Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə26/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

88
lanan sükansız qayıq kimi öz istədiyi istiqamətdə hərəkət et­
dirir. Siz isə bu qismətlərin acılığına, şirinliyinə dözməlisiniz. 
İndi siz də belə bir vəziyyətdəsiniz, xanımım. Sizin bəxtinizə 
taleyin acı qismətləri çıxmışdır. Bu qisməti dəyişdirməkdə isə 
sizin  qüvvəniz  müqayisəyə  gəlməyəcək  dərəcədə  azdır.  Siz 
başqa  birisinə  də  ərə  gedə  bilərsiniz.  Öz  yaşayış  tərzinizdə 
dönüş yarada bilərsiniz. Lakin bütün bunlar ürəyinizin hök­
mü ilə yox, dəyişiklik etməyə məcbur etdiyiniz fikirlərinizin 
ürəyinizin üzərində hökmü ilə ola bilərdi. Ürəyi istəməyən bir 
işi görməyə özünü məcbur edən insanın vəziyyəti ən acına­
caqlı vəziyyətdir. Lakin görünür, siz öz ürəyinizin üzərində 
hökm etmək fikrində deyilsiniz, belə bir yolu da seçməmisiniz. 
Ona görə də tutduğunuz yol əzablı olsa da, görünür, sizi qane 
edir. Siz Sentinin, hətta sizin ona necə münasibət bəslədiyiniz 
barədə düşündüklərini bilmədiyiniz halda, belə bir yolu seç­
misiniz. Bu yolun sonluğunun verəcəyi nəticə isə vəziyyətdən 
göründüyü kimi, hələ məlum deyildir. Görünür, sizin gələcək 
bəxtiniz taleyin əllərindədir. Tale sizi sevindirə də bilər, indiki 
vəziyyətdə saxlamaqda davam da edə bilər. 
Frida qəribsəmiş ürəyinə toxtaqlıq verməyə çalışan Şeyda­
ya mehriban bir baxışla öz minnətdarlığını bildirdi. O anlayır­
dı ki, belə bir rəfiqəyə, həmrəyə möhtacdır. Bəlkə də Şeyda ol­
masaydı, Frida həyatın onun üçün daha da amansız olduğunu 
görərdi. Yalnız bu geniş dünyada öz ürək sirlərini etibar etdiyi 
Şeyda ona toxtaqlıq verərək, daxilən bir qədər sakitləşdirirdi. 
Həyatda  heç  kəsdən  lazımi  kömək  umacağına  ümidi  ol­
mayan kəs üçün kimsə tərəfindən göstərilən adicə xoş müna­
sibətin, qayğının özü də bir dayaqdır. Frida Şeyda tərəfindən 
göstərilən qayğını öz­özlüyündə bu cürə qiymətləndirirdi. Öz 
taleyindən də yalnız Şeyda kimi təmiz ürəkli, saf qəlbli, etibarlı 
bir məxluqla yaxınlıq edə bildiyi üçün razılıq edə bilərdi. Şey­


89
da onun nəinki bu monastırda, hətta bütün dünyada yeganə 
həmdərdi, yeganə təsəlli vericisi və yeganə rəfiqəsi idi. Odur 
ki, Frida Şeydanın özünün belə acı taleyi ucbatından monastır 
həyatında onunla birlikdə əzab çəkməsini istəməyərək dedi: 
– Şeyda, bu bir neçə illik yaxınlığımızın nəticəsində artıq 
hiss  etmişəm  ki,  sən  mənim  üçün  adicə  tanıdığım  bir  şəxs­
dən  yaxın  bir  rəfiqəyə  çevrilmisən.  Mənə  qarşı  olan  etiba­
rın, sədaqətin də bu fikrimi təsdiq edir. Sən özün bu insana 
xas  xüsusiyyətlərinlə  həmişə  fəxr  edə  bilərsən.  Həyatda  da 
həmişə öz yerini tapacaqsan. Lakin sənin mənim ucbatımdan 
əzab çəkməyinə dəyərmi? Sən həyatın hələ ən ağır hissi sar­
sıntıları  ilə  rastlaşmamısan.  Mən  sənin  dolanışığın  üçün  la­
zım olan hər şeyi bol pulla təmin edərəm. Get burdan, get öz 
həyatını yenidən qur. Dünyanı seyr edə­edə yaşamaq heç də 
pis deyil. Sən öz gələcəyinə böyük inamla yaşaya bilərsən. Öz 
gələcəyinə böyük inam hissi ilə baxan, həyata mübarizə mey­
danı kimi yanaşan insandan da xoşbəxt insan varmı? Şeyda, 
səndən xahiş edirəm, get burdan. 
Şeyda düşünürdü. Onun illərdən bəri həsrətini çəkdiyi ya­
şayış üçün şərait yaranmışdı. Onun ayrıca evi olacaqdı, o da 
sərbəst  yaşayacaqdı.  O  öz  həyatını  istədiyi  kimi  quracaqdı. 
Bunların hamısını isə kapitalizm cəmiyyətinin canı olan çoxlu 
pulla həyata keçirəcəkdi. 
Ax pul, pul… kaş elə bir quruluş yaratmaq mümkün olay­
dı ki, orada nə sahibkar olaydı, nə də onun xidmətçisi, hamı 
bərabər  yaşayaydı.  Bu  xəyallar  aləmində  düşünən  Şeyda 
birdən Fridanın ondan etdiyi xahişi xatırladı və öz­özlüyündə 
fikirləşdi: – Birdən bu şeytan məkrli pul məni yoldan çıxarar 
ey. İllərlə qazandığım etibarı, inamı, sədaqəti, o cümlədən in­
sanlığımı itirər ey. Odur ki, tez­tələsik Fridaya cavab verdi: 


90
–  Xeyir  xanımım,  mən  sizin  xahişinizi  qəbul  edə  bilmə­
yəcəyəm, məndən inciməyin. Qəlbən özünə ən yaxın adamı 
itirmək,  tapmaq  qədər  də  çətindir.  Biz  qəlbən  bir­birimizə 
yaxın olmuşuq. Hər hansı bir şəraitdə olursa­olsun yalnız in­
sana qəlbən yaxın bir adamla yaşamaq onunçün xoşdur. Lakin 
siz də özünüzü çox üzməyin. Həyatın işləri belədir. Kimsənin 
nəsibi ola biləcək səadət, kimsənin acı qismətinin nəticəsi də 
ola bilər. 
Bu  sözlərdən  sonra  Frida  Şeydanın  ona  olan  sədaqətinə 
ürəyində bir daha əhsən dedi. Bir daha başa düşdü ki, Şeyda 
ona göstərilən etimada layiqdir. Fridanın bütün bu keçirdiyi 
hisslər axını içərisində çağlayan ürəyi öz mehrini Şeydaya sal­
dığı üçün onun monastırdan çıxıb getməməsindən də düzünə 
qalsa bir az məmnun oldu. Demək, Şeyda onu tərk etmədi. 
Demək mənimlə sevincimə, kədərimə şərik ola biləcək bir in­
san, bir həmsöhbət hələ var deyə Frida öz ürəyindən bir daha 
xoş duyğuyla keçirdi və bu xəyallar ağuşundan güclə ayrıla­
raq bir qədər inamlı səslə dedi: 
– Düzünə qalsa, Şeyda, mən də səndən ayrılmağımı istəmir­
dim. Amma hər halda mən sənin xatirinə bu fikrin əksinə gedə 
bilərdim. Mənim burada yaşamağımı heç də acizlik, həyatdan 
küskünlük əlaməti sayma. Necə ki, burada toplaşanların əksə­
riyyəti  belə  ruhda  yaşayırlar.  Bəli,  mən  yaşamaq  istəyirəm, 
Şeyda. Ölümdən də betər işgəncələrə dözmək üçün yaşamaq 
istəyirəm. İnsan cəmiyyətinin dünyaya gəlmiş bir üzvü kimi 
mənim  də  yaşamağa  haqqım  var.  Həyatda  qismətim  olacaq 
öz ömür payıma da heç kəsin göz dikməsi mümkün deyildir. 
Mən öz ömür payımdan belə istifadə etmək istəyirəm, Şeyda. 
Mənə taleyim tərəfindən rəva görülən bu işgəncə heç də bia­
bırçı işgəncə deyil, bu təmiz hisslərin həyata keçməməsindən 
yaranan bir işgəncədir. Ölmək də olar, lakin ölüm burada orta 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə