Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə50/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   45   46   47   48   49   50   51   52   53

162
düşüncələrin ömrü az olur. Həqiqətin böyük qüvvəsinə qar­
şı şirin xəyallarla çıxış etmək həqiqəti bir daha duymayanlar 
üçün şirin ola bilər. Bu şirinliyinsə nəticəsi yenə də acı dad­
malıdır. 
Aradan  bir  ay  keçdi.  Hələ  də  iş  tapmamış  Sentinin  tale­
yi  yenidən  üzünə  güldü.  Yenə  də  eyni  xətlə  gələn  məktub­
da  Sentiyə  Parisin  mərkəzində  yerləşən  hüquq  məslə hət­
xanalarından birində işlə təmin olunacağı bildirildi. Məktubda 
belə yazılmışdı: 
«Hörmətli  Senti,  salam.  Sizin  taleyinizlə  maraqlandığım 
üçün sizdən çox­çox üzr istəyirəm, məni bağışlayın. Hər hal­
da mən sizin pisliyinizi istəyən şəxslərdən deyiləm. Tale sizdə 
insanlara qarşı elə bir mehri ülfət yaratmışdır ki, bu mehri­
banlıq qarşısında baş əyməmək mümkün deyildir. Siz elə bir 
xilqətsiniz ki, taleyim istər­istəməz sizə köməklik etməyə məni 
borclu bilir. Sizin iş tapmaq üçün nə qədər çalışdığınızı yaxşı 
bilirəm. Hiss edirəm ki, siz hər dəfə sevdiyiniz Searanın yanı­
na iş tapmadan gələndə nə qədər iztirab keçirirsiniz. Bilirəm 
ki, siz Searanın o gözəl gözlərinə iztirab çökməməsi üçün öz 
həyatınızla risk edirsiniz. Bu cəhətinizə əhsən deyirəm. Çünki 
öz qadınına məşuqə kimi deyil, sevgili kimi baxan insanlar öz 
həyatlarını sevdiklərinin yolunda qurban verməyi belə baca­
rarlar. Mən də sənin belə ideyalı olduğunu bilirəm. Bilirəm 
ki, Sentinin qəlbi yalnız özünə məxsusdur. Bilirəm ki, mənim 
tanıdığım o qəlb ki var, onda ən təmiz hisslərin toplusu dəniz 
kimi çağlayır. Senti, sən mənim tərəfimdən təmənnasız edilən 
bu  hörmətə  layiqsən.  Bunu  mən  sənin  və  Searanın  xatirinə 
edirəm,  Senti.  Seara  yaxşı  qadındır.  O  səni  sevir.  Ondan  öz 
həyatın qədər muğayat ol. Qoy sənin odlu hisslərin Searanın 
yanan  qəlbini  daha  da  alovlandırsın.  Qoy  Senti,  buludsuz 
səma kimi təmiz olan Seara qəlbinə daha da şəffaflıq versin. 


163
Senti,  siz  böyük  teatrın  yanındakı  hüquq  məsləhətxanasına 
gedin. Orada sizi məmnuniyyətlə işə götürəcəklər. Alacağın 
maaş iki nəfərin maddi ehtiyaclarını ödəyə biləcəkdir. Atana 
o qədər də əziyyət çəkməli olmayacaqsan. Vaxt gələr, mənim 
kim olduğumu bilərsən. O zaman bəlkə də mən heç həyatda 
olmadım. Lakin sən məni yad etməklə ruhumu bu dünyada o 
qədər şad edəcəksən ki, bəlkə də özüm həyatda yaşayan anda, 
elə şadlıqlar nəsibim olmamışdır. 
Hörmətli  Senti,  yəqin  ki,  başınızı  ağrıtdım.  Deyəcəksiniz 
ki,  bu  nə  uzunçu  adamdır.  Ancaq  ürəyimdəkiləri  ən  qısa 
şəkildə  yazmağa  çalışmışam.  Lakin  bununla  belə,  ürəyimin 
o qədər də yüngülləşdiyini hiss etmirəm. Bircə onunla təsəlli 
tapıram ki, mənim üçün həyatımdan daha artıq olan bir in­
sana və onun sevdiyinə kömək etmişəm. Bax, budur mənim 
pərişan könlümdə şehli çiçəklər kimi adicə bir mehdən əsən, 
varlığıma xoş ətir yayan düşüncələr. Hələlik bu qədər, Sen­
ti». Məktub burada sona yetirdi. İmza yerində: «Sənin əllərini 
sıxmağa cürət etməyən şəxs» yazılmışdı. Məktubun üzərinə 
iki damla yaş düşməyinə dəlalət edən ləkə vardı. Hiss olunur­
du  ki,  məktub  qadın  əliylə  yazılmışdı  və  bu  alicənablığı  da 
edən qadın idi. Bu alicənab qadının kimliyiysə Sentini düşün­
dürürdü. O, tez­tez Fridanı eyninə gətirirdi. Lakin Frida ona 
demişdi ki, Parisdən çox­çox uzaqda yerləşən monastırlardan 
birinə gedəcək. Oradan isə mühüm hadisələri deyil, orada ya­
şayan  bir  sakinin  həyatını  izləmək  o  qədər  də  asan  deyildi. 
Fəqət, Senti bilmirdi ki, Frida Parisin özündə, ona lap yaxın 
olan bir mənzildə yaşayır və bu yaşayışı ilə sevdiyi bir insa­
nın həyatında baş verən ən xırda hadisələri belə hər hansı bir 
vasitə ilə izləyir. Bəli, Senti bunu bilmirdi. Elə bilməməyi də 
daha yaxşı idi. Axı, Frida özü də belə istəyirdi. 


164
Hər səhəriniz səadətlə açılsın. Senti üçün də bu gün gülərüz 
bir səhər açılmışdı. İnsan ki öz taleyindən razı oldu, həyatın 
hər üzü, insanların lap şirin olmayan danışığı da ona şirin gö­
rünür.  Senti  də  belə  bir  vəziyyətdə  idi.  O,  bu  gün  Searanın 
heyranedici  baxışları,  həyatverici  ehtirasları  və  təkanverici 
ehtiyacları altında məktubda göstərilən ünvana getdi. Getdi 
və özü ilə Seara arasındakı cazibə sahəsini pozmadan getdi. 
Onlar xoşbəxt idilər. O kəsin xoşbəxtliyi şübhə altında olar ki, 
həmin şəxs hər hansı bir cəmiyyətdə öz səadətini var­dövlət 
üstündə qurmağa çalışsın, öz mənliyini, ləyaqətini, namusu­
nu,  vicdanını  pula  satsın,  özünü  var­dövlətin,  hər  hansı  bir 
yüngül əyləncənin, ehtirasın əsiri etməsin. 
***
Bax, Klara da belələrindən idi. Klara hər bir insan üçün va­
cib olan insanlıq hisslərini demək olar ki, itirmişdi. O özünü 
pul üçün hər bir işgəncəyə dözməyə vadar edər, bədənini ən 
çirkin, eybəcər yolla satar, özünü qul vəziyyətinə salardı. Pul 
onun  nəzərində  özündən  yüksək  səviyyədə  dayanırdı.  Pul 
ona nəşə üçün, geyim üçün, karetalarda təm­təraqla gəzmək 
üçün, kimsələrinsə gözündə zahirən gözəl görünmək rövnəq 
vermək üçün, bir az da qarnını yeməklə doldurmaq üçün lazım 
idi. Əgər ona bir dəfə teatrlardan birində, ən yaxşı yerlərdən 
birində əyləşmək üçün bilet götürsən, o öz hissləri ilə birlikdə 
bədənini də o an sənə qurban verərdi. Kavalerlərindən hansı 
daha əliaçıq idisə, Klaranın da ağuşu ona açıq idi. Bir namus­
lu qadın kimi qadınlıq ləyaqətini itirməmək üçün canını fəda 
verən qadınlara nisbətdə, Klara heç bir quru baxışla baxılma­
ğa da layiq qadın deyildi. O qadının ki, cansız daş­qaş canlı 
hisslərinə hakim kəsildi, demək, o qadın qadınlıq ləyaqətini 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə