Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə38/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

124
Frida  öz  sədaqətli  və  təmiz  ürəkli  xidmətçisinin  daha 
xoşbəxt həyatını təmin etmək üçün yeni vasitələrə əl atmaq 
istəyirdi. Odur ki, öz səsinə bir az da şəfqətlilik qatıb dedi: – 
Ürəyimdən keçənləri duy, Şeyda. Axı, sən gəncsən… 
Burada  Şeyda  bir  qədər  nəzakət  çərçivəsindən  kənara 
çıxsa da, özünü xanımının sözünü kəsməyə məcbur etdi və 
bir  qədər  qətiyyətli  səslə  dilləndi:  –  Xanımım,  mən  heç  də 
öz gəncliyimin belə bir yolla, bir hissəsini qurban verməklə, 
o qədər də böyük cinayət etmirəm. Öz gəncliyini qiymətsiz 
sözlər kimi havaya sovuran bəzi düşüncəsiz gənclərdən fərqli 
olaraq  etdiyim  bu  hərəkət  belə  kəslərlə  müqayisədə  heç  də 
qəbahətli yol deyildir. Lakin bundan da daha yaxşı yol sizin 
dediyiniz yoldur. Mən bütün bunları bütün ciddiliyi ilə an­
layıram. Lakin öz həmdəminin kədərli düşüncələr içərisində 
çırpındığını  duyan  bir  insan  üçün  sevinc  şərbətləri  şirin­
lik  bəxş  edərmi?  Xeyr,  xanımım.  Yaranmış  vəziyyətdə  mən 
həmin kəsin yerində olardım. Bu isə mənim həm özümə, həm 
də sizə qarşı belə olan təqdirdə seçdiyim yol üçün ən layiqli 
cəza olardı. Ona görə də sizdən xahiş edirəm, xanımım, arzu 
olunan  vaxt  gəlib  çatmayınca  mənimlə  bir  daha  bu  barədə 
danışmayasınız.  Əks­təqdirdə,  siz  özünüz  də  hiss  etmədən 
mənim  insanlıq  qüruruma  toxunmuş  olarsınız.  Öz  qüruru­
na kim tərəfindənsə toxunula biləcəyini gözləyən şəxs daimi 
səksəkə içərisində yaşayır. Mən belə səksəkəli yaşayışa sizin 
iltifatınızla məhkum olmaq istəmirəm, xanımım. 
Bütün bu söhbətləri özünəməxsus ciddiliyi ilə dinləyən Fri­
da yenə də az­az insana nəsib olan üçüncü bir halı yaşayırdı. 
Kədərləndi ona görə ki, onun uğursuz taleyi ucundan bir gənc 
öz gəncliyini anbaan onun gözləri qarşısında qurban verir. Se­
vindi ona görə ki, öz həmdəmi, həmdərdi onunla birlikdə ola­
caqdı və öz dərdini istədiyi vaxt kimsəylə bölüşmək imkanın­


125
dan məhrum olmayacaqdı. Ona görə də Frida Şeydaya qayğı 
ilə yüklənmiş nəzərləriylə minnətdarlıq ifadə edən bir hisslə 
baxdı. Bu Şeyda üçün çox qiymətli bir hədiyyə idi. Onun seçdi­
yi yol qənaətbəxş idi. Öz seçdiyi yolun başqa birisi tərəfindən 
də  qəbul  edildiyini  duyan  bir  insan  üçün  bundan  qiymətli 
bir hədiyyə ola bilməzdi. O, artıq belə birgəyaşayış anlarının 
həyat şəraitlərini təmin edirdi. Bir də nə etmək olardı? Tale 
onları  belə  bir  şəraitdə  yaşamağa  məhkum  etmişdi.  Taleyin 
acı qismətlərinə, ağır  zərbələrinə hər bir  insan  daim davam 
gətirmək üçün hazır olmalıdır. Əks­təqdirdə, illərin burulğanı 
ona əsrlərin burulğanı qədər ağır görünər və düşgün əhvali­
ruhiyyə  həmin  insanın  həyatına  öz  gözəgörünməz  əlləri  ilə 
daimi zəhər verər. Belə bir şəraitdən qoruna bilmək üçün isə 
daim mübariz əhval­ruhiyyəli keyfiyyətdə olmaq lazımdır ki, 
öz istədiyin həyat tərzini qura bilmək üçün mübarizə apara 
biləsən. Əgər belə olmasa onda xoşbəxtliyin də qapıları sənin 
üzünə bağlanmış olar. Nə isə Frida da, Şeyda da hələlik belə 
bir şəraiti özləri üçün münasib hesab edirdilər. 
Deyəsən, bayırda külək kəsmişdi. Amma qar yağmağında 
davam  edirdi. Axşamın  düşməyinə hələ  bir  qədər  qalsa  da, 
hava demək olar ki, qaralmamışdı. Bunu isə havanın tutqun­
luğu  ilə  əlaqələndirmək  olardı.  Doğurdan  da,  həyat,  insan 
psixologiyası  çox  sirli  bir  görünüşə  malikdir.  Təravətli  ba­
harda  və  ya  ilin  müxtəlif  fəsillərində  parlayan  günəş  insanı 
öz  xüsusi  gözəlliyi  ilə  cəlb  edirsə  və  hər  kəsdə  özünə  qarşı 
xoş düşüncə yarada bilirsə, belə bir tutqun havanın öz xüsusi 
gözəllikləri  və  cəlbediciliyi  vardır  ki,  insanın  hansı  bir  hissi 
sahəsinisə özünə cəlb edə bilir. Ən nadir incilərdən tutmuş ən 
saf əşyalara qədər hər bir mövcudluğun öz xüsusi gözəlliyi 
vardır, bu doğrudur. Ona görə də həyatı duymaq üçün həyata 
onu duya biləcəyin bir nəzərlə baxmaq lazımdır. 


126
FƏSİL 10
Paris şəhəri. Öz dövrü üçün nəhəng qumarxanaya bənzəyən 
bir yer. Bəli, belə ruhoxşar zahiri görkəmə malik olan bir şəhəri 
nəhəng qumarxanaya bənzətməyimə heç də təəccüblənməyin. 
Düzdür, burada açıq­aşkar qumar məclisləri o qədər də nəzərə 
çarpmasa da, kapitalizm cəmiyyətinin özündən doğan, onun 
labüd cığırdaşı olan hiylə, məkr, insanların biri­birinə kələk 
gəlməsi, biri­birini aldatması hökm sürürdü. Qeyd etməliyik 
ki, burada təmiz qəlbə, saf vicdana malik şəxslər yox deyil­
dir,  lakin  öz  saxta  hissləri  ilə,  saxta  münasibətləri  ilə,  süni 
gülüşləri  ilə  maskalanaraq  biri­birlərini  aldatmağa  çalışan, 
biri­birlərindən öz mənafeləri üçün istifadə etmək istəyən in­
sanların  elə  bu  hərəkətlərini  kapitalizm  cəmiyyətinin  əksər 
üzvlərinin  iştirakı  ilə  keçirilən  bir  qumarxana  məclisi  kimi 
təsəvvür etmək olar. 
Bəli, Paris genişdir, gözəldir, ruhoxşardır, lakin Paris həm 
də kapitalizm cəmiyyətinin yaranışından doğan süni gülüş­
lü,  saxta  hərəkətli  insanları  da  özündə  birləşdirir.  Belə  olan 
şəraitdə saf vicdana, təmiz qəlbə, iti zəkaya malik olan insan 
lazımdır ki, hər cür saxtalığa qarşı mübarizə aparsın, hiylə və 
məkrlərdən baş çıxarsın və həm də insan həyatının təsadüflə 
bağlı olduğu belə bir cəmiyyətdə öz mövqeyini qoruyub sax­
laya bilsin. Lakin hər halda kapitalizm cəmiyyəti öz kapita­
list  düşüncəli  və  dünyagörüşlü  üzvlərinin  formalaşmasın­
da  və  yetişməsində  mühüm  rol  oynayır.  Məhz  kapitalizm 
cəmiyyətinin mahiyyəti, prinsipi bundan ibarətdir. Düşdüyü 
mühit  insanı  öz  ağuşunda  xumarlandırdığı  kimi,  insan  da 
düşdüyü  mühitin  təsirindən  çətinliklə  uzaqlaşa  bilər.  Lakin 
hər halda hər cürə psixi naqislikdən uzaq olan insan düşdüyü 
mühitin ilk baxışda cəlbedici mənfi təsirindən öz iradəsinin 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə