Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə33/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

109
etməmişlər. Bütün bunları nəzərə alıb öz işlərimizi elə qurma­
lıyıq ki, biz də belə bir hədəfə çevrilməyək. 
Frida  fikirli  idi.  Onun  dalğınlıq  ifadə  edən  gözləri  daxi­
li  hisslərini  də  əks  etdirirdi.  Çəkdiyi  hicran  əzablarından 
bənizi bir qədər solğun idi. Lakin bu solğunluq ona xüsusi bir 
gözəllik verirdi. O, bağçadakı budaqları çılpaqlaşmış ağacları, 
qayğısız­qayğısız uçuşan quşları seyr etdikcə ürəyi daha da 
sıxılırdı. Belə bir acınacaqlı vəziyyətə düşən Frida nəhayət ki, 
dilləndi: 
– Şeyda, artıq məndə həyatın sərt və amansız rəftarına qar­
şı dözmək iqtidarı qalmamışdır. Əgər vəziyyət olduğu kimi 
qa larsa,  mən  dəli  olacağam,  Şeyda.  Həyat  insanla  nə  qədər 
amansız  rəftar  edərmiş?  İnsan  nə  qədər  əzaba,  işgəncəyə 
dözər miş.  Bütün  bunların  bir  sonu  olmayacaqmı?  Yox… 
yox… artıq məndə belə bir yaşayışa qarşı dözüm qalmamış­
dır.  Mənim  sədaqətli  rəfiqəm,  məndən  ayrılma.  Lap  ağlımı 
itirsəm də, xəstələnsəm də, sağlam olsam da. Mənə bir həm­
dəm, həmdərd lazımdır. Belə bir rolu isə mənim üçün yalnız 
sən oynaya bilərsən, Şeyda. 
Şeyda bir qədər düşüncəli halda Fridaya baxdı, onun gərgin 
psixi vəziyyət keçirdiyini başa düşdü. Odur ki, sakit və həlim 
səslə onu sakitləşdirməyə, könlünü almağa çalışaraq dedi: 
– Bu nə sözdür, mənim xanımım? Əgər mən ömrüm boyu 
səndən ayrılaramsa, qoy göylər mənə qənim olsun. Əgər yeri 
gələrsə, mən sənintək xoşrəftar və safqəlbli bir xanımın yolun­
da öz canımı belə verməyə hazıram. Sonra göylərə nəzər salıb, 
bir qədər həyəcanlı səslə dilləndi: – Hava da yaman qaralıb, 
xanımım. Ola bilsin ki, yağış yağsın. Artıq bağda dayanmaq 
olmaz.  Bir  qədər  soyumuş  hava  sizi  xəstələndirə  bilər.  Yax­
şısı budur ki, evə gedək və bir qədər nahar edib rahatlanaq. 


110
Onun qayğıkeşliyindən və bir qədər mərhəm münasibətindən 
sakitləşmiş Frida: 
– Yaxşı, sən deyən olsun – deyə səsləndi. Bir neçə dəqiqədən 
sonra  isə  onlar  kirəmitini  yağış  döyəcləyən  evin  içərisində 
idilər. 
***
Qış fəslinin girməsi özünü göstərdi. Hər tərəfə yağan qar 
bənizi  qaçmış  bir  gözəl  kimi  ruhu  oxşayırdı.  Dünya  bahar­
da çiçəklənmiş alça ağacı kimi ağarmışdı. Yağan qar təbiətə 
təmizlik  gətirdiyi  kimi,  insanları  da  paklığa,  təmizliyə 
səsləyirdi. Hava buludlu olduğundan o qədər də soyuq deyil­
di. Lakin deyəsən, yem tapmadığı üçün cikkildəşən sərçələrin 
səsi,  qar…r…qar…r  edərək  qarıldayan  qarğalar,  bir  də  ki, 
buludlu  qaramtıl  havanın  görünüşü  adamı  üşüdürdü.  Get­
gedə üst­üstə qalandığından ağacın budaqlarından lopa­lopa 
düşən qar əsl qış təbiətinin gözəl bir mənzərəsi kimi adamın 
diqqətini özünə cəlb etməyə məcbur edirdi. Öz gəlinlik liba­
sını  geymiş  təbiət,  isti  otaqlardan  çıxıb  ətrafı  xumar­xumar 
seyr  edən  baxışlar  altında  nazlı  bir  xanım  kimi  cilvələnirdi. 
Ümumiyyətlə,  həyat  inkişafda  idi.  Həyatın  bir  parçasını 
özündə  əks  etdirən  Paris  şəhəri  də  öz  görünüşü  ilə  ümumi 
inkişafdan geri qalmağa çalışırdı. 
Təbiətin belə bir fəslində Frida ilə Şeyda şirin­şirin söhbət 
edirdilər.  Zamanın  irəliyə  doğru  inkişafı  sanki  onları  daha 
da yaxınlaşdırıb mehribanlaşdırmışdı. Onların hər ikisi xalis 
yundan qalın qış paltarı geymişdilər. Yaşıl, qırmızı boyalarla 
naxışlanmış yun başlıq isə Fridanı daha da gözəl göstərirdi. 
İnsanın daxili saflığı üçün ağıl və kamal birinci şərtdirsə, za­
hiri görkəm üçün geyimin də rolu böyükdür. İndi hal­hazırkı 


111
bu görünüşdə də Fridanın daxili saflığı ilə zahiri görkəmi bir 
eynilik təşkil edirdi. Təbiətin zərif bir məxluqu olan Frida, do­
ğurdan da, çiçək kimi pak və təmiz idi. Ancaq həyatın işləri, 
doğurdan da, təəccüblüdür. Özünün yaratdığı belə gözəl bir 
məxluqu o, daxilən vüsal həsrətindən alışdırıb yandırırdı. 
Onların, yəni bu iki rəfiqənin Parisə köçdükləri yarım ildən 
artıq idi, lakin Frida bu yarım ildə bir dəfə də olsun kənardan­
kənara da olsa Sentini görə bilməmişdi. Bu isə əlbəttə ki, ona 
pərişanlıqla yanaşı, daxili bir əzab da bəxş etməmiş olmazdı. 
Düzdür, o, tez­tez də olsa Şeydanın vasitəsi ilə müxtəlif ka­
nallarla Sentidən, onun həyati fəaliyyətindən xəbər tuturdu. 
Lakin  bu  sevən  qəlb  üçün  o  qədər  də  qibtə  ediləcək  böyük 
müvəffəqiyyət deyildi. Bu belə də olmalı idi. Kibrit çınqısın­
dan göy guruldamadığı kimi, kiçik müvəffəqiyyətlərlə də bö­
yük  arzulara  ümid  bəsləmək  bir  növ  ağlsızlıq  olardı.  Lakin 
Frida hadisələrin bu cür inkişafına və bütün bunlara dözür­
dü. O, dözməyə məcbur idi. Nə etmək olardı. Tale tərəfindən 
bəxş olunan hər cürə işgəncəyə qarşı mübarizə aparmaq üçün 
özündə qüvvə tapmaq böyük hünər sahiblərinin işidir. Belə 
hünər sahibi olmaq üçün isə öz daxili hisslərin üzərində hökm 
etməyi bacarmaq lazımdır. Frida isə öz daxili hissləri üzərində 
hökm  etməyi  bacarırdı.  Senti  ilə  görüşməmək  məsələsinə 
gəlincə  isə  Frida  özü  hadisələrin  bu  cürə  cərəyan  etməsini 
istəyirdi. Onun Parisdə yaşamasını Senti nə qədər bilməsəydi, 
o qədər yaxşı idi. Axı, o istəyirdi ki, sevgi üçün qəlbindən qo­
pan ahların yaxınlığını Senti hiss etməsin. Bəli, Frida məhz belə 
istəyirdi. O öz səadətinin yaxınlığını nə qədər duysa da ondan 
istifadə etməyə, yaxında olduğunu Sentiyə bildirməməyə ça­
lışırdı. Bəli, bu Frida üçün əsl bir insana məxsus hərəkət tərzi 
idi. Nə isə… söhbət yenə də onları düşündürən və maraqlan­
dıran məsələlər ətrafında gedirdi: 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə