Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə37/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

121
sevdiyin şəxs həyatda yaşayır və özü də səninlə bir şəhərdə. 
Bəli,  Frida  bütün  bunları  duyurdu,  anlayırdı  ki,  illərdən 
bəri  qovuşmaq  üçün  həsrətini  çəkdiyi  varlıq  ona  yaxındır 
və əgər arada heç bir maneə olmazdısa onlar çoxdan bir­bi­
ri  ilə  qovuşa  bilərdilər.  Bu  fikirləri  ürəyindən  keçirən  Frida 
Searanın onların birləşməyinə maneə olduğunu düşündüyü 
üçün sifətinə qızartı çökdüyünü hiss etdi. Hiss etdi ki, bilə­
bilə həyatda başqa birisini alçaltmaq istəmək adamın özünə 
belə nə dərəcədə mənfi təsir göstərərmiş, onu öz vicdanı qar­
şısında nə dərəcədə xəcalətli edərmiş. Ona görə də Frida öz 
xəyalında Searanı onların birləşməyi üçün maneə yox, Senti­
nin nəzərini özündən daha artıq cəlb edən bir qız kimi canlan­
dırdı. Bununla da, o öz qəlbində Searaya qarşı qibtə hissinin 
baş qaldırdığını, oyandığını duydu. Lakin onu da hiss etdi ki
artıq sifətindən qızartılıq əlaməti çəkilib getmişdir və o özü­
nü indi son dərəcə sakit və mənəvi cəhətdən rahat hiss edir. 
Bunun da, bu dəyişikliyin də öz vicdanı qarşısında, bəli, kiçik 
də olsa öz qəbahətini etiraf etdiyinə görə yarandığını hiss etdi. 
Hiss  etdi  ki,  insan  həyat  xronikasının  saflığını  və  paklığını 
istəyirsə, hökmən öz vicdanının qarşısında tutduğu işlər üçün 
hesabat  verməlidir.  Əgər  kim  belə  etmirsə,  onun  içərisində 
narahatlıq, hiylə və şübhə yurd salaraq daim didişir və ağacı 
qurd öz içərisindən yediyi kimi, bu şübhə və didişmələr də 
həmən şəxsi öz içərisindən yeyib dağıdır və onun vaxtından 
əvvəl məhv olmasına şərait yaradır. Bəli, bu belə də olmalıdır. 
Zaman hadisələrin hansı istiqamətdə getməyindən asılı olma­
yaraq inkişafda olduğu kimi, insanlar da tutduğu əməllərdən 
asılı olmayaraq həyata yaşamaq üçün gəlmişlər, lakin zaman 
pis və yaxşı hadisələr yığınından ibarət olan tarixlər toplusu­
na çevrildiyi kimi, insanlar da mənəvi cəhətdən pis və yax­
şı  adamlar  qrupuna  ayrılırlar.  Bütün  bunları  anlayan  Frida 


122
nəzərləri ilə Şeydanın yanaqlarını oxşayaraq, əksər qadınlara 
məxsus həlim və incə səslə dedi: 
– Şeyda, həyata baxıram, bir axın kimi, daim dayanmadan 
inkişafda olan həyat öz şirin və ruh oxşar aldadıcılığı ilə bizim 
uşaqlığımızı əlimizdən aldığı kimi, gəncliyimizi də əlimizdən 
almaq iqtidarına malikdir. Bəli, bu labüddür. Gec­tez biz öz 
gəncliyimizi də itirəcəyik. Bunlar öz yerində. Ümumiyyətlə, 
bizim  şüurumuzdan  asılı  olmayaraq  mövcud  olan  bütün 
varlıqlar  həyatda  öz  funksiyasını  yerinə  yetirməlidir.  La­
kin məni maraqlandıran məsələnin bu cəhəti deyildir. Bəlkə 
yadında ola, əvvəllər də sənə demişdim, sən öz həyatını is­
tə diyin  kimi  qura  bilərsən,  Şeyda.  Mən  sənə  bütün  mad­
di  köməklikləri  də  edərəm. Axı,  sən  gəncsən.  Öz  gəncliyini 
nə  üçün  mənə  qurban  verirsən.  Mənə  bu  qədər  yaxın  olan, 
öz  ürək  sirlərimi  özününkü  hesab  edən  bir  varlığı  xoşbəxt 
görmək heç anlayırsanmı ki, mənim üçün nə qədər yaxşı olar, 
Şeyda. Fikirləşməyə, düşünməyə dəyməz, sən öz həyat tərzini 
bütünlüklə dəyişməlisən. Sənin də taleyin mənimkinə bənzər 
olmamalıdır. Dünyanın ən təmiz adamı, birinci növbədə, tut­
duğu  əməllərin  nəticəsinə  görə  daxilən  narahat  olmamalı­
dır. Sən heç kəsə hiss etdirməsən də belə bir narahatlıq sənin 
daxilində vardır, lakin bu narahatlıq heç də sənin təmizliyinə 
xələl gətirən narahatlıq deyildir. Sən bu narahatlığa ürəyinin 
hökmü ilə ailə həyatı qurmaqla son qoymalısan, Şeyda. Belə 
olan təqdirdə hər ikimiz üçün sərfəli olan bir işi görmüş ola­
rıq. Mənim üçün sərfəli olar ona görə ki, ən yaxın həmdəmim 
öz rütbəsini bir pillə də artırmış olar. Sənin üçün isə ona görə 
sərfəli olar ki, öz istəyincə rütbən bir pillə artar. Qayğıların, 
əlbəttə  ki,  həmişə  hər  bir  kəsin  arzuladığı  qayğıların:  uşaq 
böyütmək qayğısı, ər və ilaxır qayğıların artmış olar. Şeyda, 


123
sən  belə  hərəkət  etməlisən.  Əks­təqdirdə,  hər  ikimiz  üçün 
daha darıxdırıcı anların bünövrəsini qoymuş olarsan. 
Araya bir müddət sükut çökdü. Sanki zamanın daim irəliyə 
doğru  hərəkət  edən  inkişafı  da  bu  sakitliklə  birgə  dayandı. 
Düzdür, onların hər ikisinin yaşanmış ömürlərinin üstünə bu 
araya çökmüş sakitlik müddətində keçən bir neçə an da əlavə 
olundu, lakin onlar hər ikisi bu bir neçə anı necə yaşadıqlarını 
hiss etmədilər və ömürləri boyu da xatırlaya bilməyəcəklər. 
Lakin  faktiki  olaraq  bu  bir  an  artıq  yaşandı.  Bəzən  insan 
həyatında  elə  anlar  olur  ki,  o  anları  yaşamaqla  yaşamamaq 
arasındakı fərq heç də insan üçün o qədər də əhəmiyyətli ol­
mur. İndi Frida ilə Şeyda da, bu vəziyyətdə idilər. Nə isə yenə 
də  araya  çökmüş  sakitliyi  Şeydanın  bir  az  dalğın  və  fikirli 
səsi pozdu. O, heç də nəzakət çərçivəsindən kənara çıxmadan 
dilləndi: 
– Xanımım, birinci növbədə, sizə minnətdar olmalıyam ki, 
öz  qayğıkeşliyinizi  məndən  əsirgəmirsiniz.  Özünüz  daxilən 
nə  qədər  qayğılı  olsanız  da  mənim  də  gələcək  həyatımı, 
gələcək inkişafımı düşünməyə vaxt tapırsınız. Əlbəttə ki, bu 
sizin alicənablığınızdan irəli gələn bir davranışdır. Lakin si­
zin bütün bu dediklərinizlə birlikdə yeni ailə həyatı qurmaq 
üçün  həyat  nə  qədər  şirin  olsa  da,  zaman  nə  qədər  sürətlə 
gəncliyimizdən qəlpə­qəlpə qoparsa da, mən yenə də səninlə 
bir yerdə olmaq istəyirəm, xanımım. Biz ürək sirlərimizlə bir­
birimizin  ürəyində  o  zaman  yaxın  qonşu  ola  bilərik  ki,  hər 
ikimiz ailə həyatının şirinliyini duyaq, onun istisinə qızınaq. 
Heç də məni öz fikirlərimdən daşındırmaq, döndərmək üçün 
vasitələr  axtarmayın,  xanımım.  Bu  mənim  qəti  fikrimdir. 
İcazənizlə mən arzu olunan vaxtadək sizinlə bir yerdə qalmaq 
şərəfinə nəsib olardım, xanımım. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə