Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə36/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

118
yük və genişmiş, – deyə düşündü. Onun ürəyindən qeyri­ix­
tiyari olaraq bu sözlər keçdi: – Bəlkə də nəsibin olacaq səadəti 
başqasının xoşbəxtliyi yolunda qurban vermək də asan deyil­
dir.  Bəzən  həyatda  insan  üçün  çətin  və  çıxılmaz  anlar  olur. 
Belə bir vəziyyət yaranarsa, əsl insan öz mənlik və ləyaqətini 
qoruya biləcək mövqedən çıxış etməlidir. Necə ki, Frida belə 
mövqedən  çıxış  edir  –  deyə  Şeyda  düşündü.  Demək,  Frida 
Senti ilə birləşmək üçün müəyyən vasitələrə əl ata bilər. Lakin 
o, belə etmək istəmir. Axı, çox yaxşı bilir ki, başqasını sevən bir 
qəlbi ovsunlamağa çalışmaq qəbahətdir, cinayətdir. Əsl insa­
na xas olmayan vasitələrdən istifadə etmək heyvani əlamətləri 
inkişaf etdirmək deməkdir. Demək buna görə də, Frida öz vic­
danının paklığını və saflığını qoruyub Sentiyə qarşı olan sevgi 
hissini gizli saxlayır – deyə düşünən Şeyda köksünü ötürdü. 
Heyvandan  daha  ali  şüurluluğu  ilə  fərqlənən  insan,  öz  vic­
danının  səsinə  istinad  edən  ağlının  göstərişləri  ilə  hərəkət 
edərsə, hər kəsin gözlərinin içərisinə düzgün baxa bilər və yeri 
gələndə daxilən təmiz olmadığını düşünüb narahat olmaz və 
əzab çəkməz. Hal­hazırkı şəraitdə Fridanın tutduğu yol da in­
sanlar tərəfindən müsbət qarşılanan belə bir keyfiyyətə malik 
yol idi. Buna görə də, öz tutduğu yolun sonunu düşünmədən 
belə, bu yolla hərəkət edə bilərdi. Aydındır ki, başlanğıcı hiylə 
və məkrdən uzaq olan bir işin sonu pak və təmiz olmalıdır. 
Bütün bunlar Fridanın qəlbini sakitləşdirə biləcək bir vasitə 
kimi  müəyyən  hədd  daxilində  fəaliyyət  göstərirdi.  Lakin 
hələlik Frida illüziyaya aldana biləcək vəziyyətdə deyildi və 
anlayırdı ki, həyatda yalnız acı qisməti olan sevib­sevilməyən 
bir  qızdır.  Bununçun  isə  o  özünü  heç  də  günahlandıra  bil­
məzdi.  Təbiət  ondan  heç  də  bütün  insanlara  bəxş  etdiyi 
müsbət  keyfiyyətləri  əsirgəməmişdir.  Lakin  görünür,  onun 
bu müsbət keyfiyyətləri o qədər də diqqəti cəlb etmədiyindən 


119
öz hissi ehtiyaclarını təmin edə biləcək bir qüvvəni özünə cəlb 
etməyə müyəssər ola bilməmişdir. Həyatda isə bundan əzablı 
bir  yaşayış  yoxdur.  Sevəsən,  sevdiyinə  yaxın  olasan,  özünü 
isə ondan gizlətməyə çalışasan. Bundan böyük nə bədbəxtlik 
yoxdur, nə də ki xoşbəxtlik. Belə bir hissi yaşamaq isə hər bir 
insana nəsib ola biləcək nə bədbəxtlikdir, nə də ki xoşbəxtlik. 
Sanki bu hiss bədbəxtlik və xoşbəxtlik toplusundan uzaq olan 
üçüncü bir haldır. Bu halı yaşamaq üçün isə, birinci növbədə, 
geniş ürəyə, möhkəm iradəyə və təmiz vicdana malik olmaq 
lazımdır. Əks­təqdirdə öz cılızlığını və miskinliyini üzə çıxara 
bilərsən. Bütün bu hisslər yığınını bir­bir xəyalından keçirən 
Şeyda, nəhayət ki, öz düşüncələrindən ayrıldı. 
Deyəsən, bayırda möhkəm külək əsirdi. Bunu ağacların bu­
daqlarının bir­birinə toxunmasından yaranan səsdən, küləyin 
surətli hava axınından yaratdığı vıyıltıdan hiss etmək olardı. 
Demək, sözün əsl mənasında qar yağa­yağa möhkəm külək 
əsirdisə, bayırda çovğun idi. Pəncərələrin gözlükləri içəridən 
tərləmişdi.  Çırtıltı  ilə  yanan  bərk  meşə  odununun  yaratdı­
ğı istilikdən təbii ki, belə də olmalı idi. Ümumiyyətlə, təbiət 
öz işini görməkdə idi. İnsanlarsa onlara lazım olacaq sahədə 
fəaliyyət göstərməkdəydilər. Kaş bircə hər kəsin yaşayış tərzi 
öz  istəyincə  və  gözəl  olaydı.  Bax,  o  zaman  insanların  həyat 
tərzləri  arasındakı  müxtəlif  ziddiyyətlər  və  təzadlar  da  ara­
dan  qalxmış  olardı.  Təəssüf  ki,  belə  bir  təzadın  aradan  qal­
dırılmasını göstərən nümunə hələ ki, yoxdur. Lakin yüksək 
şüurlu hər bir canlıya öz varlığı kimi aydın olmalıdır ki, daimi 
inkişafda olan həyat həmişə irəliləyişə və mədəniyyətə doğ­
ru dəyişilməlidir. Nə isə… belə xarici mühitlə əhatə olunmuş 
Şeyda, nəhayət ki, dilləndi: 
– Xanımım, mən sizin geniş ürəyinizə və möhkəm iradənizə 
qibtə edirəm. Siz özünüzü xoşbəxt hesab etməlisiniz ki, əsli 


120
insana xas olan bu müsbət keyfiyyətləri özünüzdə tərbiyə edə 
bilmisiniz. Qarşıya qoyulan məqsəd nə qədər böyük olsa da, 
ona çatmaq üçün sərf edilən əmək müqabilində həmin zirvə 
fəth olunmalıdır. Görünür, siz də bu keyfiyyətləri özünüzdə 
tərbiyə etmək üçün xeyli miqdarda əmək sərf etmisiniz. Elə 
buna görə də yeni gələndə öz daxili hisslərinizi boğa bilirsi­
niz. Bu isə heç də asan deyildir, xanımım. Lazım gələndə öz 
daxili hisslərini boğmağı bacaran insan heç kəsin qarşısında 
alçala bilməz. Demək, siz də hər bir kəsin qarşısında alnıaçıq 
və üzüağ gəzə bilərsiniz. Buna sizin haqqınız vardır. Heç kəsə 
xəyanət etməyən ürək sahibləri hörmətə layiqdir. 
Bütün  bunları  qızğınlıq  və  ehtirasla  dinləyən  Fridanın 
gözlərindən  öz  müsahibinə  qarşı  minnətdar  olduğunu  bil­
dirən əlaməti də hiss etmək olardı. Hiss etmək olardı ki, Şey­
da kimi bir kəslə tanışlıq onun ürəyincə və qəlbincədir. Hər 
bir  insana  öz  hissi  ehtiyaclarını  bölmək  üçün  bir  həmdəm 
lazım olduğu kimi, Frida üçün də belə həmdəm rolunu Şey­
da oynayırdı. Xarici aləmin qıcıqlarına reaksiya göstərən hər 
bir  canlı  üçün  həyatda  yaşamaq  nə  qədər  əzizdirsə,  bu  iki 
mərhəm olan Frida ilə Şeyda üçün də həyatda yaşamaq bir 
o qədər xoş və qənaətbəxş idi. Ayrılmaq da olardı, lakin ay­
rılıq burada birgə yaşayışın xoş və çılğın anlarını itirməkdən 
başqa bir şey olmazdı. Ağla və düşüncəyə malik olan bir kəs 
isə  əlayla  yaxşının  fərqini  başa  düşməlidir.  Ona  görə  də  öz 
ağıllarının  göstərişlərinə  əsasən,  Frida  ilə  Şeyda  birgə  yaşa­
yırdılar və bu yaşayış hələ də onları usandırmamışdı. Lakin 
bununla yanaşı, Frida başa düşürdü ki, o, bayaq qeyd etdi­
yimiz kimi, sevib­sevilməyən bir qızdır və heç də hər bir in­
sana nəsib olmayan üçüncü bir halda yaşayır. Burada sanki 
iki hiss birləşib ürəyi parçalamaq dərəcəsinə çatır. Bədbəxtsən 
ona  görə  ki,  vüsal  səndən  uzaqdır.  Xoşbəxtsən  ona  görə  ki, 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə