Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə34/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

112
– Ax, mənim xanımım, – deyə Şeyda dilləndi: – Siz özünüzə 
nə qədər əzab verirsiniz? Heç olmasa qıraqdan­qırağa da olsa 
öz sevdiyinizi bir dəfə görmək üçün təşəbbüs göstərin. Sizə 
sədaqətlə söz verirəm ki, bu işdə öz köməyimi əsirgəmərəm. 
Frida onun sözünü nəzakətlə kəsdi: – Ey Şeyda… Şeyda… 
Müəyyən  hadisələrin  gedişini  kənardan­kənara  izləməklə 
hadisələrin gedişində iştirak etməyin arasındakı fərq çox bö­
yükdür. Yaxşı bilirsən ki, Sentini bir anlıq görmək mənim üçün 
nə  deməkdir.  Lakin  qismətim  olmayacaq  bir  varlığı  mənim 
üçün xoş olan bir görüşlə narahat etməyə dəyməz. Axı, mən 
onu  sevirəm.  Məni  bəlkə  də  qane  edən  bir  görüşlə  sevdiyi­
min narahat ola bilməsini necə rəva görə bilərəm? Axı, mən 
öz  məhəbbətimin  nakamlığından  əzab  çəkib  kədərləndiyim 
halda, niyə başqasının sevincinə də öz kədərimi sirayət edim? 
Şeyda,  mən  Senti  ilə  görüşə  bilərəm.  İnsan  ağlı  onun  hə­
rəkətlərini nizamlayan bir vasitədir. Mən öz düzgün olmayan 
hərəkətlərimlə bu vasitənin rolunu məhdudlaşdıra bilmərəm. 
Qoy  Senti  məni  o  dünyaya  gəlib­getmiş  bir  varlıq  kimi  ta­
mam unutsun. O məni sevməsə də, hər halda öz hisslərimi 
ona bildirməsəm də, onu sevdiyimi bəlkə də duymamış de­
yildir. Qoy bu duyğu onda, dənizdə öz istiqamətini düzgün 
təyin etməyib yerində dövrə vuran gəmitək müəyyən hədd 
çərçivəsindən  kənara  çıxmasın.  Qoy  Senti  Seara  ilə  öz  ara­
sında  olan  tükənməz  sevgiyə  kənardan  həsrətlə  və  qibtəylə 
baxan bir şəxsin olduğunu hiss etməsin, duymasın, Şeyda.
Şeyda sakit bir görkəmlə Fridanı dinləyirdi. Şimaldan əsən 
külək  onun  alnına  tökülmüş  tellərini  sığallayırdı.  Həyata 
ümidlə baxan gözləri bu məsum qızı xüsusilə gözəl və yara­
şıqlı göstərirdi. O, zahirən sakit görünsə də, daxilən həyəcanlı 
idi. Bu da səbəbsiz deyildi. Xanımının vəziyyəti onu narahat 


113
etməyə bilməzdi. Odur ki, nazik qələm qaşlarını çatıb Fridaya 
müraciətlə dilləndi: 
– Bu sizin qəti fikrinizdirmi, mənim xanımım? Doğurdan 
da, siz özünüzü bu qədər əzaba dözməyə məcbur edirsiniz. 
Yox…  yox…  sizin  kimi  pak  və  ləyaqətli  bir  xanım  bu  cür 
əzablara dözməyə layiq deyildir. Bu, belə olmamalıdır. Bəzən 
insanın daxili aləmində elə hal baş verə bilər ki, o öz vicdanı 
ilə mübahisəyə də girməyi lazım bilər. O zaman hər iki tərəf 
müəyyən güzəştlərə getməlidir. Əks­təqdirdə tərəflərdən biri 
üstünlük təşkil edər və seçilən yolun da doğruluğu şübhə al­
tında qalar. Bu isə təhlükəlidir. 
Frida nəzakətlə onun sözünü kəsdi. Dalğın və pərişan nə­
zərlərini Şeydanın üzərində gəzdirərək həlim və incə bir səslə 
dilləndi: 
– Mənim başqa heç bir çıxış yolum yoxdur, Şeyda. Həyat 
məni  sükansız  bir  gəmi  kimi  öz  girdabında  sahildən  sahilə 
qovur, saman çöpü kimi atıb tutur. Tale məni həyatın elə bir 
şəraiti ilə üzləşdirmişdir ki, yeganə çıxış yolum indi düşdü­
yüm vəziyyətdir. Günəş nə qədər güclü və qüvvətli olsa da, 
yenə  də  hadisələrin  gediş  qanunauyğunluğu  çərçivəsindən 
kənara çıxmayır. İndi mənim də Senti ilə görüşə bilməməkdə 
düşdüyüm vəziyyət belədir. Axı, Senti mənim üçün yeganə 
məhəbbət bəslədiyim varlıq olsa da, mən onun üçün Searanın 
oynaya biləcəyi rolu oynaya bilmərəm. Axı, həyat mənə Frida 
kimi yaşamaq, davranmaq, ömür sürmək imkanı vermişdir. 
Ona görə də mən Seara ola bilmərəm, mən Fridayam. Senti isə 
yalnız Searanı sevir. Onun məhəbbəti ilə yaşayır. Yox, Şeyda, 
həyatı duya­duya, dərk edə­edə yaşamaq heç də asan deyildir. 
Araya  bir  müddət  sükut  çökdü.  Bu  sükutu  yalnız  çöldə 
atılıb­düşən sərçələrin cikkiltisi pozurdu. Birdən nə oldusa bu 
quşların da səsləri kəsildi. Sanki hər şey öz mənzilinə çəkilib 


114
rahatlanırdı. Ətrafı çox darıxdırıcı bir sükut çulğalamışdı. Ar­
tıq belə bir şəraitə dözməyən Şeyda dilləndi: 
– Xanım, yaxşı ki, sükutun ömrü uzun olmur. Yoxsa ada­
mın bağrı çatlayardı. İndicə keçirdiyimiz bu bir neçə anın sa­
kitliyi məni elə darıxdırdı ki, ən amansız bir cəllad kimi bu sü­
kutu sındırmağa özümü məcbur etdim. Doğurdan da, həyat 
ziddiyyətlidir. Bəzən bir anlıq sükut şəraitindən asılı olaraq 
neçə­neçə  ürəklərə  şəfa  verir.  Bəzənsə  bir  anlıq  sükut  insa­
nın gözündə ilə çevrilir. İnsan isə öz ömrünü başa vurmağa 
tələsir. Bu, zamanın necə keçməsindən asılı deyil – deyə Frida 
dilləndi. Lakin başlıca məsələ isə ondan ibarətdir ki, həyatda 
necə və nə cür yaşamaq lazımdır. Həyatda tutduğun yolu elə 
seçməlisən ki, o səni qane edə bilsin. Şeyda nəzakətlə onun 
sözünü kəsdi: 
– Elə isə məni bağışla, xanım. Siz öz yolunuzu düzgünmü 
seçmisiniz? Sevirsiniz. Sevdiyinizin həsrətindən alışıb yanırsı­
nız. Lakin onunla görüşməyi özünüzə rəva görmürsünüz. Siz 
tutduğunuz bu yolda haqlısınızmı? Öz saf hisslərini daxilən 
boğan bir insanın hərəkətini nə cür qiymətləndirmək olar? Bu 
düzgünmüdür?  Həyat  sənə  sevə  bilmək  kimi  bir  xoşbəxtlik 
bəxş  etmişdir.  Sənsə  bu  xoşbəxtliyin  əsl  ləzzətindən  özü­
nü  məhrum  etməyə  çalışırsan.  Bəzən  böyük  ürək  sahibləri 
kiminsə,  nəyinsə  xatirinə  alicənablıqlar  edirlər.  Belə  də  ola 
bilər, lakin bu heç də asan deyildir. 
Frida  bir  qədər  yorğun  və  halsız  görünürdü.  Görünür, 
düş düyü şəraitin yaratdığı əsəb gərginliyi özünü göstərirdi. 
Lakin  bütün  bunlara  baxmayaraq,  həyatda  yaşayan  bütün 
canlılar kimi, o da müəyyən sahədə fəaliyyət göstərməliydi. 
İnsan yaşayırsa, deməli, öz yaşayışını təmin etməlidir. Həyat 
yalnız  özünü  insan  kimi  qiymətləndirməyi  bacaranları  qiy­


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə