Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə39/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

127
gücü ilə uzaqlaşa bilər. Əks­təqdirdə, həmin şəxs öz iradəsini 
kiminsə  ixtiyarına  verməli  və  başqalarından  gec­tez  asılı 
vəziyyətə düşməlidir. Bəli, bu hökmən belə olmalıdır. Həyatın 
enişli­yoxuşlu yollarında öz hisslərinə, düşüncənə, zəkana is­
tinad edib müvazinətini saxlaya bilməyəcəksənsə, demək sən 
gec­tez məhvə yuvarlanmalısan, məhv olmalısan. 
Nə isə belə bir cəmiyyətdə öz həyatının xeyli hissəsini ke­
çirmiş və artıq iki yetişmiş qız atası olan qraf A… öz otağında 
əyləşib nə barədə isə çox ciddi düşünürdü. Bunu onun xarici 
aləmin qıcıqlarına mexaniki olaraq cavab verən hiss üzvlərinin 
vəziyyətindən başa düşmək olardı. 
Bəli  qraf  A…­nı,  doğurdan  da,  çox  ciddi  məsələ  düşün­
dürürdü. O, ərə getmək vaxtı, onun fikrincə, çoxdan çatmış 
qızlarını gələn elçilərdən hansına vermək barədə düşünürdü. 
Belə bir vəziyyət isə qayğıkeş ata üçün ən böyük xoşbəxtlik 
və şərəfdir. Lakin qraf A… bu məsələni yalnız özü həll etməli 
idi. Bu barədə ona məsləhət verə biləcək nə o qədər yaxın qo­
humu, həmdərdi, nə də ki, həyat yoldaşı var idi. Bəli qraf A… 
bu cəhətdən həddindən artıq təklənmiş bir adam idi. Lakin 
o,  heç  də  özünün  və  qızlarının  gələcək  aqibətini  taleyin  ix­
tiyarına buraxmaq fikrində deyildi. Onun fikrincə, bu günü 
yaşaya­yaşaya sabahı da düşünməyə vaxt tapmaq lazım idi. 
Lakin bütün bu xüsusiyyətləri ilə yanaşı, qraf A… kapitalizm 
cəmiyyətinin yetişdirməsi idi. Elə buna görə də, bəlkə də, ona 
parça istehsal edən böyük bir zavodun sahibkarı olmaq kimi 
bir qismət nəsib olmuşdur. Bu qismət isə nə onun üçün, nə 
də onunla qohum olmaq istəyənlər üçün heç də pis göstərici 
deyildi. 
Qraf A… öz taleyindən razı idi. Ona görə ki, tale ona bö­
yük bir müəssisənin sahibi olmaq imkanı vermişdi. Qraf A… 
ilə  qohum  olmaq  istəyənlər  onunla  ona  görə  qohum  olmaq 


128
istəyirdilər ki, bəlkə özləri üçün bir arxa, bir dayaq nöqtəsi ya­
rada bilsinlər və yaxud da, əgər belə bir dayaqları varsa, onu 
bir qədər də möhkəmləndirsinlər. Nə isə, hər iki halda qraf A…
­nı da, ona qohum olmaq istəyənləri də yaşadıqları cəmiyyətin 
canı, qanı olan sərvət səltənəti maraqlandırırdı. Səhrada öz su 
payının  hər  qətrəsindən  belə  sərfəli  istifadə  etməyə  çalışan 
hər bir şəxs kimi, kapitalizm cəmiyyətində də kapitalist dün­
yagörüşlü  insanlar  öz  aralarındakı  hər  cürə  münasibətlərin 
qoyuluşundan da şəxsi mənafe naminə sərfəli istifadə etməyə 
çalışırdılar. Elə buna görə də qraf A… öz düşüncələrinə dal­
mışdı.  Onu  düşündürən  heç  də  qızlarının  ərə  gedəcəkləri 
kəsi sevib­sevməyəcəkləri deyildi. Onu düşündürən qızları­
nın  ərə  gedəcəkləri kəsin  cəmiyyətdəki mövqeyi  və  gələcək 
perspektivləri idi. Bəli qraf A…­nı düşündürən məsələ bunlar 
idi. O, kapitalizm cəmiyyətinin oğlu kimi də belə düşünməli 
idi. Bu, bir həqiqətdir. 
Nə isə qraf A… xəyallar aləminə düşmüşdü. Onun xəya­
lından keçirdi: – Doğurdan da, həyat nə qədər sürətlə inkişaf 
edir. On doqquz, iyirmi il bundan qabaq qızlarımın hər iki­
si körpə uşaq idilər. O zaman onları bir vaxt ərə verəcəyimi 
düşünmək belə mənə gülünc görünürdü. Lakin bir gör vaxt 
nə sürətlə ötüb keçir. Qızlarım artıq böyümüş, mən də otu­
rub  onları  kimə  ərə  vermək  barədə  düşünürəm.  Doğurdan 
da,  həyatın  inkişafı  nəticəsində  insanı  bir  vaxt  düşündürən 
hadisənin bir vaxt da həyata keçməsi labüddür. Əks­təqdirdə, 
fantastika ilə yanaşı, çox şeyi itirmiş olardıq. Bütün bu xəyallar 
aləmində  çırpınan  qraf  A…  üçün  həyat  xoşqılıq,  nəşəli  və 
gözəl görünürdü. Bu, təbii idi. Axı, o, baba olmağa hazırlaşır­
dı. İnsan daxili aləmində elə hisslər var ki, o hisslərin inkişafı 
hər hansı bir cəmiyyətdə yaşamağından asılı olmayaraq insan 
üçün əzizdir və insanı qürurlandırır. İndi hal­hazırkı şəraitdə 


129
qraf A…­nın da keçirdiyi hisslər belə hisslərdən idi. Qarşıda 
yeganə  bir  məsələ  dururdu.  O  da  gələcək  kürəkəni  seçmək 
idi. Qraf A… qızları üçün elə kürəkən seçməlidi ki, həm on­
lar  üçün,  həm  də  özü  üçün  sərfəli  olsun.  Birinci  növbədə, 
kürəkənlər varlı olmalı idilər. Axı, qraf A… çox yaxşı bilirdi 
ki,  yoxsulluq  girdabında  çırpınanlarla  kapitalizm  cəmiyyəti 
çox amansız və sərt rəftar edir. Axı, qraf A… çox yaxşı bilirdi 
ki, kapitalizm cəmiyyətində yoxsul kürəkənlərin varlı qayına­
tası olmaq, borc verib sonra borc verdiyinlə qumar oynamağa 
bərabərdir.  Bəli,  qraf A…  bütün  bunları  çox  yaxşı  anlayırdı 
və ona görə də onun kürəkənləri hökmən varlı olmalı idilər. 
Bəlkə də onun özündən də varlı. Bir də onu qeyd etməmək 
təəssüf  doğurar  ki,  qraf A…  öz  qızlarını  həddindən  çox  se­
virdi. Bunun, bu sevginin də bir qismi ondan irəli gəlirdi ki, 
qızlar hələ körpə ikən öz analarını itirmişdilər. Qraf A… isə 
onları  dayələrin  ixtiyarında  qoysa  da  qızları  üçün  həm  ata, 
həm də ana rolunu bacardığı qədər oynamışdı. Düzdür, ar­
vadı öləndən sonra qraf A… heç də qadınsız yaşamamışdır, 
lakin bunların hamısı qeyri­rəsmi, qızlarının gözündən uzaq 
şəraitdə olmuşdur. Hal­hazırda isə qraf A… və onun qızları 
bir yerdə yaşayırlar. Bu üç nəfərlik ailə daxilində hələ indiyə 
qədər  diqqəti  cəlb  edəcək  bir  narazılıq  baş  verməmişdir. 
Həmişə bir övlad kimi qızlar atalarının, bir ata kimi isə qraf 
A…  qızlarının  hörmətini  saxlamışdır.  Daxili  ab­havasın­
da meşşan təbiətliliyin hökm sürdüyü bu kiçik ailə müxtəlif 
əyləncələrlə günlərini keçirməklə indiki vəziyyətə qədər gəlib 
çatmışdı. İndi isə qızlar atalarından ayrılmalı idilər, ataları on­
ları ərə verməyə hazırlaşırdı. 
Nə isə, axır ki, qraf A… öz qızlarını ərə vermək üçün öz 
ürəyinin istəyincə layiqli kürəkənlər tapa bildi. Böyük qızını 
Fransa ticarət kompaniyalarından birinin sahibkarı qraf Şoka, 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə