Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə25/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

85
rın hər hissəsi onların gözündə bir il qədər uzun görünürdü. 
Nəhayət ki, bu gərginliyi yenə də Fridanın inamlı səsi qaldır­
dı. O, Şeydanın gözlərinin içərisinə ani bir nəzər salıb dedi: 
–  Sentinin  öz  məhəbbətini  Seara  ilə  bölüşməsi  labüd­
dür. Çünki onu sevir. Lakin mən öz məhəbbətimi heç kəslə 
bölüşdürməyəcəyəm. Qoy gedəcəyim monastır həyatı mənim 
acı qismətim olsun. Şeyda, mənim son qərarım belədir. 
FƏSİL 8
Monastır  həyatı.  Xəyal  kimi  həyətdə  gəzişən  insanlar 
qara  kölgələr  tək  adamı  vahiməyə  salırdı.  Bu  qara  kölgələr 
içərisində Frida ilə Şeydanı da görmək olardı. Qara paltar ge­
yinib qara örpəyə bürünmüş bu qadınların sifətində həyatdan 
küskünlük əlamətlərini duymaq olardı. Sanki həyat öz yarat­
dığı insanlardan intiqam almaq üçün onları belə bir şəraitdə 
məskunlaşmağa məcbur etmişdi. Həyatın insana vurduğu sar­
sıdıcı zərbələrdən biri də insanın ruhunu öldürməsidir. Mo­
nastırda yaşayanların əksəriyyəti isə belə bir əzaba – həyatdan 
ruhən sarsılmaq əzabına məhkum olanlardır. 
Nə  isə  bu  sağlam  düşüncəli  insan  üçün  bir  qədər  qeyri­
normal həyat şəraiti kimi görünən monastır həyatı Fridanın 
ürəyincə idi. O, burada istədiyi qədər öz daxili aləminə qapıla 
bilir, öz xəyalları ilə söhbət edirdi. Bəzən elə olurdu ki, o öz 
xəyalları ilə söhbət edə­edə get­gedə uzanan payız gecələrini 
səhərə qədər oyaq qalırdı. Bir də onun yeganə və ən yaxın sir­
daşı Şeyda idi. Onlar bəzən özləri də belə hiss etmədən uzun 
müddət  oturub  söhbət  edirdilər.  Bir­birlərinə  dayaq  dura 
biləcək mühakimələr yürüdürdülər. Belə söhbət etdikləri vax­
tın birində Frida qara gözlərini Şeydanın üzünə dikərək dedi: 


86
– Mənim dərdim böyükdür, Şeyda. Qəlbimdəki çağlayan 
hisslərin  bünövrəsində  Sentiyə  olan  sevgim  özünə  məskən 
salmışdır. Onu oradan qoparıb atmaq mümkün deyildir. Elə 
bəlkə  də  məni  yaşadan,  sevdiyim  Sentinin  ürəyimdə  özünə 
yer  tapması,  xəyalən  surətini  qəlbimdə  yaşatmasıdır.  Lakin 
bu yaşantının da sonu xəyalla bitir. 
Xanımına  olan  sonsuz  məhəbbətini,  sədaqətini  bu  əzablı 
monastır şəraitində belə ondan ayrılmamaqla bir daha sübuta 
yetirən Şeyda sakit­sakit onu dinləyirdi. Frida onun simasın­
da özünün ən yaxın sirdaşını gördüyü kimi, Şeyda da xanımı­
nın simasında özünün ən yaxın rəfiqəsini görürdü. Xanımı ilə 
belə qarşılıqlı münasibətdə olan Şeyda ona müraciətlə dedi: 
–  Mən  səni  bütün  bu  söylədiyin  həqiqətlər  üçün  haqsız 
saya  bilmərəm,  xanımım.  Yaşamaq  üçün  həyatda  hər  şeyə 
ümid bəsləmək, bir şeyə gələcək taleyin üçün ümid nöq təsi 
kimi baxmaq lazımdır. Bunun özü yaşamaq uğrunda müba­
rizənin  formalarından  biridir.  Hiss  edirəm  ki,  düşdüyümüz 
bu  şəraitdə  sənin  yaşamağın  üçün  də  yeganə  ümid  nöqtəsi 
Sentinin  qəlbində  yaşayan  xəyalıdır.  Lakin  çəkdiyin  hicran 
əzabına, onun sənə bəxş etdiyi işgəncələrə gəlincə isə bütün 
bunlar məhəbbət əsiri olanların daimi izləyiciləridir. 
Frida onun fikirləri ilə razılaşdığını başını tərpətmək əla­
məti ilə təsdiq etdi və bir qədər kədərli səslə dedi: 
– Mən yaşadığımız dünyadan da böyük, öz ürək dünyam­
da sonsuz fikirlərin qarmaqarışıqlığında öz ahımdan yaranan 
alovlu bir çələng hörüb xəyalən Sentinin və öz boynuma sala­
raq iki xəyalı birləşdirən bir vasitə yaratmışam. Elə bir vasitə 
ki, monastır şəraitində bundan yaxşı bir ümid nöqtəsi yarat­
maq mümkün deyildir. Yalnız son ümidə sığınan insan üçün 
bu vasitələrdən istifadə etmək olar. Elə bir vasitədən ki, yalnız 
öz bircə mərhəmi ilə dərdini bölüşən, ətrafındakı hadisələri 


87
yalnız seyr etməklə kifayətlənən bir kəsə bundan yaxşı şərait 
yaratmaq  mümkün  deyildir.  Həyatım,  yaşayış  tərzim  in­
sanı  dəhşətə  gətirə  biləcək  qədər  dəhşətlidir,  acınacaqlıdır, 
əzablıdır. Mən bütün bunları ən xırda incəliklərinə qədər hiss 
edirəm. Lakin nə etmək olar. Ürəyimin hökmü ilə bütün bu 
işgəncələrə dözə­dözə yaşamaq istəyirəm. 
Onlar hər ikisi susmuşdular. Bəzən elə də olur ki, sükutun 
özü  baş  verən  söhbətin  müəyyən  bir  hissəsini  tamamlayan 
bir  vasitə  kimi  rol  oynayır  və  insanı  qane  edir.  İndi  söhbət 
əsnasında  aralığa  çökən  sükut  da  belə  bir  sükut  idi.  Bu  sü­
kut Frida ilə Şeyda arasında baş verən söhbətin müəyyən bir 
hissəsini tamamlayan bir vasitə kimi öz rolunu oynadı. Bunun­
la yanaşı, onlara sərbəst surətdə heç bir maneəsiz fikirlərini 
məşğul edən məsələ barədə düşünməyə imkan verdi. 
Yayda  nisbətən  xeyli  sərtləşmiş  payızın  təbiətə  çəkdiyi 
sarı naxışlar, soyuq küləklərin bir qədər artması və nəhayət 
mo nastır  həyatı,  burada  gün  keçirənlərin  qara  vahiməli 
kölgələr kimi ora­bura axışan səssiz hərəkətləri, bütün bunları 
dərindən duyan insanın qəlbini üşəndirirdi. Araya çökən sü­
kut müddətində həyatın belə bir hissəsini seyr etmək və özü­
nün də belə bir şəraitdə yaşadığını duymaq həqiqətən də da­
rıxdırıcı idi. Sükutla keçən belə darıxdırıcı anlara dözməyərək 
yenə  də  sözə  birinci  Şeyda  başladı.  O,  xanımı  ilə  söhbət 
etməklə  belə  darıxdırıcı  anları  özündən  uzaqlaşdırmağa  ça­
lışaraq dedi: 
– Görəsən, Senti sənin onu belə dəlicəsinə sevdiyini, onun 
yolunda  bu  cürə  əzab­əziyyətlərə,  işgəncələrə  dözdüyünü 
bilirmi  və  yaxud  da  əgər  bilmirsə,  bilsəydi  o,  hansı  hissləri 
keçirərdi. Təbii ki, halına ürəkdən acıyardı. Lakin bundan ar­
tıq bir qayğıkeşlik göstərməyə çıxış yolu tapardımı? Ax, in­
sanlar, insanlar… Taleyin qismətləri sizi ləpədöyəndə yırğa­


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə