Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə42/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

136
Ümumiyyətlə, qraf Şokun malikanəsi Parisin mərkəzində, özü 
də mənzərəli yerlərdən birində yerləşirdi. Onu əhatə edən bağ 
isə bu malikanəyə xüsusi yaraşıq verirdi. 
Nə isə… Belə gözəl görünüşə malik olan malikanədə Klara 
və Seara öz söhbətlərini davam etdirirdilər. İşvəkar görkəmə 
malik olan Klara yenə də nəzakət çərçivəsindən kənara çıx­
madan həlim və incə səslə birinci olaraq sözə başladı. Onun 
səsindən  daxilən  hansı  bir  çarpışmaylasa,  gərginlikləsə 
üzləşdiyini  də  hiss  etmək  olardı.  Hiss  etmək  olardı  ki,  Kla­
ra öz daxili hisslərini iradəsinə tabe edə bilmir və güc gələn 
tərəfdən çıxış edir. Nəhayət ki, həyəcanını boğduqdan sonra 
dilləndi: 
– Bacı, deyəsən artıq burada bizim tutduğumuz yollar biri­
birindən ayrılır. İndiki mövqeyimiz isə getdikcə aramızda ar­
tacaq məsafənin başlanğıcıdır. Məni qınama yaşadığımız bu 
kapitalizm cəmiyyətində hələ indiyədək sürdüyüm ömür in­
tervalında kapitalsız, pulsuz, mən haqqın tərəfdarıyam, doğru 
yol mənim tutduğum yoldur, bir vaxt həqiqət qalib gələcəkdir 
deyənlərin  hələ  öz  məqsədinə  nail  olduğunu  görməmişəm. 
Unutma ki, Seara, sənin seçdiyin yol da belə bir yoldur. Bu 
yolun sonunun işığa yox, zülmətə gedəcəyinə inanıram. 
Bacısının  sözlərini  xüsusi  bir  gərginliklə  dinləyən  Seara 
daxili bir həyəcanla sözə başladı: 
–  Haqq,  ədalət  tərəfdarlarının,  həqiqəti  əlində  bayraq 
edənlərin tutduqları yolun zülmətə yox, işığa çıxdığını gələcək 
göstərəcəkdir,  mən  buna  əminəm.  Lakin  bunu  indidən  hiss 
etmək  daha  faydalı  olardı.  Həyatın  ötəri  hisslərinə  aldanıb 
ömrümü  puç  etmək,  gələcək  xoşbəxtliyinə  qarşı  mübarizə 
apar maq  deməkdir.  Düşünürsənmi,  əgər  bir  vaxt  mənim 
dediklərimin doğruluğu təsdiq olunana qədər bu vəziyyətdə 
qala bilərsən. O zaman isə… 


137
– Bəlkə də Seara, – deyə Klara bir qədər nəzakət çərçivəsindən 
kənara çıxaraq bacısının sözünü yarımçıq kəsdi. Lakin mənim 
fikrim  hal­hazırda  cəmiyyətimizin  içərisində  hökm  sürür 
və onun bir zaman məhv olmasına da inanmıram. Belə olan 
təqdirdə isə bayaq dedikləriniz özünüzə də aid ola bilər. 
Söhbət bununla bitdi. Hər iki bacı üçün öz tutduğu yol ay­
dın  oldu.  Bu  yollardan  hansının  daha  düzgün  olacağını  isə 
onlar gələcəyin ixtiyarına buraxdılar. 
FƏSİL 12
Paris gözəldir, genişdir, rəngarəngdir. O, zahirən təmtəraq­
lı,  daxilən  işgəncə,  kədər,  iztirab  keçirənləri,  daxilən  mətin, 
gümrah, sabahına inananları, müxtəlif münasibətləri, müxtə­
lif  baxışlı,  müxtəlif  təbəssümlü  insan  yığınlarını  özündə 
birləşdirə bilir. Kapitalizm cəmiyyətinin ən qəddar hissə ma­
lik, ən təmiz bir üzvü burada üzləşə bilər. Bəli, Paris genişdir, 
böyükdür, rəngarəngdir. 
Paris  cəmiyyəti  ulduzlar  sayrışan  səmaya  bənzəyir.  Hər 
ulduzun da öz bəxti, öz nəsibi vardır. Bir də görürsən yox­
sul bir kəs kübarlar dairəsində özünə yol açır, yaxud əvvəllər 
varlı olan bir şəxsiyyət səfillər içərisindədir. Bəli, budur Paris 
cəmiyyətinin daxili xaosu, daxili rəngarəngliyi. Axı, nə üçün, 
nəyə görə? Ona görə ki, bu kapitalizm cəmiyyətinin özündən 
doğan, onun inkişafından irəli gələn bir labüdlükdür. Bir də 
görürsən  ki,  böyük  bir  müəssisənin  sahibi  rəqabətə  davam 
gətirə bilmədi və yaxud da hansı səbəbdənsə öz var­yoxunu 
itirdi  və  səfil  oldu.  Bəli,  səfil.  Çünki  maddi  ehtiyacları,  hər 
istək və arzuları zəhmətsiz yığdığı pul hesabına təmin olunan 
bir insan üçün yoxsulluğun cənginə düşəndən sonra yoxsul­


138
luğun daşını atmağın nə cürə çətin olduğunu yəqin ki, anla­
yırsınız.  Həyat  heç  kəsi  mübarizəsiz  öz  sərvətləri  ilə  təmin 
etmədiyi kimi, mübarizəsiz də heç kəsə öz sərvətlərini vermir. 
Zəhmət  ətirlidir,  vicdanı  sakitləşdirə  bilir,  maneələri  dəf 
edir,  fırıldaqçını  susdurur,  böhtanlara  sinə  gərir,  bir  sözlə, 
həyatı  sənin  üçün  cənnətə  çevirmək  qabiliyyətinə  malikdir. 
Öz halal zəhmətinlə öz xoşbəxtliyini təmin edə bilərsən, ha­
mının  qarşısında  alnıaçıq,  üzüağ  gəzə  bilərsən.  Bir  sözlə 
zəhmətkeş olduğun üçün öz xoşbəxtliyini duyarsan və bun­
dan  həzz  alarsan.  Kapitalizm  cəmiyyətində  pul  da  sənin 
üçün müəyyən qisim işlər görə bilər, müəyyən vəzifəni icra 
edə  bilər,  lakin  qumarbazın  qumarxanadakı  rolu  kimi.  Uda 
da bilər, uduza da bilər. Ona bel bağlamaq olmaz, səni çətin 
vəziyyətdə qoyar. Yeri gələrsə, sənin məhvin üçün də zəmin 
yarada bilər, həyatını məhv edər. Taleyin öz əlinlə bəxş etdiyi 
sonrakı bəlalardan böyük işgəncə yoxdur. Paris cəmiyyətinin 
daxilindəsə bu adi bir hadisəyə çevrilmişdi. Nə isə… belə bir 
cəmiyyətdə yaşayan Klaranın parlaq ulduzu öz hərarətini və 
işığını itirməkdəydi. Məsafəsi bilinməyən, sonu məlum olan 
bir yol Klaranı həyatından əvvəl sərvətindən də məhrum edə 
bilərdi. Necə ki, əsl insanlıqdan uzaqlaşdırmaqdaydı. Çünki 
özünün  daxili  eybəcərliyini  aradan  qaldırmağa  kiçicik  səy 
belə  göstərmirdi.  İnsanın  isə  həyatın  sərtlikləri  üzərində  öz 
firavan,  iztirabsız  yaşayışını  təmin  etməsi  öz  bacarığından 
asılıdır. Klara isə ancaq özünü nəşə üçün bəsləmişdi. Parisdə 
isə Klara kimilər az deyildilər. Daxili saflıq, paklıq, əsl insan­
lığa xas olmayan əyləncələrdən uzaq qaçmaq belələrinə yad­
dır. Yaşamağın mənasını yatmaqda, yüngül əyləncələrdə, öz 
ehtiraslarından zövq almaqda görən belələrinə isə həyat bir 
zaman ibrət dərsi verəcəkdir. 


139
FƏSİL 13
Bu gün yaşadığı ev, onu əhatə edən bağça, ümumiyyətlə, 
bütün gördükləri və hiss etdikləri – insan varlığının aşkar edə 
bildiyi nə vardısa Sentiyə gözəl və xoş görünürdü. Senti bu 
səadəti çoxdan arzulayırdı. O, bu səadətin tez və uzun yaşan­
ması üçün həyatında nəsibi olacaq çox şeydən keçərdi. Senti 
xoşbəxt idi. Yaşamaq onu sevindirirdi. Gəlişi ilə sənin üçün 
səadət və xoşbəxtlik gətirən bir kəslə görüşmək, əlbəttə ki, se­
vindirici idi. Məhz Senti də belə bir sevinc hissini yaşayırdı. 
Senti onun üçün taleyin ən qiymətli töhfəsi olan bu günü öz 
yaddaşına əbədi həkk etmək iqtidarına malik idi. Təki bu gü­
nün  anları  tez­tez  keçsin  və  heç  qurtarmasın.  Əlbəttə,  Senti 
özü də bu günün belə bir qeyri­qanuniliklə keçməsinin müm­
künsüzlüyünü anlayırdı. Lakin o hər halda belə arzulayırdı. 
Zaman  heç  vaxt  öz  qanunauyğunluq  çərçivəsindən  kənara 
çıxmadığı üçün təbii ki, bu gün də öz qanunauyğunluğu üzrə 
dəyişilməkdəydi. 
Artıq günəş xeyli qalxmışdı və bu gün üçün özüylə plane­
timiz  arasında  məsafənin ən  yüksək  nöqtəsinə çatacaq  yolu 
yarı etmişdi. Artıq Sentinin səbr kasası daşırdı. Tez­tez həyət 
qapısına dikilən baxışları qızğın bir ehtiras kimi gələcək qo­
nağı  görmək  həvəsi  ilə  alışıb­yanırdı.  Qonaq  isə  görünmür­
dü. Senti bu qonağın gəlişinin həsrətindən alovsuz odlanırdı. 
Əgər dünyanın bütün canlıları yığışıb bu gün Sentinin yanına 
gəlsəydilər belə, onu yenə də gözəlliyi qonağın gəlişi qədər 
sevindirə  bilməzdilər.  Qəlbinin  rahatlığı  bu  rahatlığı  təmin 
edəcək  qüvvənin  əlindədir.  Əgər  bunun  üçün  başqa  vari­
antlar axtarmalı olsan, unutma ki, gec­tez axtarışlarının əbəs 
olduğunu  anlayacaqsan.  Bütün  bunlar  isə  Sentiyə  gün  kimi 
aydın olduğundan o öz sevimli və yeganə qonağının yolunu 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə