Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə49/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   45   46   47   48   49   50   51   52   53

159
varlığı ilə duyurdu. Anlayırdı ki, həyatın sərt cığırları boyun­
ca zirvəyə yüksəlmək üçün iradə, iradə, bir də möhkəm iradə 
lazımdır. 
Ona valideynlərinin göndərdiyi pul təkbaşına bəs edərdi, 
lakin o tək deyildi. Bir də ki, valideynləri bunu bilsəydilər də 
onların daha artıq pul göndərməyə iqtidarları çatmazdı. Əks 
halda onlar müflisləşə bilərdilər. Müflislik isə dünyagörüşü o 
qədər də böyük olmayan Sentinin atası üçün ən ağır bir bəla 
idi. Bunu Senti də duyurdu. O, həm də istəməzdi ki, atasının 
qayğı ilə saxladığı bir ailə əzab və işgəncə pəncəsində sıxılsın 
və bu işgəncəyə dözməyə onları Senti vadar etsin. Senti buna 
qətiyyən dözməzdi. İş tapmaq üçün göstərdiyi bütün səylər 
də puça çıxırdı. Onlar hətta özləri üçün o qədər də lazım ol­
mayan bəzi şeyləri satmışdılar. 
Ax, ürək daxilində nə qədər ziddiyyətli fikirlər, bəzən de­
yil məsi  mümkün  olmayan  sirlər,  bəzənsə  kimsə  üçün  de­
yilərsə,  səadət  bəxş  edən  ifadələr  yerləşmişdir.  Ax  ürək, 
sənin  daxilində  baş  qaldıran  tufanları,  ehtirası,  məhəbbəti, 
səmimiyyəti, nifrəti kənardan baxanda hiss etmək mümkün 
olsaydı…  həyat  nə  qədər  gözəl  olardı.  Heç  kəs  ürəyinə  pis 
fikirlər  gətirməyə  cəsarət  etməzdi.  Heç  kəs  açıq  nifrətə  la­
yiq olmağı özü üçün istəməzdi. O vaxt heç kəs istəməzdi ki, 
kimsələrin  qəlbinə  toxunsun,  kimsələri  incitsin,  kimsələrin 
xoşbəxtliyini, hər hansı bir yolla, özü xoşbəxtliyə çatmaq üçün 
əlindən alsın. Bəli, istəməzdi. Bax, bu dəqiqə Senti də belə bir 
halda idi. O, ən təmiz hisslərlə silahlanaraq öz yaşayışını, Se­
aranın yaşayışını – gələcəyini təmin etmək üçün mübarizəyə 
hazır  idi.  O  istəyirdi  ki,  Searanı  xoşbəxt  edə  bilsin.  Əgər  o 
bunu bacarsaydı, demək özü də xoşbəxt olacaqdı. Qəlbinə ha­
kim kəsilən bir kəsi xoşbəxt edə biləcəyini bilmək sənin üçün 
ikinci ömür yaşamağa bərabərdir. 


160
Sentinin  cibində  artıq  bir  su  pulu  belə  yox  idi.  Ona  görə 
də,  Searanın  gözlərinin  içərisinə  düzgün  baxa  bilmirdi.  O, 
həssas  qəlbinə  çökmüş  qüssəni  gözlərində  ifadə  etməməyə 
çalışırdı. Lakin ürəyin xəzinədarı olan gözlərə sünilik vermək 
heç  də  asan  deyildir.  Bir  baxışla  qəlbindəkiləri  gözlərində 
zühur etdirən baxışlar qarşısında bu süniliyi yaratmağa səy 
göstərmək  isə  sənin  yalnız  məhdudluğunu  üzə  çıxara  bilər. 
Senti  çıxılmaz  vəziyyətdə  qalmışdı.  Onu  bu  vəziyyətdən 
xoşbəxt  bir  təsadüf  xilas  etdi.  Əgər  kainatda  baş  verən  bü­
tün dəyişiklikləri izləmək mümkün olsaydı, bəlkə də həyatda 
heç  təsadüf  olmazdı.  Təsadüf  yalnız  bizim  bildiklərimizin 
səviyyəsinə  görə  vardır.  Bizim  öyrəndiyimiz  hadisələr  isə 
sonsuz olduğundan təsadüflərin də həmişə bizi izləməsi la­
büddür. Bax belə labüd təsadüflərdən biri də Sentini düşdü­
yü vəziyyətdən xilas etdi. Sevinci isə ona birinci olaraq Seara 
bəxş etdi. O, əlində bir zərf və xeyli miqdarda pul Sentinin 
yanına gəldi və sevincək dilləndi: 
– Əzizim Senti, sənə pul göndəriblər. Sağ olsun xeyirxah in­
sanlar. İnsana dar gündə kimsə tərəfindən edilən təmənnasız 
kömək  ən  böyük  alicənablıqdır.  Senti  zərfi  alıb  baxdı.  Pul 
zərfin içərisinə qoyulub göndərilmişdi. Lakin zərfin üstündə 
bu  xeyirxahlığı  edən  şəxsin  ünvanı  yox  idi.  Göndərilən  pul 
isə təxminən onların bir aylıq maddi ehtiyaclarını təmin edə 
bilərdi.  Senti  xəyala  daldı.  O,  bu  şəxsin  kimliyini  düşünsə 
də düşüncələri əbəs idi. O, bu şəxsin kimliyini müəyyən edə 
bilmədi və fərqinə varmadan bu puldan öz maddi ehtiyacları 
üçün istifadə etməyə başladı. Lakin iş tapmaq ümidini hələ 
də  itirməyən  Senti  cürbəcür  işçi  qüvvəsi  lazım  olan  yerlərə 
baş çəkirdi. Bəzən bütün günü, bəzənsə bütün gecələri otu­
rub hüquqa dair kitablarla məşğul olurdu. O, hüquq elminin 
sirlərinə  yiyələndikcə  imtahan  aylarının  da  yaxınlaşdığını 


161
hiss edirdi. O öz gələcək planlarını gözlərinin qarşısında can­
landırdıqca hər hansı bir maneə ilə qarşılaşmasından qəlbinə 
düşən  qərib  duyğuları  sıxışdırıb  aradan  çıxarırdı.  Ümid  qı­
ğılcımlarını alışdırıb ümidsizliyi yox edən xəyalın, yaxud da 
kimsə tərəfindən verilən təsəllinin özü bəzən insan üçün bir 
neçə  hakimin  görə  biləcəyindən  də  böyük  işlər  görür.  Senti 
daxili həyəcanını zahiri sükuta çevirərək, Searanın gələcəyə 
inam ruhunda nəvazişli baxışları ilə xumarlanırdı. O, Seara­
nın kədərinə şərik olmaq yalnız öz şadlığını onunla bölməyi 
ürəyinə hökm etmişdi. Göndərilən maddi yardım isə hələlik 
onun həyatında mühüm əhəmiyyətə malik idi. Lakin bayaq 
qeyd etdiyimiz kimi, Senti bu maddi yardımın kim tərəfindən 
edildiyindən xəbərsiz idi. 
Maddi  yardım  edən  şəxs  isə  Frida  idi.  Seara  onun  rəqibi 
olsa  da  Sentinin  xatirinə  Frida  Seara  üçün  də  canını  bəxş 
etmək iqtidarına malik idi. Sevdiyin şəxsin toxunduğu hər bir 
əşya  sənin  üçün  müqəddəs  olub  onu  qorumağı  özünə  borc 
bildiyin kimi, sevdiyinin öz canından artıq sevdiyi bir varlığa 
qarşı (hətta o rəqibin olsa da) xoşbəxtlik arzulamaqdan böyük 
bir qarğışın ola bilməz. Axı, bilirsən ki, o varlığın məhvi sev­
diyinin məhvi deməkdir. Ona görə də Frida məhz Seara üçün 
də qəlbən əsirdi. O, Sentinin işsiz, Searanın isə yoxsul oldu­
ğunu bildiyindən öz geniş ürəyinin qapılarını Sentiyə açmaq 
üçün deyil, sevdiyini əzabdan xilas etmək üçün naməlum bir 
ünvandan ona pul yollamışdı və o gecə necə xoş düşüncələrə 
daldığını, necə şirin yuxular gördüyünü, səhəri necə şən qar­
şıladığını indi də hələ özü üçün izah edə bilmirdi. 
Frida öz milyonlarını Senti üçün sərf edə bilsəydi necə də 
xoşbəxt ola biləcəyini düşündükcə, qəlbinə şirin məhəbbətin 
pak rayihələri məstlik yayırdı. O, bu məstliyi ömrü boyu sax­
lamaq üçün, ömrü boyu düşüncələrə dalmaq istəyirdi. Fəqət 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə