Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə52/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   45   46   47   48   49   50   51   52   53

168
FƏSİL 16
Paris  şəhəri.  Zaman  dayanmamışdı,  irəliləyirdi.  Günlər, 
həftələr ayları əvəz edirdi. Fəsillərin tam bir dövrəsi isə öm­
rümüzün üstünə bir il də əlavə edirdi. İndi də artıq payız fəsli 
idi. İnsanlara öz bol nemətlərini əsirgəməyən payız fəsli. Bar 
verən ağaclar baharda öz bol çiçəkləri ilə fəxr edirdilərsə, indi 
də  öz  bol  meyvələri  ilə  fəxr  edə  bilərdilər.  İlin  bu  fəslində 
sanki təbiət də yaşa dolub yetkinləşir. Artıq səhərlər otların 
üzərində  qırovun  iz  qoyduğu  qalığa  da  rast  gəlmək  olardı. 
İsti ölkələrə uçub­getməyə hazırlaşan quşların qayğılı­qayğılı 
çıxardığı səslər hər kəsi qışa hazır olmağa səsləyirdi. Bir sözlə, 
təbiət ilin bütün fəsillərində gözəl olduğu kimi, payızda da öz 
xüsusi gözəlliyi ilə insanı valeh edirdi. 
İlin belə bir çağında Senti ilə Seara öz mənzillərində otu­
rub şirin­şirin söhbət edirdilər. Üzündən öz taleyindən razılıq 
nişanələri oxunan Senti üzünü öz ömür­gün yoldaşına tutub 
mehriban bir səslə dedi: 
– Əzizim Seara, deyəsən, tale bizim də üzümüzə gülməyə 
başlayır. İş tapmaq üçün tamamilə ümidimi itirmişdim. Sağ 
olsun xeyirxah insanlar. Yoxsa, biz də bəşəriyyətin ən ağır iz­
tirablarını üzərlərində daşıyanlardan biri olacaqdıq. 
Göz qapaqlarını məstanə bir şəkildə endirən Seara Sentiyə 
sığınaraq həzin, lakin inamlı bir səslə dedi: 
–  Lap  səninlə  birgə  acından  ölsəydim,  yenə  də  özünü 
bəd  bəxt  hesab  etməzdim.  Çünki  mənim  üçün  hər  hansı  bir 
şəraitdə səninlə birlikdə olmaq ən böyük bir xoşbəxtlikdir. 
Senti  onun  başını  sığallayaraq  nəzakət  çərçivəsindən  heç 
də kənara çıxmayaraq dedi: 
– Artıq hər şey öz qaydasına düşmüşdür. İndi bizim xoş­
bəxtliyimizə mane ola biləcək bir qüvvənin olması heç ağlıma 


169
belə gəlmir. Tale bizi çox müsibətlərə düçar etmişdir. Həyat 
bizi çox imtahanlara çəkmişdir. Lakin biz həyatın imtahanla­
rından üzüağ çıxdıq. 
Seara pəncərədən bağçanın son xəzan güllərinə baxıb də­
rindən bir ah çəkdi. Onun gülümsər sifəti bir qədər tutqun­
laşdı.  Görünür,  payızın  bozumtul  havası  və  qırov  vurmuş 
çiçəklərin  qovrulmuş  ləçəkləri  və  bütün  bu  gördüklərinin 
ilıq bir günəş işığı ilə alışıb­yanmaları onu qüssələndirmişdi. 
Odur ki, Seara Sentiyə müraciətlə dilləndi: 
–  Senti,  taleyin  oyunlarını  qoy  bir  kənara  qalsın.  İndi  isə 
ürəyim səninlə birgə nəyi isə seyr etmək istəyir, nəyə isə ta­
maşa etmək istəyirəm. Gəlsənə, biz bu gün teatra gedək. Həm 
bir qədər eynimiz açılsın, həm də ki, vaxtımızı gözəl və mənalı 
keçirmək üçün. 
– Sənin hər bir istəyini həyata keçirmək mənim ən ali məq­
sədimdir – deyən Senti, – hazırlaş gedək – deyə əlavə etdi. 
Parisin mərkəzində yerləşən ağ sütunlu böyük teatrın salo­
nu. XVII əsr Fransasının ən gözəl memarlıq abidələrindən biri 
sayılan böyük teatrın binası və onun bir hissəsi olan bu salon 
öz  xüsusi  və  qəribə  təkrarolunmazlığı  ilə  insanı  valeh  edir­
di.  Binanın  divarlarına  çəkilmiş  müxtəlif  rəsm  əsərləri  ma­
hir  rəssamlar  toplusunun  sənətkarlıqlarını  nümayiş  etdirən 
bir sərgi idi. Təsadüfi deyildir ki, ağ sütunlu bu böyük teatr 
qraflar və qrafinyalar üçün ən gözəl əyləncə məskənlərindən 
birinə çevrilə bilmişdir. Teatra baxmağa gəlmiş başqa tama­
şaçılar  kimi  gözləmə  salonunda  Senti  və  Seara  da  var  idi. 
Onlar  öz  xoş  və  şirin  söhbətləri  ilə  tamaşanın  başlanması­
nı gözləyirdilər. Lakin nüfuzlu və amiranə bir səs onları öz 
söhbətlərindən ayırdı. Səs sahibi onların heç birinin tanımadı­
ğı bir polis nəfəri idi. O heç də nəzakət çərçivəsin gözləmədən 
kobud bir səslə Searaya dedi: 


170
–  Vətəndaş,  siz  mənimlə  polis  məntəqəsinə  getməlisiniz. 
Onun  bu  təsadüfi  gəlişindən  və  onlara  müraciətlə  dediyi 
hökmranə danışıq tərzindən və polis məntəqəsinə sözündən 
sonra  Senti  də,  Seara  da  həddindən  artıq  qəzəbləndilər  və 
həyəcanlandılar və özünü güclə ələ alan Seara hirslə dedi: 
– Mən nə günah sahibiyəm ki, cənab, sizinlə də polis mən­
təqəsinə gedəm? 
Hündürboylu, qırmızı yanaqlı və üz­gözündən amiranəlik 
yağan  polis  nəfəri  onları  başdan­ayağa  istehzalı  bir  baxışla 
süzərək, laqeyd bir səslə üzünü Searaya tutaraq dedi: 
– Günahının olub­olmaması polis məntəqəsində aydınlaş­
dırılacaqdır. Hələlik isə getməliyik, məni ləngitməyin. 
Bütün  bu  söhbətləri  əsəbilik  və  həyəcanla  dinləyən  Sen­
tinin  rəngi avazımış və qəzəbdən gözləri hədəqəsindən çıx­
maq  dərəcəsinə  gəlmişdi.  Öz  yaxın  adamını  itirə  biləcəyini 
düşünmək belə insana əzab verir, onu sarsıdır. İndi Senti də 
belə bir vəziyyətdə idi. Odur ki, o, bir qədər həyəcanlı və əsəbi 
halda dedi: 
– Cənab, axı polis məntəqəsinə getməyimizin bir səbəbi ol­
malıdır, ya yox? Bu vaxt qıraqları dəyirmi şlyapasının altın­
dan görünən saçları son moda ilə düzəlmiş, ağbənizli, lakin 
hər bir namuslu qadına yad bir baxışla polisi və Sentini süzən 
bir qadın əzilə­əzilə, ancaq istehza ilə: 
–  Siz  ona  görə  polis  məntəqəsinə  getməlisiniz  ki,  əli  ilə 
Searanı  göstərərək,  bax  bu  qadının  boynunda  olan  brilliant 
boyunbağı iki il bundan qabaq evimdən oğurlanmış mənim 
boyunbağımdır. Təsəvvür edin ki, həmin boyunbağı isə hal­
hazırda sizin boynunuzdadır. Sonra isə acıqlı bir görkəmlə: 
–  Günahınızın  olub­olmamasını  aydınlaşdırmaq  üçün  isə 
ən münasib yer polis məntəqəsidir. 


171
Bu sözlərdən sonra araya bir müddət sükut çökdü. Sonra 
isə  dinməz­söyləməz  polis  nəfərinin  ardınca  polis  idarəsinə 
yollandılar. 
İri çay daşlarından tikilmiş polis idarəsi. Artıq bir neçə saat­
dır ki, Senti idarənin gözləmə məntəqəsində dayanıb Searanın 
yolunu gözləyir. Seara isə içəridə polis rəisi ilə söhbət edir. 
Hərbi  mundirə  yaraşmayan  bədən  quruluşlu  polis  rəisi 
sallaq ovurdlarını əlləşdirərək Searanı başdan ayağa ləng bir 
baxışla süzdü və əndamına yaraşmayan cır bir səslə dilləndi: 
– Vətəndaş Seara, deyin görək, – əli ilə oğurluq mal hesab 
olunan  boyunbağını  göstərərək,  –  bu  boyunbağını  nə  vaxt, 
harada və kimdən almısınız? Suallarıma düzgün cavab ver­
məyi  isə  heç  vaxt  unutmayın.  Bu  bir  neçə  saatın  içərisində 
baş vermiş hadisədən sarsılmış Seara əvvəlcə bir qədər həyə­
canlandı, lakin sonra özünü bir qədər toxtadıb, polis nəfərinin 
gözləmədiyi inamlı və mətin bir səslə dedi: 
– Cənab rəis, mən sizin suallarınıza cavab verərəm, ancaq 
bir şərtlə, dəqiq bilmək istəyirəm bu suallar nə üçündür və 
nədən ötrüdür? 
Bu cavabdan polis rəisi bir qədər tutuldu, lakin tez də özü­
nü ələ alıb, birbaşa hücumla sözə başladı: 
– Bizi və o cümlədən sizi maraqlandıran bu suallar onun 
üçündür ki, sizin bir neçə saat bundan əvvəl boynunuzda olan 
boyunbağı iki il bundan əvvəl, bayaq öz boyunbağısını sizin 
boynunuzda  tapmış  madam  Zerrinin  evindən  oğurlanmış 
boyunbağıdır. Madam Zerri və onun evinə… nə isə… gəlib 
gedən Parisin baş keşişi də bunu rəsmi təsdiq edirlər. Baş keşi­
şin şəxsən rəsmi təsdiqi məni belə bir nəticəyə gəlməyə vadar 
edir ki, bu boyunbağı, doğurdan da, madam Zerrinindir. İndi 
isə siz mənim bayaq cavabsız qalmış sualıma cavab verin. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə