Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə27/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

91
sədd  təşkil  edir.  Ölüb  həyatla  təmasdan  birdəfəlik  qurtul­
maqdansa, yaşayıb sevdiyinin hicranından əzab çəkməkdən 
həzz almaq mənim hal­hazırkı şəraitdə ən ali məqsədimdir, 
Şeyda. 
Öz  xanımının  dediklərini  gərginliklə  dinləyən  Şeyda  Fri­
danın keçirdiyi bütün daxili həyəcanları duyur, onun halına 
ürəkdən acıyırdı. Qarşısında durmuş qadının çuxura düşmüş 
gözlərindən  oxunan  kədər  onu  qüssələndirməyə  bilməzdi. 
Əgər insan öz daxili hisslərini bir məqsəd uğrunda cəmləndirə 
bilərsə, onda həyatın ən ağır sınaqlarına dözməyə qadir iradə 
qüvvəsi yarana bilər. Seyr etdiyi xarici aləmin qəlbində əksi 
nəticəsində  keçirdiyi  hisslər  Şeydanı  da  buna  inandırmağa 
məcbur edirdi. O, başa düşürdü ki, zərif bir çiçək payız qı­
rovundan qovrulduğu kimi, Fridanın da çiçəkdən incə qəlbi 
həsrətdən qovrulur. O başa düşürdü ki, hicran onu daxilən 
odlayıb yandıra biləcək qədər qüvvəyə malikdir. İnsanın da­
xilən  çəkdiyi  əzab  cismən  ona  verilən  əzablardan  işgəncəli 
olduğu kimi, bütün varlığı ilə duyulan hicran da cismən diri­
diri yanmaqdan dəfələrlə dəhşətlidir. 
Şeyda bütün bunları ən xırda incəliklərinə qədər anlayırdı 
və xanımının da bu halda olduğunu başa düşürdü. O, başa 
düşürdü ki, Fridanı heç kəs təhqir etməmişdir. Heç kəs onun 
bəzi  yelbeyin  qadınların  etdiyi  əxlaqi  naqisliklər  üçün  gü­
nahkarlandıra  bilməz.  Frida  qəlbən  saf  olduğu  kimi,  əxlaqi 
cəhətdən  də  pak  və  təmiz  idi.  O,  istəsəydi  kübar  bir  şəxsin 
nazlı  bir  xanımı  da  ola  bilərdi.  Əlbəttə,  bu  onun  milyonları 
sayəsində başa gələrdi, lakin Frida bunu istəmirdi. Axı, o, Sen­
tini sevirdi. Bütün bu fikirlər axınını ürəyindən keçirən Şeyda, 
nəhayət ki, öz düşüncələrindən ayrıldı və Fridaya müraciətlə 
dedi: 


92
–  İnsan  özünün  tale  tərəfindən  nə  qədər  əzaba  məhkum 
edildiyini başa düşmüş olsa da, öz gələcəyinə yenə də inam 
hissi ilə baxmalıdır. Bütün canlılar içərisində ən ali varlıq olan 
insanın öz ömür payından tam istifadə etməsinə imkan verən 
də elə bu hissin nəticəsində yaranan qüvvədir. Xanımım, siz 
də öz gələcəyiniz üçün belə bir qüvvə yaradın və bu qüvvədən 
istifadə etməyə çalışın. 
Şeydanın onun halına ürəkdən yandığını başa düşən Fri­
da  susmuşdu.  O,  bu  iltifat  üçün  Şeydaya  nə  cürə  təşəkkür 
edəcəyini  bilmirdi.  O  başa  düşürdü  ki,  düzgün  verilən 
məsləhət bəzən insan həyatında əsaslı dönüş yaradır və əgər 
həmən insanın tutduğu yol yanlışsa, bu yolun bütün gələcək 
nəticələrini onun gözləri qarşısında canlandıra bilər. Elə ona 
görə  də  Frida  susmuşdu  və  indiyə  qədər  keçirmiş  olduğu 
həyat  yoluna  bir  daha  nəzər  saldı.  İndi  başa  düşdü  ki,  mo­
nastıra gəlib düşməyi onun adicə səhvindən başqa bir şey de­
yildir. O öz sevdiyinin hicranına öz evində də dözə bilər və 
bəlkə də Parisdə Sentini də ona görünməmək şərti ilə hərdən 
görmək mümkün olardı. Bu onun üçün daha xoş olar və öz 
sevdiyinə də heç olmasa kənardan­kənara baxmaqla ürəyini 
bir  qədər  sakitləşdirə  bilərdi.  Bu  düşüncələri  keçirən  Frida 
daxilən  ürəyindən  keçənləri  Şeydaya  da  bildirmək  və  onun 
da bu işə münasibətini bildirmək üçün dedi: 
– Məni daha düzgün yola dəvət etdiyiniz üçün sizə min­
nətdaram, Şeyda. Sənin son sözlərindən sonra məndə indi ya­
şadığımız şəraitə qarşı əks duyğular yaranmışdır, Şeyda. Ar­
tıq monastıra gəlməyimin düzgün olmayan bir hərəkət oldu­
ğunu anlayıram. Anlayıram ki, özünü belə bir şəraitdə yaşa­
mağa məcbur etmək nə dərəcədə səhv imiş. Biz buradan yenə 
də Parisə Sentinin yaşadığı şəhərə qayıtmalıyıq. Bütün bun­
ları dinləyərkən mənim Sentiyə olan məhəbbətimin azaldığı­


93
nı hiss etməyin. Bəlkə də elə məni Parisə çəkib aparan da elə 
Sentiyə  olan  sonsuz  məhəbbətimdir.  Monastırda  dünyadan 
demək olar ki, təcrid olunmuş halda yaşamaqdansa, Parisdə 
bəlkə də Sentini görə biləcəyimə ümid bəsləməklə yaşamaq 
daha yaxşıdır. Ancaq biz Parisə qayıdarkən elə etməliyik ki, 
Senti bundan xəbər tutmasın. Mən özüm də onu kənardan­
kənara  görməyə  çalışacağam  ki,  bəlkə  hərdənbir  bu  görüşə 
ümid bəsləməklə ürəyim bir qədər sakitləşə. 
Şeydanın onun dediklərindən daxilən nə qədər sevindiyini 
və onun fikrinə şərik olduğunu hər bir diqqətli şəxs asanlıqla 
təyin edə bilərdi. Xanımının onun dediyi sözlərə belə müsbət 
münasibətlə  yanaşması,  əlbəttə  ki,  Şeydanı  şadlandırma­
ya  bilməzdi.  O,  Fridanın  hərəkətlərində  edəcəyi  dəyişikliyə 
tamamilə şərik olduğunu bildirərək dedi: 
– Mən sizin belə hərəkət etməyinizə çox şad olardım, xa­
nımım.  Əlbəttə  ki,  Parisdə  yaşamaq  sizin  üçün  hər  barədə 
daha sərfəli olardı. Özünüz demişkən, həm orada öz sevdi­
yinizi kənardan da olsa görmək sizə müyəssər olardı, həm də 
ki,  monastır  şəraitində  bizdə  yaranmağa  başlayan  həyatdan 
küskünlük  və  ruhi  sarsıntılar  əlamətlərinə  son  qoyardı.  Öz 
həyatından  küsən  insan  öz  tutduğu  yolun  doğruluğuna  nə 
qədər  özünü  inandırmağa  çalışsa  da,  bu  yol  doğru  deyil­
dir.  Monastırda  yaşayanların  əksəriyyətinin  tutduğu  yol  isə 
belədir.  Bütün  bunları  nəzərə  alaraq,  Parisə  qayıtmaq  daha 
yaxşı olardı. 
– Mən artıq belə qərara gəlmişəm, – deyə Frida nəzakətlə 
dilləndi. Lakin biz orada öz əvvəlki malikanəmizə qayıtmama­
lıyıq. Mən istəmirəm ki, Senti bizim Parisdə yaşadığımızdan 
xəbər  tutsun.  Monastıra  gəlməmişdən  əvvəl  ona  Fransadan 
çox­çox uzaqlarda yerləşən bir monastıra gedəcəyimi dedim, 
təkidlərindən asılı olmayaraq, getməyimin səbəbini də ondan 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə