Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə46/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

150
şəraiti də elədir ki, istədiyin vaxt iş tapmaq mümkün deyildir. 
İstədiyin vaxt hər hansı bir işlə pul qazanmaq olmur. Elə ona 
görə də mən belə bir təklifi, doğrusu, heç də ürəyimdən olma­
yan və mənim insanlıq qiymətimi hər an belə aşağı salmağa 
malik olan bir təklifi irəli sürdüm. Bunun üçün, belə bir təklifi 
irəli sürdüyüm üçün dediyim sözlərlə heç də özümü təmizə 
çıxarmaq fikrində deyiləm. Lakin bircə onu demək istəyirəm 
ki, sənin belə bir təkliflə razılaşmamağın məni həddindən ar­
tıq vüqarlandırdı və səni mənim nəzərimdə daha da ucaltdı. 
Bir pak insan kimi öz mənliyini və ləyaqətini qorumaq, do­
ğurdan da, çətin işdir, ancaq şərəflidir. Sən öz tutduğun yolla 
bu çətinliyə sinə gərdin və həqiqətən də insanlıq şərəfinə layiq 
olduğunu sübut etdin. 
Seara  indi  duydu  ki,  artıq  ifrat  dərəcədə  varlanmaq  və 
nəşəylə yaşamaq üçün vicdanı ləkəsiz həyat sürmək mümkün 
deyildir. Pul insan üçün hər şeyə çevrilə bilən bir mühitdə in­
san da pul üçün hər şeyə çevrilə bilər. Öz xoşbəxtliyinə ləkə 
qatıb əzablı səadət istəməyən Seara mənəvi simasını dəyişmək 
üçün özündə qüvvə tapmağa başladı və bu qüvvənin oldu­
ğuna  inandı  da.  O,  milyonlara  möhtac  bir  insan  olub  qula 
çevrilməkdənsə,  öz  halal  zəhməti  ilə  xoşbəxt  bir  həyatın 
bünövrəsini qoymağı daha üstün tutdu. Dəhşətlidir, demək 
müstəqil  həyata  qədəm  qoyduğu  bu  bir  neçə  ildə  Seara  da 
düzgün olmayan bir yolla sürüklənməkdəymiş. Pul, pul arzu­
larını həyata keçirmək üçün sənə pul lazımdır deyən qəlbinin 
sədasına Seara bu bir neçə ildə ilk dəfə olaraq layiqli, düzgün 
və sərt cavab verdi. Pul heç də hər şey demək deyildir. Pul 
yalnız  mənim  maddi  ehtiyaclarımı  təmin  etməkdən  başqa, 
həyatımda heç bir rol oynamağa malik olmamalıdır və olmasını 
da istəmirəm. Mənə güzgü kimi ilıq nəfəsdən üstü ləkələnmiş 
vicdanımı təmizə çıxarmaq üçün halal zəhmətimdən yaranan 


151
iztirabsız bir parça çörək lazımdır. Bu çörəyi isə qazanmağa 
layiq iti ağlım və möhkəm əllərim vardır. 
Səhərinə  inamla  öz  sadə  çarpayında  şirin  yuxuya  dal­
maqdan da böyük səadət olarmı? Əlbəttə ki, yox. Ey insan, 
sən yaşamalısan, ali olaraq qalmalısan, çünki səndə özündə 
əks  psixologiya  yaratmağa  qadir  iradə  vardır.  Bu  cür  iradə 
sahibi də məhvə yuvarlanarmı? Ey insan, sən hər bir çətinlik 
üzərində  qalib  gəlməlisən,  Seara,  möhkəm  ol,  tutduğun  yol 
doğru yoldur. O səni həsrətini çəkdiyin, lakin bu vaxta qədər 
əks istiqamətdə axtardığın xoşbəxtliyə çatdıracaqdır. 
Bu  xəyallardan  ayrılan  Seara  başını  qaldırdı.  Günəş  şüa­
ları  çəpəki  istiqamətdə  onun  gözlərinə  düşdü.  Demək,  ax­
şama az qalırdı. Bu vaxt Searanın gözləri Sentinin gözlərinə 
sataşdı və onlar hər ikisi gülümsədilər. Seara da, Senti də bu 
kiçik mənzildə özlərini xoşbəxt hiss edirdilər. Çünki onların 
ürəklərinin səsi qəlblərindən çıxan saf duyğulara istinad et­
mişdi. Bu istinad nöqtəsinin məsumluğuna isə Senti də, Se­
ara da öz varlıqları kimi inanırdılar. İnanırdılar ki, onlar nə 
cür hərəkət edirlər etsinlər, lakin öz­özlərini aldatmayacaqlar. 
Beləliklə,  onlar  öz  təmizlik  və  paklıqlarını  qoruyub  saxlaya 
bildilər  və  sinifli  cəmiyyətin  daxilində  yaranmağa  başlayan 
daha irəli getmiş hansı bir cəmiyyətinsə üzvü ola biləcəklərini 
öz sözləri ilə təsdiq etdilər. İnsanı xoşbəxtliyə çatdıra biləcək 
bir  qüvvə  varsa,  o  da  möhkəm  iradəlilik  və  mübarizlikdir. 
Bütün bu keyfiyyətlərə malik olan şəxsiyyət xoşbəxtliyi deyil, 
həmişə xoşbəxtlik o şəxsiyyəti axtarıb tapır. İndi hal­hazırkı 
şəraitdə Senti ilə Seara da belə bir vəziyyətdə idilər. Ona görə 
də hökmən xoşbəxtliyin onları axtarıb tapması labüd idi. 
Searanın Senti ilə görüşdüyü müddətdən bir neçə gün keç­
mişdi. Seara yeni aldığı şəxsi mənzilində oturub xəyala dal­
mışdı.  Onun  xarici  görünüşünə  nəzər  salan  hər  bir  diqqətli 


152
şəxs asanlıqla təyin edə bilərdi ki, Searanın həyatında nə isə 
bir fövqəladə dəyişiklik baş verib. O düşünürdü: 
– Bu gün mən xeyli kədərliyəm. Sentiyə olan məhəbbətim 
xatirinə məhkəmə vasitəsi ilə öz köhnə ərimdən məhrum ol­
mağı özümə borc bildim. O qədər sərvətim də qalmamışdır. 
Çünki  qraf  Şokla  evlənən  zaman  valideynlərimiz  guya  ki, 
yeni  qurulan  ailənin  təməlini  möhkəmləndirmək  üçün  belə 
bir müqavilə imzalamışdılar ki, əgər ər və arvaddan hər han­
sı  biri  ayrılmaq  haqqında  məsələ  qaldırsa,  o  zaman  birinci 
olaraq ayrılmaq təklif edən tərəf ər və arvadın birlikdə malik 
olduqları sərvətin yalnız cüzi bir hissəsinə malik ola bilərlər. 
İndi mən də ayrılmaq barədə birinci təklif irəli sürən tərəf ol­
duğumdan çox cüzi bir sərvətə malikəm. Hal­hazırkı şəraitdə 
isə, demək olar ki, heç bir kapital ehtiyatım yoxdur. Bütün va­
ridatımı verib kiçik, lakin qəşəng bir malikanə almışam. Axı, 
Senti kirayədə qalır, indi onun da həyat şəraiti mənim üçün 
maraqlıdır.  Lakin  bunlar  məni  o  qədər  də  sarsıtmır.  Məni 
üzən başqa fikirlərdir. 
Görəsən, Senti yoxsullardan və azca sərvəti ilə seçilən Se­
aranın həsrətini yenə də əvvəlki kimi çəkəcəkmi? Məni yenə 
də  öz  odlu  busələri  ilə  xumarlandıracaqmı?  Ümumiyyətlə, 
yeni ailənin təməlini qoymağa razı olacaqmı? Bax, bunlardır 
məni üzən fikirlər, sevən bir qadın kimi ərimi hər şeyə qısqa­
nan  ürəyimi  əzən  fikirlər.  Sentinin  məhəbbətinə  qarşı  olan 
şübhələrimi  siz  mənə  irad  tutmayın.  Düzdür,  mən  Sentiyə 
inanıram.  Lakin  qolları  qandallı  haqqın  nalələrinə,  azadə 
gəzib istehza ilə gülən, zülmün hökm sürdüyü bir şəraitdə bu 
şübhələrin  olmaması  mümkün  deyildir.  Bununçun  də  mən 
şübhələnməkdə  müqəssir  deyiləm.  Öz  ürəyini  sevdiyi  kəsə 
bəxş edən bir qadın üçün sevdiyinin onu bəlkə də atacağını 
xəyalına gətirmək belə, həmin qadın üçün ən ağır iztirabdır. Bu 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə