Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə29/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

97
həyat  bəzən  insanla  həddindən  artıq  sərt  rəftar  edir.  Lakin 
artıq mənə həyatın bəzi sərt cığırları ilə irəliləmək müyəssər 
olmuşdur.  Bu  mənim  dünya  görüşümə  də,  həyata,  insan­
lara  baxışıma  da  böyük  təsir  etmişdir,  Şeyda.  İnsan  həyatın 
nə  qədər  enişli­yoxuşlu  yolları  ilə  hərəkət  edərsə,  o  qədər 
möhkəmlənər və mətinləşər. Həyatın belə bir rəftarı insanda 
özünə  qarşı  mübariz  bir  əhvali­ruhiyyə  yaratmışdır.  Həyat 
məni də möhkəm sıxmış və mübariz olmağa səsləmişdir. La­
kin mən heç də günahkar deyiləm. Mən günahsız müqəssir 
idim. Mən özümü ancaq bir şeydə günahlandıra bilərdim ki, 
könlümün cilovunu vaxtında yığmamış, onu Sentiyə əmanət 
vermişdim.  Məsum,  təmiz,  saf  hisslərimi  boğmamış,  onu 
Sentiyə əmanət vermişdim. Sevib­sevilməyə haqqı olan bütün 
insanlar  kimi,  mən  də  sevmişdim.  Budurmu  mənim  güna­
hım? Budurmu mənim hicranla, həsrətlə cəzalanmağıma isti­
nad edən dəlil. Yox, mən günahkar deyiləm, Şeyda. Heç vaxt 
da özüm­özümü bir günahkar kimi də günahlandırmamışam. 
Buna mənim haqqım da yoxdur. Senti mənə qarşı biganə olsa 
da,  başqa  qadınla  görüşsə  də,  başqa  qadını  sevsə  də,  yenə 
də mən onu sevirəm. Bu sevgi yalnız öz yandırıcı hicranı və 
həsrəti  ilə  mənim  ürəyimin  dərinliklərində  qalacaq  bir  baş­
lanğıc və sondur. Mən öz məhəbbətimdən doğan hicranı bu 
dünyanın hər cürə nəşəsindən üstün tuturam. İnsanın daxilən 
ehtiyac duyğusu hər hansı bir hissi yaşamaq onun üçün ən 
böyük  nəşədir.  İnsan  həm  də  daxilən  ehtiyacı  olduğu  hissi 
yaşamaqla mübarizləşir və həyata inamı daha da artır. İndi 
hal­hazırkı həyat şəraitində mən də belə bir vəziyyətdəyəm, 
Şeyda. Bəzən aldadıcı bir hisslə mənə daxilən rahatlıq verən 
hisslər yaransa da tez də yox olub gedir. Elə bir tutarlı dəlilə 
istinad etməyən boş­boş sözlər kimi. 


98
Şeyda  nəzakətlə  onu  dinləyirdi.  O,  artıq  görüşdükləri 
müddət  ərzində  psixologiyasına  dərindən  bələd  olduğu  xa­
nımının bütün daxili iztirablarını duyurdu. O, başa düşürdü 
ki, məhəbbətin müqəddəsliyini öz pak və təmiz hərəkətləriylə 
əyani surətdə göstərən bir kəs üçün, məhəbbətin yalnız hicran 
və həsrətindən həzz almaq özü də bir xoşbəxtlikdir. Fridanın 
tutduğu yolun da belə bir yol olması artıq ona aydın idi. Odur 
ki, nəzakət çərçivəsi daxilində könülə yatan bir səslə dedi: 
– Mənim saf qəlbli və gözəl xanımım, məhəbbət hissi dünya­
da ən ulu hisslərdən biri olduğu kimi, təmizlik meyarı kimi də 
şöhrət qazanmışdır. Bütün canlılar arasında xoş münasibətlər 
yaradan məhəbbət hissi, canlıların ən alisi arasında da öz ro­
lunu məharətlə oynayır və insanları təmizliyə, inama, etibara, 
sədaqətə səsləyir. Dünyanın ən xoşbəxt bir üzvü kimi siz fəxr 
etməlisiniz ki, məhəbbətin yaratdığı işgəncələrə mübtəla ol­
musunuz və bu işgəncələrin daxilində yaratdığı fırtınalardan 
həzz alırsınız. 
Öz  daxili  aləminə  qapılmış  Frida  bütün  bu  deyilənləri 
mexaniki surətdə qavrayırdı. O öz düşüncələrinə dalmışdı və 
düşündükcə də bir bakirə və pak qız kimi indiyə qədər keç­
diyi həyat yolu gözləri qarşısında canlanırdı. Nəhayət ki, öz 
daxili düşüncələrindən ayrılan Frida hiss olunacaq bir kədərlə 
dedi: 
– Həyat mənə yaşamaq üçün bir insan ömrü bəxş etmişdir, 
lakin özüm də hiss etmədən bir ömürdə iki ömür yaşayıram. 
Yaşadığımız, üzərində həyat sürdüyümüz dünyadakı ömrüm 
və öz ürəyimin dərinliklərində xəyalən yaratdığım dünyada 
Senti ilə birgə yaşadığım ömür. Bəli, mən bir ömürdə iki ömür 
yaşayıram, Şeyda. Bu mənim üçün həm bədbəxtlikdir, həm də 
xoşbəxtlik. Bədbəxtəm ona görə ki, dünyamızda zahid kimi 
ömür edirəm, xoşbəxtəm ona görə ki, öz xəyallarım vasitəsiylə 


99
yaratdığım  ürək  dünyamda  Senti  ilə  birlikdə  yaşayıram  və 
özümü dünyanın ən xoşbəxt bir yaranışı hesab edirəm. Do­
ğurdan da, əsl hissə qapılan insan üçün gözləri qarşısında can­
lanan xəyal özü də bir həqiqətdir. Mən bunu dumanlı şəkildə 
olsa da, dərk edirəm. Dərk edirəm ki, doğurdan da, Senti ilə 
birlikdə yaşamaq hissini xəyalən yaşamışam və bu bir həqiqət 
kimi,  mənim  ürəyimin  xatirələr  yaşayan  hissəsində  özünə 
yer tapmışdır. Doğurdan da, insan psixologiyası, onun daxili 
hisslərinin inkişafı nə qədər perspektivli və geniş bir dairəni 
əhatə edir. Bəli, bəşəriyyət onu yaradan ən ali varlıq olan in­
sanla fəxr etməyə haqlıdır. Biz də insan cəmiyyətinin bir üzvü 
kimi  dünyada  varlığımızdan  heç  də  usanmamalıyıq.  Həyat 
insana faydalı, vicdanı qarşısında hərəkətləri üçün cavabdeh 
olmağa ağıl, şüur vermişdir. Bu ağlldan istifadə etməklə, in­
san öz insanlığını sübut edə bilər, istifadə etməməklə isə insan 
özünü hörmətdən sala bilər. Bəli, mən bütün bunları anlayı­
ram və hiss edirəm ki, həyatımdan narazılıq etməkdə heç də 
haqlı deyiləm və belə də olmalıdır. İnsan insan kimi dünyaya 
gəlmişsə, o, həyatda insan kimi yaşamalıdır və həyatı insan 
cəmiyyətinin xeyrinə yaxşılığa doğru dəyişdirməyə çalışma­
lıdır. Bəşəriyyət belə insanlarla fəxr etdiyi kimi, belə hərəkət 
edən  insanlar  da  öz  əməlləriylə  fəxr  etməlidirlər.  Şeyda, 
həyatda yaşamaq heç də asan deyildir, lakin yaşamaq üçün 
öz yaxşı yaşayışını təmin edən qüvvəni tapmaq mümkündür 
və bu, insanın öz bacarığından asılıdır. Həyat heç də insanla­
rı irəliləcədən müxtəlif təbəqələrə bölməmişdir. Kimin varlı, 
kimin yoxsul olması ta ibtidai icma quruluşunun axırlarında 
əmək məhsuldarlığının artması ilə meydana çıxsa da, bunun 
səbəbi  heç  də  əmək  məhsuldarlığının  artmasında  deyil,  hər 
kəsin  öz  şəxsi  mənafeyini  güdməsindən  irəli  gəlmişdir.  Nə 
isə... İnsanlar arasında belə bir bərabərsizliyin hökm sürdü­


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə