Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə43/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

140
səbirsizliklə gözləyirdi. Nəhayət ki, gözlənilən an gəlib çatdı. 
Doğurdan da, insan varlığı sirli və kəşf edilməmişdir. Senti 
dünyanın onun üçün ən əziz qonağını ən böyük sevinc hissi 
və ən şirin göz yaşları ilə qarşıladı. Yaranmış vəziyyətin ru­
hoxşarlığı isə gələn qonaq üçün ən böyük mükafat oldu. Sen­
tinin belə səbirsizliklə gözlədiyi və nəhayət gələn qonaq Se­
ara idi. Bu görünüşdən onların hər ikisi şad və məmnun idi. 
Pak bir eşqin təcəssümü kimi, onların bu xoşbəxtliyinə qibtə 
etməmək olmazdı. Doğurdan da, insan hisslərinin bir­biri ilə 
uzlaşması necə də səadətə çevrilə bilərmiş. Təsadüfi deyil ki, 
insan öz xoşbəxtliyini yalnız insanlar arasında tapır. Nə isə… 
Seara son dərəcə həlim və titrək səslə: 
– Senti, əzizim, salam – deyə dillənə bildi. Onun ehtiras­
lı  gözləri,  yumru  qəşəng  yanaqları,  öpüş  üçün  alışıb­yanan 
dodaqları və nəhayət, ümumi cazibədarlığı yalnız – Mənim 
Searam,  –  deyən  Sentini  hər  tərəfdən  cazibə  sahəsinə  salıb 
özünə sarı çəkdi­çəkdi və birdən Senti özünü Searanın ağu­
şunda hiss etdi. Seara isə bütün bunları əksinə düşündü. O 
da,  öz  növbəsində,  cəzbediciliyi  Sentidə  gördü.  Hər  halda 
birləşmişdilər və təmiz sevgi hissindən doğan ülvi bir ehtirasın 
təsiri altında xumarlanırdılar. Bu çılğın anların nə qədər sür­
düyünü deyə bilmərəm, lakin onlar Sentinin otağına keçdikdə 
belə, ilk görüşün anları hələ də onların üzərində öz məstedici 
hökmranlığını  edirdi.  Onlar  söhbətə  belə  bir  əhval­ruhiyyə 
ilə başladılar. Hələ də öz məstliyindən, xumarlığından ayrıl­
mamış Sentini Searanın bir qədər titrək səslə sözə başlaması 
ayıltdı.  Lakin  öz  sakitliyini  və  təmkinliyini  ələ  almaq  onun 
üçün  asan  olmadı.  Öz  daxili  hisslərinə  üstün  gəlmək  üçün 
səbr və möhkəm iradə lazımdır. Bütün bunları anlayan Senti 
öz diqqətini bir yerə cəmləşdirə bildi. İndi artıq o, Searanın – 
dünyalar qədər sevdiyi qadının sevgi və məhəbbətdən qeyri 


141
sözlərini bütün həssaslığı ilə dinləyə bilərdi və nəticə çıxar­
maqda da çətinlik çəkməzdi. Araya sükut çökmüşdü. Sükutla 
keçən bu bir neçə anı öz titrək səsi ilə pozan Seara dedi: 
–  Əzizim  Senti,  mən  səninlə  mühüm  məsələ  barədə  da­
nışmağa gəlmişəm. Elə bir məsələ ki, gələcək taleyimizin nə 
dərəcədə  qərarlaşması  bu  məsələdən  asılıdır.  Senti,  mənim 
əzizim,  artıq  mən  dözə  bilmirəm,  dözə  bilmirəm…  Sen­
ti.  Mənim  əlacım  yalnız  sənin  əlindədir.  Yalnız  sən  mənim 
o  bayquş  yuvasından  xilas  olmağımda  mühüm  rol  oynaya 
bilərsən. Senti, sən… sən… sənsən mənim həyatım da, ruhum 
da, canım da. Senti mənə kömək et. 
Searanın həyəcanlı və çılğın danışığından səsindəki titrəklik 
və  kövrəklikdən  bir  qədər  özünü  itirmiş  Senti  onu  yenidən 
ağuşuna aldı, gözlərinin yaşını sildi, başını sığalladı və güclə 
hiss olunacaq həyəcanlı səslə dedi: 
–  Mən  sənin  üçün  hər  cürə  köməklik  etməyə  hazıram, 
həyatım. Əmr et, ölümə belə, can­başla getməyə hazıram. Təki 
sənin üçün kiçik xidmətlər göstərməyimə görə özümü xoşbəxt 
sanmaq şərəfinə nail olum. Təki sənin hər hansı bir xahişini 
yerinə yetirmək mənə nəsib olsun, Seara. Buyurub əmr edə 
bilərsiniz,  mən  sizin  üçün  hansı  xidmətləri  göstərməliyəm, 
həyatım? 
Seara  susmuşdu.  Onun  daxilən  həyəcan  keçirdiyini  duy­
mamaq mümkün deyildi. Görünür, elə buna görə də deyəcəyi 
sözləri  deməkdə  çətinlik  çəkirdi.  Onun  bu  vəziyyətini  Sen­
ti  başa  düşdü.  Odur  ki,  onu  yenidən  öz  çılğın  və  ehtiraslı 
öpüşlərinə qərq edib sözə başladı: 
–  Seara,  əmr  et  mənə.  Həyatını  sənin  yolunda  şam  kimi 
əriməyə məcbur edən bir şəxsə əmr et. O sizə xidmət göstərə 
bildiyini öz işləri ilə sübut edə bilər. Yalnız belə bir vəziyyətdən 


142
sonra  Seara  sanki  bir  qədər  ürəklənib,  öz  daxili  həyəcanını 
boğmağa çalışaraq dilləndi: 
–  Senti,  mənim  əzizim.  Mən  öz  taleyimi  bu  gündən  sənə 
etibar  edirəm.  Bu  gündən  yalnız  sən…  yalnız  sən…  məni 
yaşada da bilərsən, məhv də edə bilərsən. Heç bir şeyi fikir­
ləşmədən, hey bir şeyi düşünmədən yalnız sənə olan sonsuz 
məhəbbətimin təhriki ilə mən bu yolu seçmişəm. Yeni tanıdı­
ğım həyatın ilk və son ümidləri səndən asılıdır. Senti səndən. 
Səni hədələyən təhlükə o vaxt qorxunc olur ki, qarşıda səni 
nələr gözlədiyinin fərqinə varmadan ilk addımı atmış olasan. 
Belə olan təqdirdə isə öz həyatını kiməsə etibar etmiş olursan. 
Buyurun, Senti, belə bir addımı atmış olan Seara öz taleyini 
sizə etibar etmişdir. Senti öz daxili hisslərinin cilovunu yalnız 
bir anlığa yığa bilib: 
– Taleyin etibarlı əllərdədir, Seara – deyə cavab verdi. Bun­
dan  sonra  o,  bir  neçə  dəqiqə  Searanın  məstedici  qorxusun­
dan və pıçıltılarından başqa bir şey hiss etmədi. Bəzən insan 
psixologiyasında  elə  hallar  olur  ki,  o  zaman  insanın  duyğu 
və hiss etmə qabiliyyəti xarici mühitin başqa qıcıqlarını hiss 
etməyərək, yalnız bir sahəyə yönəlir. Hal­hazırkı şəraitdə də 
Sentinin düşdüyü vəziyyət belə idi. Onun bütün hiss üzvləri 
normal  işləyirdi.  Lakin  o,  Searanın  məstedici  qoxusundan, 
arabir  ilıq  öpüşlərindən  və  həzin  pıçıltılarından  başqa  bir 
şey  hiss  etmirdi.  Xarici  aləmin  başqa  qıcıqlarına  qarşı  onun 
hisslərində  tormozlanma  əmələ  gəlmişdi.  O,  bu  tormozlan­
madan  xilas  olmağa  çalışmırdı.  Əksinə,  nəsibi  olacaq  öm­
rünün  sonuna  qədər  o,  beləcə  Searanı  –  həyatını  qoxulaya­
qoxulaya,  onu  öpə­öpə,  onunla  pıçıldaşa­pıçıldaşa  yaşamaq 
istəyirdi.  O,  xoşbəxt  idi.  Sənin  üçün  həyatın  qədər  qiymətli 
olan sevdiyin kəsin qarşısında diz çökmək belə xoşbəxtlikdir. 
Əks­təqdirdə, sən nəinki özün­özünü aldatmış olursan, hətta 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə