Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə31/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

103
nakamlığını duyuram, Şeyda. Lakin bu məhəbbətin nakam­
lığı da mənim üçün xoşdur. Vüsalına qovuşa bilmədiyim və 
bəlkə də, qovuşulması artıq mümkün olmayan Sentinin hic­
ranına dözmək mənim üçün toy­bayramdır. Mən onun hicra­
nından, həsrətindən yana­yana həzz alıram. Şeyda, indi gör 
hər bir insana ən xoş bir hiss kimi tale tərəfindən bəxş olunan 
məhəbbət hissi mənim üçün hicranı, həsrəti ilə bu qədər şi­
rin olduğu halda, gör vüsalı ilə nə qədər məstedici və şirin 
olardı. Amma heyf ki, tale mənə məhəbbətin hicranlı şərbətini 
içməkdən böyük xoşbəxtliyə layiq görməmişdir. Lakin heç ol­
masa belə bir məhəbbət hissini yaşayıram və onun hicranı ilə 
həzz alıram. Amma əlbəttə ki, sevdiyimə qovuşmadığım üçün 
heyfsilənməyə dəyər. Sevdiyinlə bir yerdə əylənmək, onunla 
şirin­şirin söhbət etmək necə də böyük xoşbəxtlik olardı, İla­
hi. Sevdiyinə yemək hazırlamaq, onun nazını çəkmək, onunla 
həmdəm olduğunu bilmək necə də gözəl olardı. İnsan daxilən 
baş qaldıran öz hissi ehtiyaclarını ödəmək üçün həyatda ən 
çox arzuladığı bir işi görməlidir. Təəssüflər olsun ki, mən belə 
bir işi görməkdən məhrumam, Şeyda. Yaşamağı da, yanmağı 
da bacarıram, lakin öz hicranımla kimsəni yandırmaq mənə 
nəsib olmamışdır. Hər cəfaya dözərdim, ən ağır işgəncə belə 
məni sarsıtmazdı, təki sevdiyim kəs də məni sevəydi. Təki Sen­
ti mənə heç olmasa bir dəfə sevirəm söyləyəydi. Ax… Şeyda… 
Şeyda… Sevmək doğurdan da böyük xoşbəxtlikdir. Sevdiyi­
nin vüsalına qovuşmaq isə daha böyük xoşbəxtlikdir. İnsan 
doğulur, yaşayır və məhv olub gedir, lakin öz eşq və ehtirası 
ilə bütün keçmişi, indini və gələcəyi yaşayır. Yeri gələndə in­
san öz insanlığı ilə fəxr etməlidir ki, dünyaya insan kimi gəlib. 
Xanımının  keçirdiyi  hisslərdən  onun  dediklərindən  qəlbən 
həyəcanlanan Şeyda öz fikirlərini, onu qəlbən narahat edən 
duyğuları ifadə etməyə söz tapmırdı. O, Fridanın daxili na­


104
rahatlığını duyurdu və məhəbbətin də şirinliyi ona aydın idi. 
O, bu hissi qəlbən o qədər də dərindən yaşamasa da bilirdi ki, 
məhəbbət insanı indi Fridanın düşdüyü vəziyyətdən də daha 
güclü tərzdə əhatə edə bilər. Bu, əlbəttə ki, xoşbəxtlik olardı. 
Lakin Frida bir şeydə özünü xoşbəxt hesab edə bilməz ki, o, 
bu qədər hərarətlə sevdiyi Sentinin vüsalına çata bilməmişdir. 
Senti ondan qəlbən çox­çox uzaqdır. Odur ki, öz hisslərini bir 
qədər cilovlayan Şeyda xanımına müraciətlə dedi: 
– Xanımım, heç də həyatın sizə bəxş etdiyi belə bir həyat tərzi 
pis deyildir. Düzünə qalsa, mən sizin həyatınıza qibtə edirəm. 
İnsan dünyanı nə qədər dərindən duysa və öz saf hisslərinin 
nə qədər çox əsiri olsa bir o qədər xoşbəxtdir. Lakin bircə ona 
təəssüflənirəm ki, öz saf məhəbbətinin bu qədər çox əsiri olan, 
öz sevdiyinə bu qədər çox ülvi münasibət bəsləyən bir qıza 
sevdiyinin  vüsalına  qovuşmaq  hələ  də  qismət  olmamışdır. 
Bu sənə ən yaxın bir məhrəm kimi məni təəssüfləndirən ən 
acınacaqlı bir haldır. Mən səni sevdiyinin vüsalına qovuşmuş 
görmək istəyirəm, mənim xanımım. 
Bu  sözlər  Fridanın  pərişan  qəlbini  odladı.  Doğurdan  da, 
vüsal onun üçün ən böyük və heç bir şeylə əvəz olunmayan 
xoşbəxtlik olardı. Doğurdan da, Frida belə bir vəziyyəti necə 
də hərarətlə arzulayırdı. Odur ki, ürək yanğısı ilə dilləndi: 
– Şeyda, düz deyirsən belə bir hal üçün heyfsilənməyə dəyər. 
Mən də bunun tərəfdarıyam. Lakin mən belə bir vəziyyətimə 
təəssüflənməklə  bərabər,  arzu  edirəm  ki,  bir  halda  ki,  Senti 
Searanı sevir, qoy Searanın da sevgisi mənimkindən dəfələrlə 
artıq olsun. Mən öz sevdiyimi xoşbəxt görmək istəyirəm, Şey­
da. Bir halda ki, onun vüsalı mənə nəsib olmamışdır, qoy heç 
olmasa, öz sevdiyinin vüsalı ona nəsib olsun. Həyatda öz sev­
diyinin  səni  də  sənin  qədər  sevməyindən  böyük  xoşbəxtlik 
yoxdur. Şeyda, heç olmasa bircə anlıq Sentinin Searanı sevdiyi 


105
tək məni də sevdiyini biləydim. Ax, o zaman necə də xoşbəxt 
olardım, deyərək Frida göz qapaqlarını mütəəssir halda yum­
du və sözlə ifadə etdiyi bu xoşbəxtliyi daxilən də duymağa 
çalışdı. 
Ax insan… insan… varlığın qarşısında səcdə edirəm. Sən 
daxilən nə qədər kəşf olunmamış yeni bir dünyasan. Təsadüfi 
deyildir ki, dünyanın ən ali bir canlısı olmaq sənə nəsib ol­
muşdur. Sən xariqələr yaradan, ən çətin maneələri dəf edən, 
ən  ağır  işgəncələrə  dözən  bir  qüvvəsən.  Axı,  sən  insansan. 
Dünyaya  insan  kimi  gəlmək,  insan  kimi  doğulmaq,  doğur­
dan da, xoşbəxtlikdir. İnsan kimi yaşamaq, insan kimi təmiz, 
pak, insani hissləri keçirmək isə ən böyük xoşbəxtlikdir. Bax 
bu dəqiqə Frida göz qapaqlarını yumaraq özünü dünyanın ən 
xoşbəxti hesab edirdi. Axı, o sevirdi. Sevmək isə bütün əsl in­
sana yad olan hisslərə etiraz elan etmək deməkdir. 
Deməli, bu dəqiqə Fridanı saflıq mücəssəməsi kimi bütün 
insanlar qarşısında nümayiş etdirmək olardı. Demək bu dəqiqə 
Fridanın qəlbi ən məsum bir körpənin qəlbi ilə müqayisə edilə 
bilərdi. Artıq Fridanı öz məhəbbəti o qədər də düşündürmür­
dü. Odur ki, o, daxilən bir qədər sakit halda dedi: 
– Şeyda, məni düşündürən yalnız Sentinin xoşbəxtliyidir. 
Əgər  o,  xoşbəxt  olarsa,  mən  də  özümü  xoşbəxt  olmuş  he­
sab  edərəm.  Həyatın  inkişafı  olduqca  ziddiyyətlidir.  Bəzən 
müxtəlif  insanların  biri­birinə  olan  müəyyən  münasibəti 
kimsəyə səadət bəxş edərsə, kimsəni isə səadətdən də məhrum 
edə bilər. İndi mən də Senti ilə birləşmək səadətindən məhrum 
olmuşam. Nə etmək olar? Artıq heç olmasa Senti mənim kimi 
ömürlük  əzaba  məhkum  edilməyəydi.  Kaş  Senti  öz  axtar­
dığı bütün müsbət keyfiyyətləri Searada tapaydı. Kaş Seara 
da Sentini mənim kimi sevəydi. Bax, belə olan təqdirdə mən 
özümü xoşbəxt sana bilərəm, Şeyda. Əgər belə bir vəziyyətdə 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə