Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə23/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

79
səxavətlilik,  təmizlik,  əxlaqlılıq  görən  Şeyda  bütün  bu  duy­
duğu xanımlıq, qulluqçuluq fərqi hissinin olmamasına, yalnız 
xanımıyla onun arasında saf bir rəfiqə münasibəti hissi oldu­
ğuna  həmişə  özünü  məcburi  surətdə  inandırmağa  çalışırdı. 
Ümumiyyətlə,  o,  Fridanın  ona  öz  rəfiqəsi  kimi  münasibət 
bəslədiyi  xanım  nəzakətindən  razı  idi.  Odur  ki,  Şeyda  çox 
yaxın adamların söhbət əsnasında hiss etdirdiyi mərhəmliklə 
sözə başladı: 
–  Xanım,  məni  bağışlayın,  soruşacağım  sözlər  şəxsən  si­
zin  özünüzə  aid  hisslərin  təlatümünə  aid  olsa  da,  siz  artıq 
bəzi  şəxsi  fikirlərinizi  mənə  etibar  etdiyiniz  üçün  bu  sualı 
nəzakətsizlik kimi qiymətləndirməyin. 
Frida  ona  verilən  sualın  mənasına  varmadan  nəzakətlə 
dilləndi: 
– Şeyda, sən öz sualını verə bilərsən. 
Belə  bir  cavabı  əvvəlcədən  gözləyən  Şeyda  məmnun  bir 
görkəmlə dedi: 
– Siz nə üçün Sentiyə olan məhəbbətinizin nakamlığı barədə 
düşünürsünüz?  Nə  üçün  ona  qarşı  öz  saf  münasibətinizi 
bildirməkdən  çəkinirsiniz?  Onsuz  da  siz  dostcasına  bəzən 
gecə yarıya qədər söhbət edirsiniz. Bu vaxtlar ərzində sənin 
əlinə  elə  bir  münasib  imkan  düşməmişdir  ki,  sən  ona  öz 
məhəbbətini hər hansı bir hisslə bildirəsən? Əgər bəlkə də belə 
etməmişsənsə, onda çox təəssüflər. Bəlkə də gələcəkdə sizə ən 
böyük zərbə vura biləcək bir qüvvənin qarşısını bu yolla ala 
bilərdiniz. Xoşbəxtlik heç kəsi axtarıb tapmır, xoşbəxtliyi yal­
nız mübarizəylə özün axtarıb tapmalısan. 
Şeyda bu sözləri deyərkən Fridanın üzünə nəzər saldı. O, 
həddindən artıq həyəcanlı idi. Gözlərindən süzülən iki dam­
la  yaş  onun  həm  də  qüssəli  olduğunu  göstərirdi.  Bütün  bu 
gördükləri Şeyda üçün təəccüblü hal idi. Düzdür, insanların, 


80
xüsusilə qadınların müxtəlif səbəblər üzündən ağlaması heç 
də  təəccüb  doğurmur.  Lakin  o,  xanımını  birinci  dəfə  idi  ki, 
ağlayan görürdü. Odur ki, özünü itirdi, bilmədən xanımına 
onun bəlkə də qəlbinə toxunan bir sual verdiyinə peşman oldu 
və xanımının böyrünə sıxıldı. Bir neçə dəqiqə səssiz hıçqırıq­
larla  sükut  arasında  gərgin  mübarizə  getdi.  Nəhayət,  sükut 
qalib gəlmişdi ki, yeni bir qüvvə maneə kimi ortaya çıxdı. Bu 
Fridanın səsi idi. O, həlimliklə dilləndi: 
–  Məni  bağışla,  Şeyda  səni  də  narahat  etdim.  Mən  belə 
etmək istəmirdim… Frida bir qədər həyəcanlı səslə əlavə etdi: 
– Artıq mənə bəlli olmuşdur ki, mənim məhəbbət bəslədiyim 
Senti  bir  neçə  aydır  ki,  Seara  adlı  bir  qadınla  görüşür.  Ax 
Senti, Senti… Sənə nə lazımdır? Nəsibin olacaq qadının mə­
həbbətimi?  Canımı  sənin  yolunda  fəda  edərəm.  Pulumu? 
Milyonlarım vardır. Yeganə yaxın adamı olduğum atalığımın 
pullarını  milyonlara  çatdırmışam.  Qoy  hamısı  sənin  olsun. 
Ancaq sənin qəlbinə girə bilmərəm. Burada özümü aciz hesab 
edirəm. Başqasını sevən qəlbi hər hansı bir yolla ovsunlamağa 
çalışmaq  özü  də  bir  günahdır.  Mən  belə  bir  günahın  sahibi 
ola  bilmərəm.  Bu  mənim  üçün  hələ  indiyə  kimi  etmədiyim 
ən böyük alçaqlıq olardı. O, bu sözləri elə bir həyəcanla, elə 
bir təsiredici qüvvəylə dedi ki, Şeyda da həyəcanlanmaqdan, 
daxilən əzab çəkməkdən özünü saxlaya bilmədi və titrək səslə 
dedi: 
–  Mən  bütün  bunları  bilmirdim,  xanımım.  Doğurdan  da, 
əgər belədirsə, bu sənin üçün çox əzablı bir işdir. Lakin sənin 
ömrünün axırına qədər işgəncəyə dözməyin yeganə yoldur­
mu?  Şəraiti  imkan  daxilində  yaxşılaşdırmaq  üçün  başqa  bir 
çıxış yolu tapmaq mümkün deyilmi? 
Frida başını aşağı salmışdı. O, heç kəsin qarşısında günah­
kar deyildi. Lakin düşdüyü vəziyyət onun halını xeyli pərişan 


81
etmişdi, onu düşündürürdü. Bir qədər eyni vəziyyətdə qal­
dıqdan sonra özünü ələ alan Frida daxili həyəcanını məcburi 
surətdə bir qədər boğaraq dedi: 
– Şeyda, vəziyyətdən heç cürə çıxış yolu tapmaq mümkün 
deyildir.  Əks  təqdirdə,  öz  təmiz  vicdanıma  xəyanət  etmiş 
olaram. Mən isə belə bir yolu seçə bilmərəm, Şeyda. Həyatın 
təmtərağlı içərisində özün də təmtəraqlı olduğun halda xoş­
bəxtliyini təmin etməyə qadir qüvvəni tapmırsansa və bəlkə 
də  bu  qüvvə,  yoxsa  ölüm  qarşısında  baş  əymək  özü  də  bir 
xoşbəxtlikdir. Lakin həm də özünü məhv etmək bir növü aciz­
likdir. İndi mən də belə bir haldayam. 
Öz  xoşrəftar  xanımının  düşdüyü  vəziyyətə  ürəkdən  acı­
yan Şeyda onun daxili iztirablarını bir qədər azaltmaq üçün 
bu dəqiqə yalnız özünəməxsus, onun üçün ən qiymətli mad­
di əşya olan anasının yadigarı, boynundakı qızıl boyunbağını 
belə verməyə hazır idi. Bunun mümkün olmadığını bilincə isə 
bacardığı qədər xanımın iztirabını azalda biləcək sözlərlə onun 
könlünü almağa çalışırdı. Odur ki, mərhəm bir münasibətlə 
xanımına müraciət edərək dedi: 
– Bəlkə, sənin dediyin o xanımın Senti ilə görüşü dostluq 
xarakteri daşıyır. Bəlkə, onların arasında heç bir başqa sizi na­
rahat edə biləcək özgə bir münasibət yoxdur. 
Şeydanın  son  sözlərindən  Fridanın  ürəyində  bir  ümid 
nöqtəsi yarandı və tez də yox olub getdi. Bu, belə də olma­
lıydı. Senti ilə Seara arasında dostluq xarakterli görüşlərin ol­
ması yox, məhəbbət macəralı görüşlərin olması artıq Fridaya 
məlum idi. Odur ki, o, səsində hiss olunacaq bir kədərlə dedi: 
–  Əfsuslar  olsun  ki,  bu  belə  deyildir,  Şeyda.  Bu  mənim 
üçün  tamamilə  gözlənilməz  bir  zərbə  deyildir.  Lakin  bu 
belə  də  ola  bilərdi  və  oldu.  Sentinin  çox  sadəlövh  və  təmiz 
qəlbə məxsus olduğu mənə çoxdan bəlli idi. Əgər istəsəydim 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə