sonra öz düşüncələrindən ayrılan Klara nəhayət 
ki, dilləndi: 
– Sən Sentinin varlı olub­olmaması məlumdurmu? Bəlkə o, 
bir dəst geyimə mənsub olan yoxsul fırıldaqçı bir kişidir. Sənə 
yaxınlaşmaqda  məqsədi  ola  bilsin  ki,  bir  az  var­dövlət  ələ 
keçirməkdir. Onun da səni sevdiyinə əminsənmi? Ola bilər ki, 
o, sonradan öz tutduğu mövqe ilə sənin bütün hisslərini təhqir 
edər, bütün hisslərini alt­üst edər. Sən bütün bunlar barədə 
fikirləşmisənmi? Fikirləşmisənmi, o səni ələ sala bilər, aldada 
bilər. Sən də ki, onun dediklərinə bir uşaq sadəliyi ilə inanır­
san. İnanırsan, hətta məni də inandırmağa çalışırsan ki, Senti 
səni həddindən artıq çox sevir və o öz sevgisində sənə qarşı 
heç bir sünilik etmir. İnsanın daxili aləmi çox mürəkkəbdir. 
Hər  bir  insana  yaxınlıq  edərkən,  onun  daxili  aləmindəki 
mürəkkəbliyi özün üçün aradan qaldırmağa çalışarkən unut­
mamalısan ki, bu nə bir neçə günün, nə də bir neçə həftənin 
işidir. Yalnız uzun müddətli yaxınlıqdan sonra hər bir insanın 
daxili aləminə bir qədər bələd olmaq olar. Sən isə Sentini bir 
dəfə  görməklə  ona  vurulmusan,  hələ  üstəlik,  onun  da  sənə 
vurulduğunu  etiraf  edirsən.  Təki  bütün  hadisələrin  gedişi 
sənin düşündüklərin kimi olaydı, bacı. Ancaq hər halda sən 
əməlli­başlı fikirləşməlisən. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə