Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə44/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

143
öz  hərəkətlərinlə  ümumbəşəri  hiss  olan  məhəbbət  hissini 
də  təhqir  etmiş  olursan.  Bəli,  Senti  xoşbəxt  idi.  O  öz  sevdi­
yi tərəfindən əzab və işgəncəyə məhkum edilsəydi belə, bu 
cəfalara  həyatdan  zövq  ala­ala  dözər  və  zamanın  sürətlə 
keçməsi üçün də heyfsilənərdi. Odur ki, Seara ilə keçirdiyi an­
lar onlar üçün xoş və gözəl anlar idi. 
Searanın  da  özünü  xoşbəxt  hiss  etməsini  inkar  etməmək 
olmazdı. O da artıq insançün verilmiş bir yaşamlıq ömrün nə 
dərəcədə qiymətli olduğunu və ondan necə istifadə etmək la­
zım gəldiyini anlayırdı. Lakin onun gözlərinə diqqətlə nəzər 
saldıqda  hiss  etmək  olardı  ki,  Seara  heç  də  təsəvvür  edilən 
qədər  də  özünü  xoşbəxt  saymır  və  hansı  bir  daxilən  ona 
təzyiq  göstərən  naməlum  qüvvə  isə  onun  sevincli  anlarını 
öz zəhərli pəncələri ilə boğmağa çalışır. Fəqət nə etmək olar, 
daxilən sənə əzab verən bir qüvvə varsa, demək o qüvvənin 
də zahirən öz əlamətlərini büruzə verməsi anları da olur. Elə 
məhz  Senti  Searanın  da  bir  qədər  qüssəli  olduğunu  onun 
zahiri əlamətlərindən hiss etdi. Hiss etdi ki, dünyalar qədər 
sevdiyi  Seara  onun  gözlərinin  qarşısında  hansı  naməlum 
qüvvəninsə pəncəsində əsirdir və bu qüvvə onun ürəyini sıxıb 
incidir.  Bu  isə  sevənlər  üçün  ən  böyük  əzab  və  işgəncədir. 
Sevdiyin kəs gözlərinin qarşısında kədərli görünə. Yox, Senti 
buna dözə bilməzdi. Hətta nəinki Senti, qəlbində məhəbbət 
hissinin qərarlaşmasına yol vermiş hər bir şəxs üçün belə bir 
vəziyyətə dözmək mümkün deyil və əks­təqdirdə, həmin şəxs 
böyük qəbahət işlətmiş olur. Odur ki, Senti Searanı bir qədər 
diqqətlə nəzərdən keçirib nəzakətlə soruşdu: 
–  Mənim  həyatım,  son  damla  qanımın  tökülməsi  məni  o 
qədər sarsıtmazdı, lakin sənin bir qədər dərdli və kədərli gö­
rünüşün məni hədsiz sarsıdır. Bəlkə sənin hər hansı cəhətdən 
ciddi köməyə ehtiyacın var? Bəlkə sən… Çəkinmə, de mənim 


144
həyatım, səni daxilən narahat edən nədir? Nə üçün yalnız eşq 
və  ehtirası  əks  etdirməyə  layiq  gözlərindən  kədər  oxunur. 
Mən səni dinləməyə hazıram, mənim Searam. 
Cinayət  etdiyi  yerdə  yaxalanan  adamlar  kimi  Seara  rəng 
verib,  rəng  aldı.  O  öz  sevdiyini  bu  sevincli  vaxtında  məhz 
özünün ucbatından təşvişə saldığı üçün ürəyində özü­özünü 
möhkəmcə danladı. 
Taleyin  onu  Senti  ilə  rastlaşdırmasından  razı  olsa  da,  bu 
görüşün bir qədər gec olmasından narazı idi. Axı, o, Senti ilə 
üç­dörd il bundan əvvəl də rastlaşa bilərdi. Bəli, həyat onla­
rı hər an görüşdürə bilərdi. Ancaq bu yaxınlarda görüşdür­
müşdü, bu isə gec deyildirmi? Görəsən tale onunla yenidən 
yeni bir əyləncəyə başlamır ki? Görəsən, həyat onu yenidən 
yeni tənələrəmi məruz qoyacaqdır? Bu qəribə fikirlər çalarlı­
ğından Seara birdən ayrıldı və Sentini qucaqlayıb hıçqırıqlar 
içərisində həyəcanlı bir səslə dedi: 
–  Senti  bu  gündən  mən  yalnız  səninlə  olacağam.  Yal­
nız  öz  xoşbəxtliyimi  səndə  tapacağam.  Ancaq  Senti  bizim 
birləşməyimiz yolunda çox ciddi bir maneə vardır. Əgər bu 
maneə ləğv edilməsə, bizim birləşməyimizə hökmən maneə 
olacaqdır. 
Bu söhbətdən sonra Senti öz həyəcanını gizlətməyə belə ça­
lışmadan soruşdu: 
–  Seara,  mənim  həyatım,  o  hansı  maneədir  ki,  bizim  bir­
ləşməyimiz yolunda çətinliklər yarada bilər? Mən o ma neəni 
bu dəqiqə didib parçalamağa hazıram. 
Seara özündə bir az sərbəstlik yaradaraq, Sentini də sakit­
ləşdirməyə çalışdı və həzin bir səslə dedi: 
–  Sakit  ol,  Senti,  həyəcanlanma.  İnsan  müəyyən  hadisəni 
dinləmək və o sahədə fikir yürütmək üçün, birinci növbədə, 
öz daxili sakitliyini bərpa etməlidir. Əks­təqdirdə, əldə edilə 


145
bilən nailiyyətlərdən məhrum da ola bilər. bu sənə də aiddir. 
Bilirəm, sən mənim yolumda ölümə belə getməyə hazırsan. 
Lakin hər bir işi tədbirlə görmək birinci şərtdir. Birləşməyimiz 
üçün çətinlik törədən maneəni didib­parçalamaq sənin üçün 
heç də çətin deyildir. Ancaq insan unutmamalıdır ki, hər bir 
işi görməzdən əvvəl onun son nəticəsi ilə də maraqlanmalı­
dır. İndi isə qulaq as, Senti – deyə o, pörtüb qızararaq güclə 
nəfəs ala­ala bir qədər yumşaq səslə dilləndi: – Gizlətməyin 
nə mənası vardır? Bunu gec­tez biləcəkdin və bəlkə də bilirsən 
də. Axı, mənim ərim var. Bil, axı, mən heç də başqaları kimi 
sərbəst  deyiləm  ki,  istədiyim  zaman  kiminləsə  yeni  ailə 
həyatını qura bilim. Axı, mən heç bir uşaq anası olmasam da 
ərdəyəm. 
Searanın dilindən ərdəyəm sözünü eşidən Sentini sanki il­
dırım vurdu. O, həyatında ilk dəfə ayaq üstə durmağa taqəti 
olmadığını  hiss  etdi  və  heysiz  halda  stulda  əyləşdi.  Yalnız 
qanı qaçmış dodaqlarından titrəyə­titrəyə bu sözlər çıxdı: 
– Necə, Seara, sənin ərin… – deyə bildi və susdu. Sentinin 
bu hərəkətlərindən təşvişə düşmüş Seara tez bir qab soyuq su 
gətirib Sentiyə içirtdi, onu sakitləşdirdi. Aradan bir neçə sükut 
dolu dəqiqələr ötüb keçdi. Onlarsa susmuşdular. Hər ikisi gü­
nahkar kimi gözlərini yerə dikmiş və nə barədə isə fikirləşirdi. 
Nə isə… Yenə də birinci sözə Senti başladı. O, başını təəssüf 
bildirən bir tərzdə yırğaladı və düz Searanın gözlərinin içinə 
baxaraq belə dedi: 
– Hə… demək, sənin ərin var. Mən bunu çoxdan bilməliydim. 
Lakin de görüm, sən onu da mənim kimi sevirsənmi, yaxud 
da o səni sevirmi? 
Sual gözlənilmədən verilsə də, Seara bu suala çoxdan ha­
zırmış kimi dilləndi: 


146
– Yox, yox, Senti, elə düşünmə. Əgər mən onu sevsəydim heç 
sənə vurulardımmı? Ona gəlincə isə onun da məni sevmədiyi 
çoxdan məlumdur. Bunu qraf Şokun hər gün bir məşuqəsi ilə 
gün keçirməsindən də aydın hiss etmək olar. 
Bu sual­cavabdan sonra daxilən bir qədər sakitləşən Senti 
yorğun bir səslə dedi: 
–  Demək,  sənin  onu  sevmədiyin  kimi,  onun  da  səni  sev­
mədiyinə əmin ola bilərəm və o yenidən bir qədər fikrə gedib 
susdu. Bu sükut da bir neçə dəqiqə çəkdi. Yenidən Sentinin 
sükutu pozan səsi Searanı hədsiz dərəcədə həyəcanlaşdırdı. 
– Belə isə həyatım, biz birləşməliyik və bizim birləşməyimiz 
yolunda heç bir şey maneə ola bilməz, lakin bir şərtlə ki, sən 
ondan məhkəmə vasitəsiylə boşanmağa razılıq verəsən. Belə 
olan təqdirdə, sən özünü mənimlə birgə xoşbəxt saya bilərsən. 
Həyəcanlanmış Seara kövrək səslə tələsik dilləndi: – Mən 
buna  razıyam,  Senti,  təki  sən…  O,  sözünün  dalını  gətirə 
bilmədi.  İsti  göz  yaşları  Sentinin  üzünü,  boynunu,  əllərini 
islatdı.  Senti  onu  öz  ağuşunda  hamıdan  mühafizə  etmək 
istəyirmiş  kimi  gizlətdi.  Onlar  xoşbəxt  idilər.  Onlar  öz  son­
suz  məhəbbətləri  ilə  biri­birlərinə  layiq  idilər.  Yenidən  bir 
müddət  onların  hər  biri  sevdiklərinin  qoxularından,  arabir 
ilıq  öpüşlərindən  və  həzin  pıçıltılarından  başqa  bir  şey  hiss 
etmədilər. Hiss etmədilər ki, indicə keçirdikləri bu bir neçə an 
da artıq yaşandı və bir daha geri qayıtmayacaqdır. Bəli, onlar 
beləcə yavaş­yavaş sakitləşdilər və yenidən söhbətə başladı­
lar. Sakitliyin bağrını yenə də Sentinin ehtiraslı səsi pozdu: 
– Seara, sən tezliklə məhkəməyə boşanmağın barədə ərizə 
verməlisən – dedi. Biz bu işi təxirə salmamalıyıq. 
Onu daxili bir narahatlıqla dinləyən Seara nəzakətlə sözə 
başladı:  –  Məhkəməyə  hər  vaxt  boşanmaq  haqqında  ərizə 
vermək mümkündür, Senti. Lakin məsələnin başqa bir vari­


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə