Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə47/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

153
düşüncələr içərisində xəyala dalmış Seara daxili bir narahatlıq 
keçirirdi. Həyat tərzində baş verən dəyişikliklərdən təbii ki, o, 
belə də olmalı idi. Çünki, o özünü yeni həyat şəraitinə alışdır­
malı, bu həyatın tələbatından irəli gələn məsələlərlə üzləşməli 
idi. Bir də ki, hələ onu düşündürən, yeni həyata atdığı ilk ad­
dımın müqəddəratı idi. 
Nəhayət ki, Seara yeni həyata atdığı ilk addımın düzgün­
lüyünü  öz­özlüyündə  qiymətləndirdi.  Hiss  etdi  ki,  Sentiyə 
olan  məhəbbəti  onun  üçün  əvvəlkindən  daha  şirin  və  daha 
hərarətli olmalıdır. Çünki o, Sentiyə olan öz məhəbbətini var­
dövlətə satmamış, əksinə sərvətini itirsə də belə, öz pak və saf 
məhəbbətinə sadiq qalmışdır. Bu isə nəinki öz məhəbbətinə 
sadiq qalmaq deməkdir, həm də ən ali hiss olan ümumbəşəri 
məhəbbətə  qoyulan  ən  böyük  hörmətdir,  məhəbbətin  qiy­
mətini daha da yüksəltmək deməkdir. 
Bəli, Seara bütün bunları öz­özlüyündə düşünə­düşünə ba­
harın gəlişini xəbər verən carçı qaranquşlar kimi artıq azad və 
sərbəst halda Sentinin mənzilinə yollandı. Daxili həyəcanının 
şiddətindən Seara Sentinin mənzilinə nə vaxt çatdığını və nə 
vaxt içəri girdiyini hiss etmədi. Bircə onu hiss etdi ki, Sentinin 
mənzilindədir və onu qarşılayan da Sentidir. Həyatda yaşamaq 
nə qədər gözəlmiş, ilahi. Dünya nə gözəl, yaşamalı dünyaymış. 
Hələ bir quşların səsindəki şirinliyə bax. Güllərin, çiçəklərin ətri 
necə də məstedicidir. Gör günəşin şüaları necə ilıqlıqla adamı 
xumarlandırır. Ax,  nə  gözəlsənmiş,  nə  yaşamalısanmış,  həyat. 
Seara Sentinin mənzilinə daxil olanda onlar yaşamağın bu cür 
gözəl  olduğunu  duydular  və  andılar.  Hiss  etdilər  ki,  hər  gün 
seyrinə daldıqları təbiət bax bu cürə gözəl və qəşəngmiş. 
Təbiətin ən gözəl və ən zərif xilqəti kimi, çiçəkdən yalnız 
canlı  bir  varlıq  olması  ilə  seçilən  Seara,  sevinc  göz  yaşları 
içərisində, həyəcanından sinəsi atıla­atıla: – Aman allah, məni 


154
kimi görürəm? – dedi və özünü iradəsindən asılı olmayaraq 
Sentinin ağuşuna atdı. Bu məsum varlığın Sentinin ağuşunda 
özünü necə xoşbəxt hiss etdiyini ifadə etmək üçün bircə onu 
demək  kifayətdir  ki,  o,  bu  anlar  ərzində  dünyada  Sentidən 
başqa, hər şeyi unutmuşdu. Bütün bu gördüklərini yuxu kimi 
qarşılayan Senti isə hələ də öz gözlərinə inanmırdı. Bəzən in­
sanda elə hal olur ki, o həsrətini çəkdiyi bir şeyi əldə etdiyi 
halda, bir müddət bunun həqiqət olduğuna inana bilmir. İndi 
Senti də Searadan cəmi bir neçə gün bundan əvvəl ayrılsa da, 
bununla bir əsrdən sonra görüşürmüş kimi öz gözlərinə inana 
bilmirdi. Nəhayət ki, bu hal ötüb keçdi və Senti özünü ələ alıb 
həzin bir səslə dilləndi: 
– Seara, əzizim, nə üçün həyəcanlısan, sənə nə olub? Sənin 
ki, lap bütün bədənin əsir. Özünü ələ al, sakit ol. Biz ki, bir 
yerdəyik, bəlkə sən xəstələnmisən? Sonra onun başını sığalla­
dı və: – Aman allah, mənim Searam necə də qəşəngdir – dedi. 
Bütün bu keçən vaxt ərzində Seara yalnız özünü ələ almağa 
çalışdı və deyəsən, buna qismən də müyəssər oldu da. Bun­
dan sonra o, bir qədər xəyala daldı və nə barədə isə beynində 
düşündü. Sonra başını yuxarı qaldırıb, dik Sentinin gözlərinin 
içərisinə  baxaraq,  yalnız  qadınlara  məxsus  olan  və  qadınlıq 
qürurundan irəli gələn bir qədər hökmlü və mətin bir səslə 
soruşdu: 
– Senti… bütün varlığım, de görüm məni sevirsənmi? Söy­
lə  görüm  mənsiz  yaşaya  bilirsənmi?  Onun  Senti  ilə  danışıq 
tərzinə  fikir  verdikdə  asanlıqla  təyin  etmək  olardı  ki,  sevgi 
aləminin yeni bir yolçusu öz saf hisslərinin hökmü ilə hərəkət 
edir. Ona görə də Senti, bütün sevənlər kimi, belə bir hökmə 
müntəzir sevgilisi ilə fəxr edə bilərdi. Odur ki, Senti açıq bir 
ürəklə və səmimi bir etirafla Searanın sualına cavab verməyi 
lazım bildi və nəzakət çərçivəsindən kənara çıxmadan dedi: 


155
– Bu nə sualdır, Seara? Mənim qəlbim həmişə səninlə bir 
vurur. Mən bu geniş dünyada yalnız səninlə özümü xoşbəxt 
hesab  edirəm.  Mən  sənsiz  yaşaya  bilərəmmi?  Həyatın  insa­
na  bəxş  etdiyi  ən  şirin  nemət  nədirsə,  unutma  ki,  mən  onu 
sənə  etibar  etmişəm.  Sən  mənim  üçün  dünyada  hər  şeydən 
qiymətli və əzizisən. Sən mənim ilham mənbəyim, həyatverici 
qüvvəmsən, Seara. Çörək, su, hava insan üçün yaşamağa ən 
zəruri  vasitələr  olduğu  kimi,  əsl  sevgi  də  məhz  insan  üçün 
belə bir zərurətə çevrilməlidir. Bax, sənin sevgin mənim üçün 
belə zəruridir, Seara. O bu sözləri elə hərəkətlə, elə cəsarətlə, 
elə  məhəbbətlə  dedi  ki,  Seara  ona  minnətdarlıq  etməyə  söz 
tapmadı və yalnız göz qapaqlarını endirməklə Sentiyə öz ra­
zılığını bildirdi. 
Həyatda illərdən bəri həsrətini çəkdiyin istək və arzuya çat­
maq insan üçün ən sevindirici haldır. İndi Sentinin dilindən 
eşitdiyi sözlər Searaya tünd içki kimi öz təsirini yavaş­yavaş 
göstərir və Searanı xumarlandırırdı. Demək, o sevir və sevilir­
di. Demək, artıq Seara xoşbəxt bir gələcəyə doğru irəliləyirdi. 
Demək, artıq Seara xoşbəxt idi. O, bu hissləri keçirdikcə elə 
məstləşdi, elə xumarlandı ki, özünü Sentinin ağuşuna atan­
da hər şeyi, Sentini də, öz varlığını da ancaq dumanlı şəkildə 
xatırlayırdı.  Onlar  bir  müddət  beləcə  qaldılar.  Nəhayət  ki, 
bir  qədər  özünü  ələ  alan  Seara  Sentiyə  daha  bərk  sıxılaraq 
yenidən dilləndi: 
–  Taleyim  səni  mənə  çox  görməsin,  Senti.  Tək  sənin  var­
lığından  aldığım  ruh  mənə  həyatın  bütün  gözəlliklərindən 
üstündür. Bu sözlərdən sonra o, danışığına bir qədər də ara 
verərək susdu. Sonra bir qədər həyəcanla və pörtmüş halda 
dilləndi: – Bir də ki, Senti, bu gündən artıq sən mənim qanuni 
ərimsən. Seara isə əvvəlki kimi varlı qrafinya Seara deyildir. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə